MedEra" hospitalın bu həkimindən daha bir şikayət var - TƏFƏRRÜAT

15:51 6.03.2023 2 532
MedEra" hospitalın bu həkimindən daha bir şikayət var - TƏFƏRRÜAT

Redaksiyamıza Ucar rayonu 28 May küçəsi ev 8-A sakini Mustafayeva Məryəm İbrahim qızının müraciəti daxil olub. Müəllif müraciətində “Medera” hospitalda fəaliyyət göstərən həkim Əliosman Qədimbəyli tərəfindən aldadılaraq, yanlış müalicə aldığını və 1000 (min) manat zərərə düşdüyünü iddia edir.

Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlə dərc edirik:

"Bu şikayət ərizəmdə yazıb Sizə bildirəm ki, “Medera” hospitalda fəaliyyət göstərən Əliosman Qədimbəyli vəzifəsindən və mənim savadsızlığımdan sui-istifadə edərək, məni aladadıb. 1000 manat pulumu ələ keçirib və mənə qarşı dələduzluq edib.

Belə ki, ayaqlarım ağrayırdı, yeriməkdə çətinlik çəkirdim. Televiziya verlişində Əliosman Qədimbəylinin reklamın gördüm və 19.01.2023-cü il tarixdə ona müraciət etdim. Mən, dediyi müayinələrdən pul xərcləyib keçdim, qan analizi MRT-müayinə, şəkər analizi, ümumilikdə 450 manat xərcləyib, bir çox müayinələrdən keçdikdən sonra, mənə müalicə yazdı. Müalicəm üçün yazılan dərmanlar ancaq Əliosman Qədimbəylinin özünə məxsus “Zəm-Zəm” adlı aptekdə satıldığı üçün, 550 manat pul verib aldım.

Evdə ambulator müalicələr keçdim. Qeyd edim ki, "Medera" hospitala daxil olmaq üçün isə ilik 50 manat pul ödəmişəm. 6 gün müalicə aldıqdan sonra, səhhətim əvvəlkindən də pis vəziyətə düşdüyü üçün, müalicəni saxlayıb, həkimlə əlaqə saxladım. Əliosman həkim mənə bildirdi ki, mən, düz müalicə yazmışam, başqa heç nə edə bilmərəm, gedin hara istəyirsiniz, şikayət edin.

Beləcə, Əliosman Qədimbəyli məni aldadıb, 1000 manat maddi və küllü miqdarda mənəvi ziyanlar vurdu. Mən, hazırda türkəçarə vasitə ilə müalicə olunub, yaxşılaşmaq üzrəyəm. Əliosman həkimin mənə qarşı etdiyi bu hərəkət dələduzluq cinayəti hesab edilir. Bu adam televiziya verlişlərinə çıxıb, saxta, yalan reklamlarla mənim kimi insanları aldadıb, pulunu ələ keçirir. Nəticədə isə onun müalicələri təsir göstərmir, əksinə, ağrılar daha da şiddətlənir. Mən, Əliosman Qədimbəylinin dələduz əməlləri barədə orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm.

Müvafiq orqanlardan xahiş edirəm, şikayətimi obyektiv araşdırıb, etibarımdan və vəzifəsindən sui-istifadə edərək, məni aldadıb, pulumu ələ keçirmiş, səhhətimə daha da ziyanlar vurmuş Əliosman Qədimbəylinin barəsində qanunu tədbirlər görəsiniz. Azərbaycan cəmiyyətinə üz tutub, deyirəm ki, Əliosman Qədimbəyliyə inanmayın, onun məqsədi xəstələri sağaltmaq deyil, onların pulunu ələ keçirməkdir".


Redaksiyadan: Biz, Yenixeber.org olaraq, yazıda adı hallanan tərəfi - həkim Əliosman Qədimbəylini də dinlədik. Həkim iddiaları yanlış və qərəzli adlandırdı:

"Xəstənin diz və sinir problemi var. Əməliyyat olunması lazımdır, biz, təkilf etsək də, razılaşmadı. Gellərdən istifadə edir. Hansı ki, bu müalicə deyil, müvvəqqəti sakitləşdirici vasitələrdir... O ki, qaldı “Zəm-Zəm” adlı aptekə, mənim heç bir aptekim yoxdur".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}