Qara və qırmızı...

21:28 25.02.2023 1 520
Qara və qırmızı...






Rövşən ŞİRALIYEV






Həyat nə qədər çətin olsa da, xalq öz adət-ənənələrinə sadiq qalaraq, yoluna davam edir. Hər adətin, ənənənin öz tarixi kökü, bağlılığı var.

Dinimiz islam dini olsa da, icra etdiyimiz adət-ənənələrin tarixi islam dinindən daha qədimdir... Uca dağların ziyarəti, insan ölən zaman xeyratın verilməsi, ölən şəxsin şəklinin çadıra vurulması, məzar üstə dasın qoyulması, iri ağacların budaqlarına rəngli parçaların bağlanması və s. kimi adət-ənənələr qədim türk toplumlarının bu günə kimi öz varlığını qoruyub saxlamış məişət qaydalarıdır. Bu adətlər sonralar islam-şəriət qanunları ilə culğalasaraq, günümüzədək gəlib çatıb.

İlk çərşənbəsini qeyd etdiyimiz Bahar-Novruz-İstər (qədim mixi yazılarında bu bayramın “İstər” adlandığını iddia edən ilk alim Tariyel Azərtürkdür) bayramı da yaş etibarilə islam dinindən ən azından iki dəfə qədim tarixə malikdir.

İcra olunan adətlərimizdən biri də vəfat etmiş şəxsin yaşadığı evin, həyətin qapısına qara və qırmızı parçanın (vəfat edən şəxsin yaşından asılı olaraq) baglanmasıdır. Şimali Qafqaz xalqları hüzr düşən qapıya islam simvolu olaraq, yaşıl rəngli parça bağlayırlar. Biz də isə vəfat edən cavan olduqda qara və qırmızı parça birlikdə, yaşlı insan vəfat etdikdə isə yalnız qara parça bağlanır.

"Kitabi-Dədə Qorqud" dastanlarından görürük ki, Bayandur xanın təklifi ilə toy məclisinə gələn qonaqlar belə yerləşdirilir: övladı olanlar ağ çadıra, övladı olmayanlar qara çadıra. Qara rəng o zamandan bir kədər, bədbəxtçilik, hüzn, ağ rəng isə uğur, xeyir əlaməti kimi işlənmişdir.

Qırmızı rənglə qaranın Səlcuqlar dövründə daha geniş mənada işlənməsinə də rast gəlirik. Türk yazarı Fərhad Ceylan Səlcuqlar dövrü Bağdadın təsvirini verəndə göstərir ki, sarayın önündə iki bayraq asılmışdı: qara və qırmızı. Qara rəngli bayraq xəlifəyə məxsus olub, din və qanunu təmsil edirdisə, qırmızı rəngli bayraq səlcuqların hakimiyyətinin simvolu idi. Yüz ildən artıq böyük coğrafiyada öz varlığını qoruyub-saxlamış səlcuqların hakimiyyəti dövründə bu iki rəngdə olan bayraqlar yanaşı yol gəliblər. Ehtimal ki, türk-səlcuq hakimiyyəti və islam dininin hökmran olduğu ərazilərdə bu yanaşı işlənmə sonralar öz mahiyyətini dəyişərək, bu gün qavradığımız mənaya gəlib çıxıb.

Sonda, onu da qeyd edim ki, türklər bir insanın ölümünə farslardan da, ərəblərdən də daha çox önəm verib, ehtiram göstərib. Ölən şəxs üçün 3 günlük hüzr mərasimindən əlavə, 7 və 40 mərasimlərinin də verilməsi nə ərəblərdə, nə də farslarda var. 3,7, 40 kimi rəqəmlər qədim türk təfəkküründə müqəddəs rəqəmlər hesab olunur.

Demək istədiyim budur ki, bugünkü adət-ənənələrimizin yaranma tarixini bir istiqamət üzrə - din, yaxud kök – axtarmaq düzgün olmaz.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}