Baş prokurorun və müavininin səlahiyyəti artırılır

12:57 8.02.2023 1 263
Baş prokurorun və müavininin səlahiyyəti artırılır

Azərbaycan Respublikası Baş prokurorunun və onun müavininin səlahiyyəti artırılır.

Bununla bağlı "Prokurorluq haqqında" Qanuna dəyişiklik təklif olunur.

Layihədə qeyd edilib ki, "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında" Əsasnamə Azərbaycanın 29 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilib. Həmin Əsasnaməyə uyğun olaraq, xidməti vəsiqə prokurorluq işçisinin şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəni təsdiq edir, habelə Əsasnamədə prokurorluq işçisinin xidməti vəsiqəsinin təsviri müəyyən edilir.

Eyni zamanda, Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikası Baş Prokurorunun, onun müavinlərinin, Naxçıvan Muxtar Respublikası prokurorunun xidməti vəsiqəsi istisna olmaqla, digər prokurorluq işçilərinin xidməti vəsiqəsi Azərbaycan Respublikasının Baş Prokuroru və ya Baş Prokurorun müavini tərəfindən imzalanır və müvafiq qaydada təqdim edilir. Prokurorluq işçisi prokurorluqdan xaric edildikdə isə, xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.

Beləliklə, Əsasnamə ilə müəyyən edilir ki, prokurorluq işçisinin xidməti vəsiqəsinə rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə onun rəsmiləşdirilməsi Baş Prokurorun və ya onun müavininin səlahiyyətinə aid edilir.

Təqdim edilən Qanun layihəsinə görə, xidməti vəsiqədə əks olunan məlumatların xarakteri də nəzərə alınmaqla, habelə xidməti vəsiqənin təsviri ilə bağlı məsələlərə dəyişikliyin edilməsi zamanı operativliyin təmin edilməsi məqsədilə prokurorluq işçilərinin xidməti vəsiqəsinin nümunəsinin təsdiq edilməsi, Azərbaycan Respublikasının Baş prokurorunun qanunla həll etdiyi məsələlərin dairəsinə aid edilməsi təklif olunur.

Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə eyni vaxtda təqdim edilmiş digər qanun layihəsinə əsasən, prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli qanunun ləğv edilməsi də təklif edilir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}