Ən qədim dillər belə, təmiz deyil

23:21 21.02.2023 1 745
Ən qədim dillər belə, təmiz deyil






Rövşən ŞİRALIYEV







Dil millətin varlığıdır, onun keçdiyi tarixi yolların yaddasıdır. Hər kəs öz dilinin qədimliyini sübut etməyə çalışır, dilin yad kəlmələrdən azad edilməsini məqsədə çevirir. Dünyanın ən qədim dilləri belə özünü "təmiz dil" hesab edə bilməz. Çünki dil elə bir varlıqdır ki, xalqların, dövlətlərin qarşılıqlı əlaqələrini özündə əks etdirir.

Bizim dilimiz də belədir. Böyük Rəsulzadə deyirdi ki, yaşadığımız coğrafiyada türklük, ərəblik, farslıq müştərək bir mədəniyyət nüməsi əmələ gətirmişdir. Dil də mədəniyyətin bir formasıdır. Bu gün mədəniyyəti "xəlbirləmək", sırf milli mədəniyyət axtarmaq mədəni yoxsulluğa gətirib çıxara bilər. Bu coğrafiyada hər bir mədəniyyətdə bir türk izi, fars izi, ərəb izi var və bu yaşadığımız tarixin real nəticəsidir.

Sabah ilk çərşənbəsini qeyd edəcəyimiz Bahar - Novruz - İstək bayramının kimə məxsus olmasını araşdırıb, yekuna və hamının qəbul etdiyi fikrə gəlib çıxmaq mümkün olmayacaq. Baxmayaraq ki, 2500 il əvvəl fars bu torpağa gələndə heç bir mədəniyyət ( bayram, yazı və s.) gətirməmisdir. Farsların hakimiyyəti ələ alması onların dilinə hakim dil statusu vermişdir. Ərəblərin gəlişi ərəb dilini önə çıxarmışdır.

Xl əsrdə Hindistandan Misirə qədər bir ərazidə imperiya quran Səlcuqların hakimiyyəti dövründə artıq türk dili də ərəb - fars dilləri ilə bərabər hüquq qazanıb. Saraylarda, orduda daha geniş işləməklə bərabər, həm də mədrəsələrdə tədris olunur, ərəb-fars dövlət və bilim adamları da türk dilini öyrənirdilər. Səlcuqlar dilə, ədəbiyyata, elmə yüksək dəyər verdiyindən, türk dilinin elmi şəkildə öyrənilməsinə başlanır, Mahmud Kasgari kimi böyük alim yetişir.

Sonrakı əsrlərdə türk dilində ədəbiyyatın yaranmasında, dövlət səviyyəsində işlədilməsində Səlcuqların böyük təsiri olmuşdur. Səlcuqlar dövründə türk ləhcələri arasında məhz bizim bu gün danışdığımız tarixi oğuz ləhçəsi ən asan ləhcə hesab olunurdu.

Dilin inkişafı, tərəqqisi o dildə danışan xalqın dunya tarixində tutduğu mövqedən, onun iqtisadi yüksəlişindən, mədəni səviyyəsindən asılıdır. Yoxsullasmıs, mədəniyyəti tənəzzül etmiş xalqın dili də geriyə gedəcək, qloballaşan dünyada əhəmiyyətini itirəcək və biz, bu təhlükə ilə üz-uzəyik. Bir cəmiyyətdə böhran o zaman başlayır ki, pul bir nömrəli istəyə çevrilir, kitab, elm hörmətdən düşür, cılız musiqi beyinləri işğal edir, cahillər alimlərə yol göstərir.

Dilimizin hörmətli olmağı, millət olaraq, gələcəyə gedən yolumuzdan asılıdır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}