Kazinolardan gələn təkliflər, rədd edilən milyonlar... - O, niyə bunlara “yox” dedi?

19:53 2.03.2023 1 257
Kazinolardan gələn təkliflər, rədd edilən milyonlar... - O, niyə bunlara “yox” dedi?

Mart ayının 1-də bir zamanlar “Çalıkuşu” filmi ilə ürəklərimizi fəth eləmiş və yaddaşlarımızda da elə Fəridə obrazı ilə qalmış möhtəşəm gözəlin, aktrisa Aydan Şenerin 60 yaşı tamam olub.


Lent.az “Göz önündə” rubrikasında Aydan Şenerdən bəhs edir.


O, 1963-cü il, martın 1-də Qaziantepin Kilis rayonunda ziyalı ailəsində doğulub. Əslən Krım tatarıdır. 1 yaşı olanda ailəsi Bursa şəhərinə köçüb və Aydan orda böyüyüb.

18 yaşı olanda məşhur aktrisa olan xalası Harika Avçının təkidilə gözəllik yarışmasına qatılır və Türkiyə gözəli seçilir. Eyni ildə Dünya Gözəllik Yarışmasında Türkiyəni təmsil edir. Bir müddət model kimi fəaliyyət göstərdikdən sonra “Kiçik ağa” serialı ilə kinoda debüt edir.


Əsl şöhrətə 1986-cı ildə, 23 yaşında olarkən qovuşur. Kenan Kalav ilə tərəf müqabili olaraq çəkildiyi “Çalıkuşu” çoxseriyalı bədii filmi Aydan Şenerə dünya şöhrəti qazandırır. Hər kəs filmdən çox bu gözəl qızın duru, məsum simasından danışırdı.

Aydan Şenerə qədər eyniadlı filmdə Fəridə obrazını Türkan Şoray oynamışdı, Aydandan sonra Fahriye Evcen bu rolu ifa etdi, amma kimsə onun yerini tuta bilmədi.


Gözəl aktrisaya Türkiyənin ən nüfuzlu kazinolarından təkliflər gəlsə də, o milyonları əlinin arxasıyla geri itələyir, cazibədar təkliflərə “yox” deryirdi.

1988-ci ildə gözəllər gözəli futbolçu Ayhan Akbinlə evlənir və bu evlilikdən Ecem adlı qızı doğulur. Ailə həyatı uzun sürmür, onlar 4 il sonra boşanırlar. Aydan bir daha heç kimlə ailə qurmur. Aydan Şenerin qızı Ecem hazırda aktrisa kimi fəaliyyət göstərir. Ona anasının əsrarəngiz gözəlliyi qismət olmayıb, atasının üz cizgilərini mənimsəyib.


Aydan Şenerin adı bütün gözəllər kimi sevgi romanlarında, qalmaqallarda hallanmadı. O, buna yol vermədi. Yalnız bir dəfə kinorejissor, prodüser Burak Törerlə sevgili olması barədə xəbərləri çıxdı. Cütlük evlənəcəyini bildirsə də, sonralar Aydan səbəb göstərmədən sevgilisindən ayrıldı. Heç bir zaman onun haqqında pis söz demədi, polemikalara girmədi. Bir qədər sonra Burak Törer Aydan Şenerin ən yaxın dostu Gülben Ergenlə birlikdə görüntüləndi. Aydan isə onlara sadəcə xoşbəxtlik diləməklə kifayətləndi.

Bikinili pozlarıyla hər kəsi möhtəşəm bədən quruluşu ilə heyrətləndirən aktrisa verdiyi müsahibələrində qadınların 40 yaşdan sonra daha da gözəlləşdiklərini deyib:

“Yaşımı özümə dərd etmirəm. Önəmli olan rəqəmlər deyil, o yaşda mənim özümü necə hiss etməyim, necə görünməyimdir. Yalnız türk ölkələrində yaşı dərd edirlər. Bu xoşuma gəlmir. Ömür o qədər qısadır ki, onu yaşlanma qorxusu ilə yaşamaq istəmirəm”.



Duru gözəlliyini qoruyub saxlayan aktrisa üzündə zərif toxunuşlar etdirsə də, estetik əməliyyatların tərəfdarı olmadığını bildirib:

“Dolqu üzü böyüdür. Bütün qadınların əkiz kimi bir-birinə bənzəmək istəyini anlamıram. Fərdi cizgilərimiz olmalıdır. Yeməyimə, idmana diqqət edərək görünüşümü qoruyuram. Dərimin gözəlliyinə üzdən deyil, daxildən müdaxilə edirəm. İçində kibr, qısqanclıq, paxıllıq olan insan gözəl ola bilməz. Buna əminəm. Ruhun dincdirsə, dərin də gözəl olacaq”.

O, gündə cəmi bir dəfə yediyini, səhərləri südlü kofe içdiyini, əsasən balıq və salatlarla qidalandığını söyləyib.
“Özünüzü necə xarakterizə edərsiniz?” sualını belə cavablandırıb:


“Zərif görünsəm də, çox güclü qadınam. Boş danışan, dedi-qodu edən adamlardan uzaq dururam. Əlçatmaz deyiləm, sadəcə insanlarla dərhal ünsiyyət qura bilmirəm, utanqac xarakterim var. Çox qürurluyam. Doğru bildiyim şeylərdən vaz keçmirəm”.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}