Sərnişin və yük daşımaya nəzarət gücləndirilir

21:22 24.02.2023 1 681
Sərnişin və yük daşımaya nəzarət gücləndirilir

Aprelin 8-dən kim gəldi sərnişin və yük daşıya bilməyəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları həyata keçirən daşıyıcılarla növbəti görüş keçirilib.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, son bir ildə daşıyıcıların sayının artması, daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının genişlənməsi, eləcə də Azərbaycan daşıyıcılarının müvafiq bazar paylarının artması müşahidə edilir.

Nazir müavini qeyd edib ki, hələ iki il bundan əvvəl beynəlxalq yükdaşımada istifadə olunan nəqliyyat vasitələrinin sayı 3000-dən az olub, 2022-ci ildə isə bu say 8000-i ötüb. Nəqliyyat vasitələrinin sayında artım bazarın şəffaflaşması nəticəsində “kölgə”də fəaliyyət göstərən daşıyıcıların qeydiyyata alınması, fəaliyyəti olmayan daşıyıcıların fəaliyyətini bərpa etməsi, bəzilərinin daxili bazardan beynəlxalq bazara keçidi və idxal olunan nəqliyyat vasitələrinin hesabına yaranıb. Görülmüş tədbirlər nəticəsində son dövrdə Azərbaycan daşıyıcılarının ikitərəfli daşımaların bütün istiqamətlər üzrə bazar payları artıb, milli daşıyıcıların 3-cü ölkələrin daşımalarında iştirakı ciddi şəkildə genişlənib.

Vurğulanıb ki, Nazirlər Kabinetinin 2022-ci il aprelin 8-də təsdiqlədiyi “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” 2023-cü il aprelin 8-də qüvvəyə minəcək. Qaydalara əsasən, avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti göstərən daşıyıcılar işgüzar nüfuza, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarlara, operatorun sürücülərinin hazırlıq səviyyəsinə dair tələblərə cavab verməlidir.

Bildirilib ki, buraxılış qaydalarının tətbiqində məqsəd avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması, daha peşəkar və beynəlxalq tələblərə cavab verən sürücülərin hazırlanmasıdır.

Rəhman Hümmətov qeyd edib ki, hazırda 218 şirkətdən yalnız 84-nün təqdim etdiyi sənədlər buraxılış qaydalarının şərtlərinə uyğundur. Bu şirkətlərin avtonəqliyyat vasitələrinin sayı ümumi parkın cəmi 16%-ni təşkil edir.

“AYNA-da daşıyıcıların iştirakı ilə çoxsaylı maarifləndirici görüşlər keçirilib və buraxılış qaydaları haqqında zəruri məlumatlar təqdim olunub. AYNA-nın Təlim-Tədris Mərkəzi, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və tərəfdaş şirkətlər sürücülərin peşəkarlıq səriştəsinə dair təlimlər keçirir. Bu günədək təlimlərdə 4000-dən çox sürücü iştirak edib. Ümumilikdə isə 8000-dən çox sürücünün tədris prosesinə cəlb edilməsi nəzərdə tutulur”, – deyə, Rəhman Hümmətov əlavə edib.

Tədbirdə sənədləri buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcıya ilk “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi”ni təqdim edilib.

Daha sonra “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”na dair daşıyıcıların sualları cavablandırılıb.

Qeyd edək ki, qaydalara əsasən, buraxılış vəsiqəsi və kartı almayan daşıyıcılar aprelin 8-dən beynəlxalq yük daşımalarında iştirak edə bilməyəcək, hüquqi və fiziki şəxslər “İcazə” blanklarının bölgüsünə buraxılmayacaqlar. “İcazə” blanklarının bölgüsü buraxılış kartı verilmiş avtonəqliyyat vasitələrinin sayına uyğun aparılacaq. Gömrük keçid məntəqələrindən keçən avtonəqliyyat vasitələrinə müvafiq qeydiyyat sistemi vasitəsilə nəzarət olunacaq. Buraxılış kartı verilməyən avtonəqliyyat vasitələrinə “İcazə” blankının verilməsi aşkar olunduqda daşıyıcı bölgüdən kənarlaşdırılacaq.

Sonda daşıyıcıların diqqətinə bir daha çatdırılıb ki, buraxılış vəsiqəsi və kartının alınması üçün çox az vaxt qalıb. Sənədlərini təqdim etməyən daşıyıcıların sayı isə kifayət qədər çoxdur.("marja.az")
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}