Göyçay rayon Suvarma Sistemləri İdarəsində nələr olur? - Baş Prokurora MÜRACİƏT

17:39 27.02.2023 1 756
Göyçay rayon Suvarma Sistemləri İdarəsində nələr olur? - Baş Prokurora MÜRACİƏT

Redaksiyamıza Göyçay rayonu Həbibi küçəsi, ev-50 sakini Azadov Seymur Əlibala oğlunun Azərbaycan Respublikasının Baş Prokuroru, cənab Kamran Əliyevə müraciətinin surəti daxil olub. Müəllif müraciətində Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun ciddi korrupsiya əməllərinə yol verdiyini idda edir və bununla bağlı özünün də iştirakı ilə hüquqi ölçü götürülməsini xahiş edir.

Biz, sayt olaraq, yazıda yer alan iddialarla bağlı qarşı tərəfi dinləmək istəsək də, cəhdlərimiz alınmadı. Baş Prokurora ünvanlanmış müraciəti olduğu kimi təqdim edirik:

"Mən, mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə müraciət edirəm:
Cənab Baş Prokuror 03 avqust 2022-ci il tarixdə Ucar rayonunda məni qəbul etdiniz. Həmin vaxt Sizə Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun korrupsiya əməlləri barədə konkret sübutlarla məlumat verdim. Siz, Göyçay rayon prokuroru Ramil Hüseynova obyektiv araşdırma aparıb, qanunu tədbir görməyə tapşırıq verdiniz. Ancaq üzərindən 7 ay keçsə də heç bir tədbir görülmədiyini görüb, 10 fevral 2023-cü il tarixdə Kürdəmir rayonunda təkrar Sizin qəbulunuzda oldum. Həmin vaxt Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun barəsində heç bir tədbir görülməməsi barədə Sizə məlumat verdikdə, Siz, Göyçay rayon prokuroru Ramil Hüseynova irad tutdunuz və bu məsələnin Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırlmasına tapşırıq verdiniz. Bundan sonra məlumat aldım ki, Şakir Əhmədovu və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırıb dindiriblər. Hətta, rayonda söz yayıldı ki, Şakir Əhmədovu tutduğu vəzifədən azad ediblər.

Ancaq indiyə qədər məni araşdırmaya çağırıb dindirməyiblər. Hansı ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barədə məndə konkret və mötəbər sübutlar var, araşdırmaya təqdim edə bilərəm. Həmin subutların araşdırılmasına zərurət var.
Həmçinin Şakir Əhmədov tutuduğu vəzifədən azad olunsa da, yenədə işə gedir, iş kabinetində əyləşib, göstərişlər verir.

Qeyd edim ki, Şakir Əhmədov uzun illər boyu dövlətin ayırdığı küllü miqdarda vəsaiti talan edib, adı işdə gedib, özləri başqa-başqa yerdə olanların maaş kartlarını mənimsəyib, idarədə işləməyən texnikalara ehtiyat hissələri, yanacaq yazılaraq, mənimsənilir. Yaxın qohumlarının adını tabeliyində işə yazdırıb, ancaq işə gəlmirlər.

Şakir Əhmədov təkcə Göyçay şəhərində özünə 5 böyük mənzil alıb, özünə məxsus bir neçə böyük obyektləri icarəyə verib. Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov talançılıq yolu ilə dövlətə küllü miqdarda ziyanlar vurub.

Cənab Kamran Əliyev, Sizdən xahiş edirəm, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmada mənim də dindirilməyimi təmin edib, ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz".
(Yenixeber.org)


Mətbuat olaraq, qarşı tərəfin cavab haqqını tanıyırıq.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}