Kənd xəstəxanası özü "xəstəliyə düşüb", yaxın duran da yoxdur - PROBLEM(FOTOLAR)

22:13 19.02.2023 1 367
Kənd xəstəxanası özü "xəstəliyə düşüb", yaxın duran da yoxdur - PROBLEM(FOTOLAR)

Biləsuvar RMX-dən bildirirlər ki, tibb məntəqəsinin əsaslı təmiri dövlət proqramında nəzərdə tutulub, Səhiyyə Nazirliyindən isə onlara indəyədək həmin tibb məntəqəsi barədə, ümumiyyətlə, müraciət daxil olmadığını açıqlayırlar(?)

Biləsuvar rayon Ağayrı kənd tibb məntəqəsi sözün əsl mənasında xarabalığı xatırladır. Məntəqədə üç nəfərdən ibarət tibb bacısı olmasa, buranın səhiyyə binası olması heç kimin ağılına gəlməz.

"Bizim.Media" xəbər verir ki, iki mərtəbədən ibarət olan xəstəxana binasında iki otaq qismən istifadəyə yararlıdı. Qalan otaqlar isə bərbad vəziyyətdədi.

Ağayrı kənd sakini Zakir Əzizovun sözlərinə görə, kənddə xəstəxana var, amma həkim yoxdur:

“İnsanlar xəstələnəndə rayon mərkəzinə getməli olurlar. Mən əvvəllər xəstələnəndə kənddəki xəstəxanada müalicə olunurdum. Amma indi nə xəstəxananın xəstə qəbul etmək üçün normal şəraiti var, nə də həkimi. Xəstəxana binası baxımsızlıq üzündən yararsız vəziyyətə düşüb. Əvvəllər bu xəstəxana Günəşli və İsmətli kəndlərinin sakinlərinə də xidmət göstərib”.

Ağayrı kənd sakini Tərlan Talıbov isə bildirir ki, sözügedən tibb məntəqəsinə sonuncu dəfə iki il əvvəl gedib:

“Xəstəxananın təmirə böyük ehtiyacı var. Həkim yox, avadanlıq yox, üç tibb bacısı var, onlar da ancaq iynə vurmağı bilirlər. Əvvəllər sözügedən tibb ocağında yaxşı şərait olub. Kəndin əksər sakinləri bu xəstəxanada dünyaya gəlib. Başı ağrıyan, dişi ağrıyan buraya gələrdi. İndi rayona getməli olurlar, hamının da avtomobili yoxdu. Görün, rayon mərkəzi xəstəxanasına getmək istəyən insanlar hansı çətinliklərdən keçməli olurlar. Yaşlı, uşaqlı insanlar üçün gedib-gəlmək olduqca çətindir”.

Tibb bacıları bildirir ki, dəfələrlə müxtəlif instansiyalardan gəlib vəziyyətlə maraqlanıblar. Amma məntəqənin təmir olunması ilə bağlı bir iş görən olmayıb:

“Uzun illərdi ki, bu həkim məntəqəsi fəaliyyət göstərir. Əvvəllər burda baş həkimlə yanaşı, bir neçə həkim də çalışırdı. İndi divarlar adamın üstünə gəlir, hər tərəf dağılıb-tökülüb,”- deyə, tibb bacıları bildirdilər.

Qeyd edək ki, sözügedən bina 1950-ci illərədə Ağayrı kənd xəstəxanası kimi fəaliyyətə başlayıb. Həmin illərdə xəstəxanada 30 çarpayılıq 10 palata, 4 qəbul otağı, bir stomotoloji kabinet, doğum şöbəsi, terapevt və pediatr şöbələri və aptek fəaliyyət göstərib. Səhiyyə ocağında hətta cərrahi əməliyyatlar aparmaq üçün imkanlar da olub. 2014-cü ildən isə xəstəxana fəaliyyətini dayandırıb.

Problemlə bağlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, Ağayrı kənd tibb məntəqəsinə aidiyyəti qurumlar tərəfindən baxış keçirilib və binanın əsaslı təmiri dövlət proqramında nəzərdə tutulub.

Səhiyyə Nazirliyindən isə məsələyə münasibət fərqli oldu. Bildirildi ki, qeyd edilən kənd tibb məntəqəsi ilə bağlı Səhiyyə Nazirliyinə vətəndaş, rəsmi şəxs yaxud da Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) müraciət daxil olmayıb: "Müraciət daxil olduğu təqdirdə, TƏBİB-in nümayəndələri məntəqəyə baxış keçirəcəklər. Müəssisənin yenidən təmiri məqsədəuyğun hesab edilərsə, TƏBİB Səhiyyə Nazirliyinə tikintinin həyata keçirilməsi ilə əlaqədar müraciət edəcək. Bundan sonra müəssisə investisiya planına salınır və tikintisi həyata keçiririlir. Hələ ki, belə bir müraciət yoxdur".






Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}