Mədəniyyət Nazirliyinin regional idarələri yenidən təşkil edilib - SƏRƏNCAM

19:29 24.02.2023 2 526
Mədəniyyət Nazirliyinin regional idarələri yenidən təşkil edilib - SƏRƏNCAM

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri yenidən təşkil edilib. Bununla bağlı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli sərəncamında dəyişiklik olunub.

Fevralın 23-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə (2021) uyğun olaraq, nazirliyin 12 regional idarəsi yaradılıb. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələri (Sumqayıt Regional Mədəniyyət İdarəsi, Xaçmaz Regional Mədəniyyət İdarəsi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Şəki Regional Mədəniyyət İdarəsi, Kürdəmir Regional Mədəniyyət İdarəsi, Ağstafa Regional Mədəniyyət İdarəsi, Şəmkir Regional Mədəniyyət İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi, Bərdə Regional Mədəniyyət İdarəsi, Ağcabədi Regional Mədəniyyət İdarəsi, Ağdaş Regional Mədəniyyət İdarəsi, Sabirabad Regional Mədəniyyət İdarəsi, Biləsuvar Regional Mədəniyyət İdarəsi, Masallı Regional Mədəniyyət İdarəsi və Lənkəran Regional Mədəniyyət İdarəsi) əsasında, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.3–1.14-cü bəndləri ilə müəyyən edilmiş Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq, aşağıdakı regional mədəniyyət idarələri yaradılsın:

- Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi;

- Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;

- Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi;

- Qarabağ Regional Mədəniyyət İdarəsi;

- Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi;

- Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;

- Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;

- Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;

- Mil–Muğan Regional Mədəniyyət İdarəsi;

- Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;

- Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;

- Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}