Türkiyədəki zəlzələ 100 km-lik çat yaradıb

14:44 8.02.2023 1 641
Türkiyədəki zəlzələ 100 km-lik çat yaradıbSeysmoloqlar bildirirlər ki, Türkiyə və Suriyada fevralın 6-da baş vermiş 7.8 ballıq zəlzələ bəlkə də bu onilliyin ən dağıdıcı zəlzələsi olacaq.

Alimlərin fikrincə bu zəlzələ Yerin litosferində Anadolu və Ərəbistan tavaları arasında 100 kilometrlik çat yaradıb.

"Reuters" agentliyinin ekspertləri Yerin dərin qatlarında nələrin baş verməsindən və zəlzələ sonrası mümkün hadisələrdən danışıblar.

Zəlzələnin mənşəyi haradadır?

Zəlzələnin episentri Türkiyənin Nurdağı şəhərinin 26 kilometrliyində, Şərqi Anadolu çatının 18 kilometr dərinliyində olub.

Zəlzələnin zərbə dalğası şimal-şərq istiqamətində hərəkət edərək, mərkəzi Türkiyə və Suriyada dağıntılara səbəb olub.

Bu da qeyd olunur ki, 20-ci əsr ərzində Şərqi Anadolu Çatında çox az seysmik fəallıq müşahidə olunub.

ABŞ Geoloji Mərkəzinin məlumatına görə, burada 1970-ci ildən bəri 6.0 baldan güclü olan yalnız üç zəlzələ baş verib.

Amma bundan əvvəl, 1822-ci ildə burda baş vermiş 7.0 ballıq zəlzələdə təqribən 20 min insan ölüb.

Zəlzələ nə dərəcədə dağıdıcı olub?

Əgər, hər il gücü 7.0 baldan çox olan 20-dən az zəlzələnin baş verməsi nəzərə alınarsa, fevralın 6-da baş vermiş zəlzələ dağıdıcı adlandırıla bilər.

London Universitet Kollecinin Risk və Fəlakətlərin Önlənməsi İnstitutunun rəhbəri Coanna Uolkerin sözlərinə görə, 2016-cı ildə mərkəzi İtaliyada baş vermiş 6.2 ballıq zəlzələ 300 nəfərin ölümünə səbəb olmuşdusa, Türkiyə-Suriya zəlzələsi zamanı 250 dəfə çox enerji ayrılıb.

2013-cü ildən 2022-ci ilədək yalnız iki belə güclü zəlzələ qeydə alınıb.

Niyə bu qədər güclü?

Şərqi Anadolu Çatı zərbə-sürüşmə tipli çatdır.

Belə çatlarda bərk qaya tavaları çat boyunca şaquli olaraq bir-birinə doğru hərəkət edir.

Bu qarşılıqlı itələmə prosesi bu tavalardan biri sürüşərək, üfqi hərəkətə keçəndə dayanır və zəlzələ törədəcək gərginlik yaradır.

Kaliforniyadakı San Andreas Çatı dünyanın ən iri zərbə-sürüşmə tipli çatı sayılır və alimlərin fikrincə, burada fəlakətli bir zəlzələnin olacağı gözləniləndir.

Türkiyə-Suriya zəlzələsində sınma nisbətən dayaz qatlarda baş verib.

Britaniyadakı Açıq Universitetinin planetar geologiya alimi Deyvid Rotberi bildirir ki, episentri dayazda olan zəlzələlər Yer səthi üçün daha dağıdıcı olur.

Başqa sözlərlə bu gücdə zəlzələnin episentri daha dərində olsaydı, bu qədər dağıntı yaratmazdı.

Bundan sonra necə ard zərbələri gözlənilir?

Türkiyədə birinci zəlzələdən 11 dəqiqə sonra 6.7 ballıq ard zərbəsi olub. Bundan bir neçə saat sonra baş vermiş 7.5 ballıq ikinci zəlzələdən sonra 6.0 ballıq daha bir ard zərbəsi baş verib.

Alimlərin fikrincə bu, seysmik fəallığın qonşu çatlara yayıldığını göstərir və bu fəallıq hələ bir müddət davam edəcək.

1822-ci ildə baş vermiş zəlzələdən sonra ard zərbələri bir il ərzində davam etmişdi.

Son ölü sayı nə qədər ola bilər?

Məskun ərazilərdə bu gücdə olan oxşar zəlzələlər nəticəsində minlərlə insan tələf olub.

2015-ci ildə Nepalda baş vermiş 7.5 ballıq zəlzələ, təxminən 9 min insanın həyatına son qoymuşdu.

Britaniya Geoloji Müşahidə Mərkəzindən Rocer Musson Türkiyə-Suriya zəlzələsi qurbanları sayının minlərlə, hətta on minlərlə ola biləcəyini deyir.

Alimin fikrincə, soyuq qış havası xarabalıqlar altında ilişib qalanların sağ qalması ümidlərini azaldır.(Azadlıq radiosu)

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}