Feodalizm və peşəkarlıq

22:34 14.02.2023 1 075








Yalçın İSLAMZADƏ











Çox yaxın bir qohum var. Oxumaqnan arası olmayıb, ömründə bir kitab səhifəsi açmayıb. 8-ci sinifi zorla qutarıb, Bakıya gəlib, peşə məktəbində qaynaqçılıq öyrənib. O vaxtdan neft sektorunda işləyib, işinin ustasıdır, əlindən hər növ təmir işi gəlir. Həyatı da kitablardan yox, həyatın özündən öyrənib.

Çünkü bizim kimi cəmiyyətlərdə yazılanla, deyilənlə əməl arasında ciddi fərq olur.
Həddən artıq işgüzar və səbrsiz adamdır. Bir evə qonaq getsin, laxlayan krantı bərkidir, əyilmiş mismarı düzəldir, ağacı budayır. Ancaq işləyəndə səbrli olur.

Bir neçə il əvvəl iş yerində müqaviləsi qutardı. Uzun müddət iş tapa bilmədi. Müraciət edirdi, "əlaqə saxlayacağıq", "bizdən zəng gözləyin" – deyib, yola verirdilər. CV-sini mən hazırlamışdım, adına e-maili mən açmışdım deyə, iki il ərzində nə qədər iş müraciəti etdiyini bilirdim. İki ilə yaxın iş tapa bilmədi.
Bir gün yoldaşlarından biri zəng eləyib ki, iş var, xaricilər gəlib işçi yığır.

Deyir, içəri girəndə başa düşdüm ki, bu, şansdır. Çünkü intervünü xarici götürür, tərcüməçisi də rusca danışan bir xaricidir. Nə sual veriblərsə, "safety first" – deyib, əvvəlcə təhlükəsizlik qaydalarını sadalayıb, işi təsvir edib, sonra iş yerini necə yığışdırıcağını deyib. Bütün situasiyalara bu alqoritm üzrə cavab verib -
"Xaricilər təhlükəsizliyə əhəmiyyət verir, bilirəm axı".

Əcnəbi şəxs yanındakılara deyib ki, "misteri işə çağırarsız". Deyir, tez müdaxilə elədim, açıq-açıq dedim ki, cv-mi siz götürün, nəzarət edin, bunlar sizə "yaxşı" deyib, məni yox, öz tanışlarını çağıracaqlar. Əcnəbi cv-sini çantasına qoyub. Səhəri gün zəng edib kombinezon, ayaqqabı v.s. ölçülərini soruşublar.

Bir il xaricdə işlədi, qayıtdı, iki ay sonra yenidən çağırdılar. O iki il vəziyyətini düzəltməkdə əsas rol oynadı.

Başqa bir tanış əməyin təhlükəsizliyinə nəzarət edirdi, az maaşlı işə keçməyə razı olub, çünki ikinci şirkətin rəhbəri təhlükəsizliyə əhəmiyyət verirmiş. Deyir, əvvəlki şirkətdə məni görən işçilər "mərdiməzar yenə gəldi", "imkan ver, işimizi görək" - deyirdilər, dediklərimi ciddiyə almırdılar.

Feodalizm təkcə hüququn qanunlarını və cəmiyyətin qaydalarını şəxsi yaxınlıqdan - regional, qohumluq, qan, könül münasibətləri - üstün tutmaq deyil.

Görünür, şəxsi yaxınlığı təbiət qanunlarından da üstün tuturlar - "İşi öz adamımıza tapşıraq", "Allah kərimdi, bəd danışmayın, xeyrə danışın, heç nə olmaz".

Gecə saat 2-də telefon dayanmadan zəng çalırdı, kimsə şirkətin saytından nömrəmi götürüb, deyir, bizə səhər 8-ə təklif lazımdır, büdcəmiz də bu qədər... Qısaca izah etdim ki, "gecə 2-də zəng etməzlər, heç kim sizin zəngi gözləmir ki, səhər 8-ə qədər təklif hazırlasın, hətta bunları keçək, o büdcə real büdcənin beşdə biridir".

Sonra, sektorda işləyəndə dedilər ki, şirkətin sahibi bacıoğlusunu layihə rəhbəri təyin edib, o da büdcəni sağa-sola, ezamiyyətlərə xərcləyib, axırda ayılıb ki, vəziyyət budur.

O qədər belə misal var. "Xeyri qohuma verək" düşüncəsidə olanlarda hələ ki, "bilik və peşəkarlıq alırıq, uyğun ödəniş edək" anlayışı yoxdur.

Feodalizm yəqin ki, belə xarakterizə də oluna bilər: şəxsi münasibətlərin peşəkarlıqdan və təbiət qanunlarından daha üstün tutulması.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}