Dilimizi sevməkdən çox, onu zənginləşdirmək barədə düşünməliyik

22:49 21.02.2023 1 242









Yalçın İSLAMZADƏ











“Yel əsib, qoz tökülüb" məntiqilə dilimizi ucuzlaşdıran naşirə cavab

"Ana dilimizi sevək, onu qoruyaq!" çağırışları xoşniyyətli olsa da, əslində ana dilimizə gizli ögey münasibətə də eyham vurur. Müstəqil dövlətin rəsmi dili kimi Azərbaycan dilini sevmək və qorumaq mərhələsindən onu zənginləşdirmək, inkişaf etdirmək mərhələsinə keçmək lazım idi.

Kinoteatrlarda Azərbaycan dilində filmlərin nümayiş olunmaması, türkcə, rusca və ingiliscə seçimlərin təklif olunması, dilimizin elmi-kütləvi ədəbiyyatın, tənqidi təfəkkürü inkişaf etdirən mətnlərin, fəlsəfi müzakirələrin, uşaqlar və yeniyetmələr üçün elmi jurnalların, sənədli filmlərin dili olmaması onu ancaq şeirə və yaşlıların dili olmağa məhkum edir.

Bu gün Azərbaycan dilinə təəssübkeşlik ifadə edən əksər çağırışlar səmimi deyil. Rus dilinə tələb təklifdən dəfələrlə çoxdur. Artıq rus dili, sadəcə, rusdillilərin seçdiyi dil deyil, sadə, orta statistik vətəndaş da övladlarını rus sektoruna qoymağa çalışır. Taksi sürücüsü, aptekdə satıcı, qonşu, Türkiyədən istiqlalçı görüşləri ilə tanıdığımız tələbə yoldaşı - spektr genişdir. Övladını rus sektoruna qoyan valideyinlərin bəzilərinin maraqlı üz ifadəsi olur, bu, guya utanmaqla doğru qərar vermək sevincinin qarışığıdır. Başqa sözlə, məmurun guya şikayət edirmiş kimi, "Bu maşını niyə aldım, heç bilmirəm, gündə 100 manatlıq benzin yeyir" - deyib, guya peşman olması və əslində bir gündə benzinə bu qədər pul verə bilməsinin gətirdiyi fəxarət hissinin birlikdə təcəssüm etməsi kimi.

Xalq çox praqmatikdir: imkan olsa, övladını ingliscə; olmasa, rusca; olmasa, türkcə; əlacsız qalsa, Azərbaycan dilində oxudur.

Hökümət şairlərə ev verir, sanki deyilmək istənir ki, "Şair dilimizi yaşadır, o dildə şeirlər yazır" - dilimizin şeir dili olması qənaətini gücləndirir. Ancaq səs aktyoru şikayət edir deyə, dövlət televiziyası proqramını bağlayır. Səs aktyoru bəlkə bizim ölkə üçün lüksdür? Axı onun səsləndirdiyi animasiya filmlərinə uşaqlar çox maraqla baxır... O qədər maraqlı səs çalarları var ki, o qədər fərqli səsləri, emosiaları çatdıra bilir ki... Uşaq və yeniyetmə qoca şairin qara yelə həsr olunmuş şikayətlərini oxumur, rəngli, dinamik, maraqlı animasiyalara baxır. Hansı dildə baxa bilsələr, o dili sevəcəklər. Bəlkə şairlərə ev vermək əvəzinə bizim üçün lüks olan səs aktyoru kimi ixtisas sahiblərinin maddi vəziyyətini yaxşılaşdırasınız?..

"Əsas tərcümə ədəbiyyatı oxunur. Ondan da oxucular daim narazıdırlar", - bu sözlərin müəllifi naşirdir, dilimizi dəyişdirməyi təklif edir. Siz, niyə oxucuların narazı olduğu tərcümələr edirsiz ki?.. Şərtdir ki, "yel əsib, qoz tökülüb" məntiqi ilə ciddi əsərlərə girişib, zəif tərcüməsiylə "Azərbaycan dilində ciddi mətn oxumaq imkanı yoxdur" qənaəti yaradasınız?!. Sonra da öz əməlinizdən şikayət edəsiniz?!.

Dilimizin işi çox çətindir, onu zənginləşdirmə imkanı olanlar belə şikayət edir, yadplanetlilərin bu işi görməli olduğuna inanır, ya da başqa dilə üstünlük verirlər.
Əksər Afrika ölkələrində rəsmi dillərdən biri, bir və ya iki Avropa dilidir. Yerli dildə isə ölkənin bütün əhalisi ünsiyyət qura bilmir, bir-birlərini o dildə anlamırlar.

Ümid edirəm, 10 il sonra Azərbaycan dili, sadəcə, rəsmi saytların, nakam sevgi şerlərinin və müdrik nənə-babaların nəsihət ədəbiyyatının dili olaraq qalmayacaq, ölkə əhalisi ingilisdillilər, rusdillilər və türkdillilər kimi mədəni "xanlıqlara" bölünməyəcək.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}