Arayik Arutyunyan hələ də ağıllanmayıb - "kişi" müstəqillik istəyir

20:11 6.03.2023 1 240
Arayik Arutyunyan hələ də ağıllanmayıb - "kişi" müstəqillik istəyir

Martın 6-da Qarabağdakı qondarma rejimin başçısı Arayik Arutyunyan oyuncaq “milli assambleyanın siyasi qüvvələrinin və regional administrasiyaların rəhbərlərinin iştirakı ilə Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasını” çağırıb.

Bu haqda erməni mediası məlumat yayıb.

Arutyunyanın sözlərinə görə, fevralın 24-də “artsax tərəfi” Rusiya sülhməramlı qüvvələrinin komandanlığının vasitəçiliyi və iştirakı əsasında Azərbaycan tərəfi ilə “indiki şəraitdə humanitar və infrastruktur məsələlərini müzakirə etmək üçün” görüşüb.

“Daha sonra Təhlükəsizlik Şurasının katibi Samvel Şahramanyanın rəhbərliyi ilə martın 1-də baş tutan ikinci görüş barədə razılıq əldə olunub. İclasların gündəliyinə 4 məsələ daxil edilib: Laçın dəhlizinin blokunun açılması, Ermənistan Respublikasından Artsaxa elektrik enerjisinin verilməsinin bərpası, təbii qazın fasiləsiz verilməsi və Kaşen mədəninin fəaliyyətinin bərpası”, - Arutyunyan deyib.

Baş separatçı bildirib ki, ikinci görüş zamanı Azərbaycan nümayəndəsi “inteqrasiya” sözündən istifadə edərək siyasi mövzuları müzakirə etməyə çalışıb, lakin Şahramanyan buna etiraz edib və bildirib ki, “siyasi məsələlər müzakirə olunarsa, bu, Azərbaycanın Artsaxın müstəqilliyini tanıması mövzusu olmalıdır”.

A.Arutyunyanın sözlərinə görə, onun nümayəndəsi əlavə edib ki, onların siyasi məsələləri müzakirə etmək səlahiyyəti yoxdur və bu görüşdə belə məsələləri müzakirə edə bilməzlər. Arutyunyan daha sonra iddia edib ki, bundan sonra Azərbaycan tərəfi öz kanalları ilə “ya bizə inteqrasiya edin, ya da mövcud problemlər həlli olmayacaq, əksinə, daha sərt və daha kəskin addımlar atılacaq" mesajı verib.

A.Arutyunyan deyib ki, biz bu şərti qəbul etmədik: “Qəbul etmirik və bu gün bir daha demək istəyirəm ki, bu, təkcə Təhlükəsizlik Şurasının qərarı deyil, həm də xalqımızın böyük əksəriyyətinin razılığıdır ki, biz müstəqillik və özünüidarə hüququmuzdan əl çəkməyəcəyik. Bu isə o deməkdir ki, yaxın gələcəkdə qarşımızda müxtəlif vəziyyətlər olacaq ki, biz onları aradan qaldırmalıyıq”.

Ardınca o, Qarabağ ermənilərinə maraq doğuracaq şəkildə xitab edib:

“Bizim seçimimiz var: ya seçdiyimiz mübarizəni davam etdirmək, ya da cəmiyyətdə elə bir fikir yaranıbsa ki, Azərbaycanın təqdim etdiyi təklifi qəbul edək, o zaman insanların öz vətəndaş hüquqları çərçivəsində sözünü deməyə imkanı var ki, seçdiyimiz yol səhvdir, bu hissləri rəsmiləşdirin, ölkədə yeni hökumət qurun. Amma biz mübarizə yolunu seçdiyimizə görə, ilk növbədə, sizdən xahiş edirəm ki, bizim qərarımıza hörmətlə yanaşasınız və bu kimi hallara münasibət bildirməyəsiniz, ölkədaxili siyasi çalarlara yol verməyəsiniz”.

Sonda Arutyunyan bunları deyib:

“Qarşıda bizi uzun mübarizə gözləyir və bu mübarizə çərçivəsində belə halların olacağını dərk etməli, qabaqlayıcı tədbirlər görməliyik. Mən, dövlət naziri ilə problemlərimizi müzakirə etdim və bu gün Təhlükəsizlik Şurasının qərarı ilə hökumətə ərzaq və enerji təhlükəsizliyi proqramı hazırlamaq tapşırığı vermək istəyirəm, çünki, biz, bütün ssenariləri hesablamalıyıq”.(Yenixeber)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}