Fransa nəşri: “Ağdamda azərbaycanlıların tikdiyi heç nə qalmayıb” - VİDEO

22:12 16.02.2023 940
Fransa nəşri: “Ağdamda azərbaycanlıların tikdiyi heç nə qalmayıb” - VİDEO

"“Qafqazın Hirosiması” adı ilə tanınan Ağdam şəhərinin indiki vəziyyətini necə əsaslandırmaq olar? Orada azərbaycanlıların tikdiyi heç nə qalmayıb..."

“Report” xəbər verir ki, bu barədə Qiyom Oriqoninin Fransanın “Slate.fr” onlayn nəşrində dərc olunan məqaləsində deyilir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən məqalə müəllifi orada törədilən urbisiddən bəhs edib.

“Dünyanın ən çox çirkləndirilmiş ərazilərindən biri... Xarabalığa çevrilmiş, minalarla dolu olan boş kəndlər, yaşayış məntəqələri, evlər avtobusun pəncərələrinin hər iki tərəfindən görünürdü. Bir vaxtlar sakinlərindən məhrum olan evlər tədricən dağıdılıb, təbiət isə bərpa olub”, - Ağdamda, Şuşada, Füzulidə səfərdə olmuş məqalə müəllifi təəssüratlarını bölüşüb.

“Azərbaycanın geri qaytardığı ərazilər mümkün qədər tez bir zamanda ölkənin qalan hissəsinə inteqrasiya olunmalıdır. Ölkənin bununla bağlı ortaya qoyduğu enerjini və resursları nəzərə alsaq, bir neçə ay ərzində bu məqsədə nail olacağına şübhə yoxdur. Amma hələlik Şuşada yalnız minatəmizləmə işləri ilə məşğul olan komandaları əvəz edən işçilər yaşayır və texnika var”, - müəllif vurğulayıb.

Q.Oriqonin azad edilmiş ərazilərin fəal şəkildə bərpa olunduğunu əlavə edib: “Azərbaycan Prezidenti İlham Əliyev bunu tez bir zamanda və keyfiyyətli şəkildə həyata keçirmək istəyir: Şuşa şəhərində və bütün regionda genişmiqyaslı işlər aparılır”.

O, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovla söhbətləşib. Ə.Həsənov qeyd edib ki, 3890 azərbaycanlı hələ də itkin düşmüş şəxs hesab olunur: “Birinci Qarabağ müharibəsindən sonra 3190-a yaxın hərbçi və 700 mülki şəxs vətənə qayıtmayıb”.

Ə.Həsənovun sözlərinə görə, azad edilmiş ərazilərdə azərbaycanlıların kütləvi məzarlıqlarının, qalıqlarının və sümüklərinin aşkarlanması istiqamətində işlər aparılır ki, bu da belə hərbi cinayətlərin Ermənistan ordusu tərəfindən törədildiyini sübut etməyə imkan verir.

Fransalı müəllif Bakıda məhkəmə-tibbi ekspertiza mərkəzində olub və bununla bağlı təəssüratlarını da bölüşüb: “Parlaq işıqlandırmaya baxmayaraq, burada əhval-ruhiyyə yaxşı deyil. Otağa girən zaman onlarla laborantın skeletlərin ətrafında dolaşdığını gördük. Onlar dedilər ki, bu qalıqlar erməni barbarlığının bariz nümunəsidir”.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}