Vardanyanı özümüzə necə problem etdik?

23:37 14.02.2023 1 211
Vardanyanı özümüzə necə problem etdik?

Bizim Qarabağdakı əsas məsələmiz Vardanyan deyil, amma belə görünür ki, Araik azmış kimi, biz onu da artıq başımıza problem düzəltdik...

Ruben Vardanyanın Xankəndinə qayıtmayacağı barədə iddiaları yerli medianın hətta “ qorxdu qaçdı”- “yuvasına uçdu”kimi ifadələrlə bəzəyərək tirajlaması yəqin ki, səbəbsiz deyildi və hansısa “mötəbər mənbə(lərə)” əsaslanırdı. Məsələn, medianı inandıra bilərdilər ki, “Vardanyanın Xankəndidən çıxmasını bilən həmin mənbə(lər)yəqin ki, qayıtmayacağına da əmindir”. Paşinyan hökumətinə yaxın bəzi erməni mediası da Vardanyanın Xankəndini tərk etməsinə elə bizə oxşar şərhlər verirdilər ki, onların da marağı aydındır. Paşinyan qorxur ki, Qarabağda bəxti gətirməyən milyarder birdən İrəvana gəlib heydən və gözdən düşmüş Sərkisyan-Köçəryan cütlüyünə qoşular, ona problem yaradır.

Vardanyan həqiqətən də bir neçə gün ortalıqda görünmədi. “Vardanyan həqiqətənmi məhz Moskvaya getmişdi”, “kimlərlə görüşdü, nəyi müzakirə etdi” və nəhayət, “niyə qayıtdı” suallarına da cavab yoxdur. Lazımı dövlət adamları əlbəttə ki, bunları bilir, müəyyən nəticələr çıxarılır, sonrakı addımlar düşünülür, amma bunlar media üçün deyil.

Vardanyanın məhz Moskvaya getdiyini təsdiq edən hələ də heç bir fakt yoxdur. Bəlkə, heç Moskvaya getməmişdi? Bir neçə gün əvvəl Avropa Parlamentində keçmiş sovet respublikalarının təmsilçilərinin iştirakı ilə qapalı müzakirələr olub, bəlkə Vardanyan da elə oradan yeni təlimatlar almağa gedibmiş? Qarabağ ermənilərini müdafiə edən, Laçın yolundakı aksiyanı yumşaq desək, hər dəfə pisləyən Avropa Parlamenti niyə Vardanyanı da oraya dəvət etməsin?


Niyə bütün şübhələrin məhz Moskvaya yönəlməsinin səbəbi aydındır. Vardanyan Rusiyanın keçmiş vətəndaşıdır, Kremlə yaxın oliqarx kimi tanınıb, Qarabağda rusiyalı sülhməramlılar var və sairə...Biz 2020-ci ilin noyabrından özümüzü ona inandırırıq ki, Rusiya sülhməramlılarının müvəqqəti olduğu ərazilər Moskvanın nəzarətindədir. Deməli, Xankəndidə hakimiyyət məsələsini də Moskva həll edir və sairə. Bunlar əlbəttə ki, günümüzün reallığıdır. Amma daima deyil, hətta kokret müddəti də var. Hələ indidən “Rusiya Qarabağdan daha çıxmayacaq” kimi pessimist iddialar da var ki, bunlar da boşuna yaranmayıb. Amma...

Dünyanın dəngəsi indi o qədər çevik dəyişmə mərhələsinə gəlib ki, konkret bizim bölgədə nə olacaq, Ermənistan nə rola girəcək, İran hansı qarışıqlıq yaradacaq, Gürcüstan nə mövqe tutacaq, Rusiya müharibə bataqlığından çıxa biləcəkmi kimi suallar açıq qalıb. Yəni dünyada gedən hadisələrin fonunda Vardanyan və Araik indi o qədər xırda, əhəmiyyətsiz fiqurlardır ki, onlarla görüşüb hansısa irəli gedən planlar quranlara adamın gülməyi gəlir. Kimdi axı onlar? Almaniyanın kanslerinə “incimiş kolbasa”, Baydenə terrorçu, hətta hamınını ayaq üstə alqışladığı Zelenskiyə “kukla”deyilən dünyada kimdi, axı bu ermənilər ki, onları çağırıb planlar qurasan? Bir ətrafa, dünyaya diqqətlə baxaq, görək orada Ruben və Araik adlı tipləri həqiqi mənada adam yerinə qoyan varmı?


Mən qətiyyən, erməniləri aşığılayaraq, gözdən çıxaraq demirəm. Amma o qənaətdəyəm ki, bizim problem Vardanyan və Araik deyil. Biz əgər bu məsələni kökündən həll etmək istəyiriksə, daha səlis, cilalanmış siyasətə ehtiyac var. Deyirik, “bizim belə bir problemimiz yoxdur”. Bu “qara yara” milləti müəyyən səbəblərdən içimizdən birdəfəlik kəsib ata bilmirik. Ya vətəndaşlıq alıb qalın, ya rədd olub gedin deyirik, o zaman da dünyada hay-küy qaldırırlar ki, bizi qovurlar və sairə...

Qarabağı Ermənistanla danışıqların gündəliyindən çıxarmaq ciddi uğurumuz idi. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə bu gün brifinqdə deyib ki, Bakı ilə Xankəndi arasında danışıqlar mexanizmi hazırda Ermənistan və Azərbaycan tərəflərinin üzərində işlədiyi sülh müqaviləsində qeyd oluna bilər. Yəni biz bu məsələdə zamanı boşa buraxırıq. Bu boşluğu “Vardanyanla danışıqlar olmayacaq”, “Araik kimdir ki...”məntiqi ilə sürdürsək, proses daha da uzanacaq. Bu barədə bir dəfə də yazmışam. Bəs, o zaman kimlə danışmalıyıq? Erməni bizim bu tavrımızdan sui-istifadə edir, Ermənistan da indi Qarabağı yenidən sülh müqaviləsi şərtinə qoşmaq istəyir.


Qarabağ Azərbaycanın daxili işidir. Amma bu danışıqlar mexanizmini Bakı necə görür bu, indiyədək açıqlanmalı idi. Hətta ehtiyac olarsa, Qarabağ erməniləri ilə birbaşa işləyən nazir də təyin etmək olar. Lap adını erməniyə şərəf olmasın deyə, Milli-azlıqlarla iş üzrə Nazirlik də qoymaq olar. Qoy XİN rəhbəri Ceyhun Bayramov demilitasiya, demarkasiya, sülh müqaviləsi üzrə danışıqları aparsın.

Bizim Qarabağdakı problemimiz Vardanyan deyil, amma belə görünür ki, Araik azmış kimi biz onu da artıq başımıza problem düzəltdik...





Nazim SABİROĞLU]
("Yeni Müsavat")
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}