Xocalı uşaqlarını Türkiyəyə aparan məşhur siyasətçi: “Onlardan birini övladlığa götürdüm”

12:53 25.02.2023 2 212
Xocalı uşaqlarını Türkiyəyə aparan məşhur siyasətçi: “Onlardan birini övladlığa götürdüm”

“Ermənilər Xocalı soyqırımını törədəndən təxminən 10 gün sonra. azərbaycanlı rəssam Rafiq Əzizin köməkliyi ilə. həmin rayondan olan 30-a yaxın uşaq sosial-psixoloji reablitasiya üçün Türkiyəyə gətirildi”.

Bunu “Report”a açıqlamasında İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri, "İstək" Vəqfinin rəhbəri, Yedditəpə Universitetinin qurucusu, məşhur siyasətçi Bədrəddin Dalan söyləyib.

O. bildirib ki, 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı belə bir dəhşətli soyqırımının törədildiyini faciədən bir neçə gün sonra Türkiyə telekanallarından öyrənib və soyqırımı qurbanlarına dəstək olmaq barədə qərar verib. Beləliklə, bir müddət həmin uşaqlara Türkiyədə psixoloji yardım göstərilib. Reablitasiya müddəti bitdikdən sonra. Rafiq Əziz uşaqlarla birgə Azərbaycana qayıdarkən. Bədrəddin Dalan ondan himayə etməsi üçün erməni quldurlarının öz doğma yurd-yuvasından didərgin saldığı azərbaycanlı uşaqlardan 10 nəfər azyaşlını Türkiyəyə gətirməsini istəyib. Bundan sonra R.Əziz Azərbaycana qayıdıb, bir neçəsi xocalılı olmaqla, 10 nəfər Qarabağlı uşağı Türkiyəyə gətirib. O, Türkiyədə azərbaycanlı uşaqların bütün təhsil haqlarını, yaşam xərclərini ödəyərək, onlara kömək edib.


Faciə qurbanlarının ağrılı taleyindən danışan B.Dalan Türkiyəyə aparılan xocalılı uşaqlardan birinin başına gələn hadisədən ürəkağrısı ilə bəhs edib:

“Uşaqlardan biri olduqca böyük bir travma almışdı. Ermənilər həmin uşağın atasını övladının gözünün qarşısında vəhşicəsinə öldürmüşdü. Atası qətlə yetirildikdən sonra, uşağın dili tutulmuşdu, Türkiyəyə gətirildiyində danışa bilmirdi. Biz bir ilə yaxın həmin uşağın danışması üçün çalışdıq. O uşaq üçün xüsusi həkimlər, psixoloqlar təyin edildi. Nəhayət, bir illik çətin müalicə dövrü keçdikdən sonra, uşağın dili açıldı. Sözügedən uşaq danışmağa başladıqdan sonra məktəbə getdi, universitetə qəbul oldu. Hətta, magistratura və doktorantura təhsili də aldı. Hazırda evlidir, övladı da var. Amma uşaqlıqda yaşadığı faciələrə və travmalara görə, başında ağrılar hələ də qalmaqdadır. O, yenidən danışmağa başlasa da, təəssüf ki, başındakı ağrıların çarəsi tapılmadı”.


B.Dalan bildirib ki, Xocalıdan Türkiyəyə aparılan uşaqlarla indi də əlaqə saxlayır:

“Uşaqlardan bəziləri böyüdükdən sonra yenidən Azərbaycana qayıtdılar, bəziləri isə Türkiyədə yaşayırlar. Himayə etdiyim bütün uşaqlardan xəbərdaram. Hətta, onlardan biri mənim qızımdır və yanımda qalır. Mən, gətirilən hər bir uşağın mənəvi atasıyam. Onları öz övladım kimi böyütmüşəm. Çox şükür, indi hamısı iş-güc sahibidir. Azərbaycanlı uşaqlar bizim öz övladlarımızdır, onları Türkiyəyə gətirəndə də yalnız bunu düşünürdük. Çünki biz bir millətik, hamımız türkük. Bu illər ərzində hər bir uşağa canımızdan bir parça kimi baxdıq”.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}