Tikinti də sevgi istəyir...

23:18 13.02.2023 1 736
Tikinti də sevgi istəyir...






Rövşən ŞİRALIYEV







Türkiyədə baş verən dağıdıcı zəlzələnin təsiri altında

Tale elə gətirdi ki, ali məktəbi pioner qalstuku, sovet bayrağı rəngində diplomla bitirsəm də, həyatımın böyük bir hissəsini tikintiyə bağladım. Bənna da oldum, dam da bağladım, tikintiyə aid hər işlə məşğul oldum.

Tikməyə, qurmağa içimdə bir sevgi, həvəs var idi. Yorulmurdum. Kökünü uşaqlıq oyunlarında görürdüm. Uşaq ikən kənd daxili çay qırağında kibrit qutusu ilə kərpic kəsib, evciklər tikirdik...

İllər sonra bu uşaq oyunları sevdiyim peşəyə çevrildi. Bu illər ərzində bir şeyə tam əmin oldum: tikinti biclik, fırıldaq, oğurluq yeri deyil, bu iş insandan böyük bir sevgi, məsuliyyət tələb edir. İnşaatçı hər tikdiyi tikintiyə öz övladı kimi yanaşmırsa, o, əqidəsinə, məsləkinə xəyanət edir...

Xəyanət edibsə, hökmən bir gün bu xəyanətin cavabını alacaq. Tikinti oğurluq sevməz, qəbul etməz. Nə yazıqlar ki, nəfsigir insanlar bu sahəyə burun soxub, insan faciələrinə səbəb olurlar. Bunlar saxtakarlardır, bəşəri cinayətkarlardır...

Tikinti millətin mədəni səviyyəsinin ən real göstəricisidir. Hər bir tikili, yazılı abidələr kimi, millətlərin tarixinin şahididir. Tarixdə hər şey unudulur, pisliklər də, yaxşılıqlar da, tökülən qanlar da, ancaq yaşayan bir yazıdır, bir də tikilənlər.
Məsələn, Misir mədəniyyəti bəşəriyyətə çox şeylər verib, amma bütün bunlar piramidaların kölgəsində qalır...

Son yüz illikdə bir neçə tikinti bumunu görmüşük. XX əsrin əvvələrində, ll Dünya müharibəsindən sonra - Stalin dövründə , Brejnev çağlarında və müstəqillik zamanında. Ən çox diqqəti cəlb edən XX əsrin əvvəlində Bakı milyonçularının tikdirdiyi binalar və Stalin dövrünün tikililəridir - paytaxt Bakıya yaraşıq verir.

Son on illiklərdə tikilənlər yaraşıqlı, hündür olsa da, zamanın sınağından hələ cıxmayıb. İnsanlar hələ içlərindəki şübhələrlə birlikdə bu binalarda yaşayırlar…

Ancaq “qeybdən” varlanan məmurların tikdikləri saraylar daha möhkəm, daha etibarlıdır. Qoy tiksinlər, hələ heç kim bu dünyada tikdiyini özü ilə o biri tərəfə aparmayıb, heç kim yığdığı qızılı yeyə bilməyib.
Nə tikilirsə, gec, ya tez, bu xalqındır.

Səməd Vurğun demişkən:

Tarixdə hər hökmü bir zaman verir,
Dünən fərman verən bu gün can verir...


Türkiyədə zəlzələ nəticəsində həyatlarını itirmiş on minlərlə insana Allahın rəhməti, zəlzələnin torpağın səthinə səpələdiyi binaların aqibəti tikinti rəhbərlərinə, mühəndislərinə… təbiətin dərsi olsun!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}