Oktay ŞAMİLin yaradıcılıq portretinə ştrixlər

20:57 5.03.2023 4 076
Oktay ŞAMİLin yaradıcılıq portretinə ştrixlər

"Oktay Şamil" imzası mənə fövqəladə doğma imzadı. Onu qırx ildən çoxdur tanıyıram. O, milli şairdir. Milli olduğu qədər də bəşəridir. Əsərləri cəmiyyətimizin milli xarakterini öyrənmək baxımından, olduqca maraqlıdır. Eyhamları, atmacaları, az sözlə çoxlu məna çatdırmaq qabiliyyəti, ciddi adamın yumoru oxucu qəlbini isindirir.

Oktay müəllimi sevməyənlər də bəlkə tapılar. Ölçü-biçisi itib-batmış indiki dünyamızda onun prinsipial mövqeyi, hər şeyi öz adıyla çağırmaq cəsarəti, qabaqcıl və müasir düşüncələri bəlkə kimlərəsə xoş gəlməyə bilər. Vətənin, millətin mənafeyi, milli ideallar bu adamlara öz mənfur məqsədinə çatmaq üçün tikinti materialıdır.

Onu da deyim, Oktay Şamilin leksikonu heyrətamiz dərəcədə zəngindir. Nadir işlədilən sözlər, söz birləşmələri tez-tez oxucunu müşahidə edir. İndi onu da xatırlayıram ki, tanınmış Moskva şairi Dmitri Çeselçukun tərcümələrində Oktay müəllimin şeirləri mənim 45 ilə yaxın yaşadığım Rusiyada necə rezonans doğurmuşdu.

Yaxınlarda görkəmli şairimizin publisistikası və esseləri ilə də tanış oldum. Nüfuzlu Pribaltika tənqidçisi Vitautas Kubilyus demişkən, esse intensiv fikirlər meydançasıdır. Bu mənada, Oktay Şamilin çap olunan esselərini, mən, böyük esse ustaları Lui Xorxe Borxes, Oruell, Əziz Nesin, Jivanetski, Zadornov kimi nəhəng esseçilərin əsərləri ilə tutuşdurub, müqayisə apara bilirəm.

Oktay Şamil hazırda iki kitabını çapa hazırlayır. “Azpandemi trendindən reportajlar” və “Ağcaqanadların Yevlax simpoziumu”... İnanıram, bu kitablar da müəllifinin adını ucalara qaldıracaq, yeni forma və məzmun axtarışları ilə oxucuları sevindirəcək.



Knyaz QOÇAQ,
“Literaturnaya qazeta”nın Qərbi Sibir
bölgəsi üzrə xüsusi müxbiri
25 fevral, 2023-cü il.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}