Yevlax və Mingəçevir icra hakimiyyətləri arasında qalan qazi ailəsi - Yerli məmurların özbaşınalıqları nə vaxta qədər davam edəcək?

21:06 16.02.2023 1 801
Yevlax və Mingəçevir icra hakimiyyətləri arasında qalan qazi ailəsi - Yerli məmurların özbaşınalıqları nə vaxta qədər davam edəcək?

Yevlax rayon icra hakimiyyətinin qazi ailəsinə verdiyi torpağı Mingəçevir şəhər icra hakimiyyəti ailənin əlindən alır...

Bu hadisə Yevlax rayon sakini, Suqovuşanın azad edilməsində gedən döyüşlərdə ayağını və əl barmaqlarını itirən Cavid Mustafayev və onun atası, 1-ci Qarabağ müharibəsinin döyüşçüsü Əfqan Mustafayevin başına gəlib.

2021-ci ilin mart ayında Əfqan Mustafayev oğlu ilə birlikdə Yevlax rayon icra hakimiyyətinə müraciət edərək, sahibkarlıq məqsədi ilə rayon ərazisindən onlara 3 sot torpaq sahəsinin verilməsini xahiş ediblər. İcra hakimiyyəti də qazi ailəsinin xahişinə baxılması üçün kənd bələdiyyəsinə tapşırıq verib. Qazi ailəsinə verilən torpaq sahəsi bataqlıq olub. Sənədlər hazırlanana qədər də Əfqan Mustafayev qurumla razılığa gəlib və həmin ərazidə işə başlayıb. Qazi ailəsi həmin torpaq sahəsini abadlaşdırmaq üçün 5 min manat xərc çəkib.

Şikayətçi bildirir ki, o, torpaqda 4-5 ay iş görüb. Amma o müddətdə ona heç kəs heç nə deməyib. Torpağı abadlaşdırıb qurtarandan sonra Mingəçevir şəhərinin memarı Etibar Abdullayev, icra başçısı İlham İsmayılov və bələdiyyə sədri Ramiz Əliyev əraziyə gələrək, həmin ərazinin Mingəçevirə verildiyini deyib. Əlavə ediblər ki, qazi ailəsinə heç bir torpaq sahəsi verilməyəcək.

Şikayətçi, qazi atası redaksiyamıza müraciət edib. Əfqan Mustafayev deyir ki, bu məsələdən sonra Mingəçevir rayonundan ona, "sənin oğlun Yevlax rayonu qazisidir. Buna görə də biz ona torpaq sahəsi verə bilmərik", - deyiblər.

Görünən odur ki, bizim məmurlar hələ də qazilərimizin rayonların deyil, bütöv Azərbaycanın olduğunu anlamırlar, ya da anlamaq istəmirlər. Qazi atasına bu sözün deyilməsi ən böyük səhvdir. Onlar qazilərin indi əlindən aldıqları torpaqlar uğurunda döyüşdüyünü başa düşmürlər? Canını bu torpaq uğrunda qoyan bir qazi üçün torpaq ayrılması bu qədər çətin məsələdir? Ayrılan torpağı niyə Yevlax və Mingəçevir icra hakimiyyətləri bir-birlərinin üstünə atırlar? Onların məqsədləri nədir?

Bu suallarımıza cavab almaq və məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız Yevlax rayon icra başçısının müavini Allahverdi Quliyev ilə əlaqə saxlamaq istəyib. Zəngə cavab verən Allahverdi müəllim əməkdaşımız özünü təqdim edəndən sonra guya səsi eşitmədiyini bildirib və telefonu söndürüb. Əməkdaşımızın dəfələrlə zəng etməsinə baxmayaraq, Allahverdi Quliyev telefona cavab verməyib.

Daha sonra əməkdaşımız Yevlax rayon icra hakimiyyətində ictimai-siyasi məsələlərə baxan Elnarə Əzizova ilə əlaqə saxlayıb. Elnarə xanım da bildirib ki, o torpaq işlərinə baxmır. Beləliklə də, qazi ailəsinə verdikləri torpağın indi də Mingəçevir şəhərinə aid olduğunu deyən Yevlax rayon icra hakimiyyətinin məsul şəxslərindən heç bir mövqe ala bilmədik.

Buna görə də ümid yerimizin Mingəçevir şəhər icra hakimiyyəti olduğunu düşündük. Bu məqsədlə də Mingəçevir şəhərinin memarı Etibar Abdullayevə və şəhərin bələdiyyəsinə dəfələrlə zəng etdik. Amma cavab verən olmadı.

Aydın olur ki, telefona cavab verməməklə, icra hakimiyyətləri bir-birinin üstünə atmaqla məsuliyyətdən qaçmaq və qazi ailəsinin əlindən həmin torpaq sahəsini almaq istəyirlər. Haqlı olaraq da qazi atasi deyir ki, Mingəçevir şəhərinin memarı Etibar Abdullayevin atasının adına olan 2 hektar yerdən yarısını ona versin, o da 5 min manat xərc çəkdiyi torpağı onlara versin.

Məsələni diqqətdə saxlayacağıq.(pia.az)

Qarşı tərəflərin mövqelərini dərc etməyə hazırıq.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}