Qarabağ Rusiyadan tələb olunmalıdır!..

21:09 15.03.2023 933
Qarabağ Rusiyadan tələb olunmalıdır!..

Fotoda görünən ərazi Ermənistandan Azərbaycanın Laçın rayonuna giriş nöqtəsidir. “Sülhməramlı” adlandırılan Rusiya hərbi kontingenti burada post qurub, yanında da Rusiyanın dövlət bayrağını və Rusiya Quru Qoşunlarının bayrağını asıb. Aşağıda rusca və ermənicə “xoş gəlmisiniz” yazılı lövhə vurulub.

Beləliklə, Ermənistandan Azərbaycan ərazisinə yox, Rusiya ərazisinə (?) daxil olunduğu göstərib.

Bu mənzərə Rusiya Federasiyası tərəfindən Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı açıq-aşkar hörmətsizlik, daha dəqiq ifadə etsək, təcavüzdür.

10 noyabr 2020-cı il tarixində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatda Moskvaya belə hüquqlar tanınmayıb. Rusiya “sülhməramlıları” həmin bəyanat əsasında Laçın dəhlizində və qoşunların təmas xəttində yerləşdirilib. Rusiya Qarabağ ərazisində sülhməramlı missiya xaricində hər hansı fəaliyyət gerçəkləşdirə bilməz, belə bir hüququ yoxdur. Amma müharibədən dərhal sonra Rusiya dövlət strukturlarının Xankəndidə bölmələri yaradıldı və Moskvadan idarə olunan qondarma idarələrarası qurum formalaşdırıldı. Guya bu qurum Azərbaycan və Ermənistanın müvafiq dövlət idarələri arasında qarşılıqlı əlaqəni təmin etməli idi. Amma bu günə qədər belə bir fəaliyyət gerçəkləşdirilməyib.

10 noyabr tarixindən sonra Rusiyanın gördüyü ilk iş bölgəni tərk etmiş erməni əhalini geri qaytarmaq olub və on minlərlə sakin rus hərbçilərinin müşayiəti altında əvvəlki yaşayış yerlərinə dönüb. Bu məqsədlə milyonlarla dollar büdcə ayrılıb, infrastruktur yaradılıb, habelə Xankəndi və ətraf ərazilərdə kommunal problemlər həll edilib.

Rusiya bununla kifayətlənməyib, Qarabağda rus icması formalaşdırmağa girişib, Xankəndidə rus generallarının abidələrini yerləşdirib, təxminən 7 minlik hərbçi ailəsinin yaşaması üçün komplekslər inşa edib. 1992-cilin 25-26 fevralında 366-cı alayın iştirakı ilə əhalisi soyqırım edilən Xocalı şəhərində hərbi baza yaradıb. Müharibədən sonra Qarabağda bütün daxili yollar Rusiya hərbçilərinin nəzarətindədir, o cümlədən Tərtər-Ağdərə-Kəlbəcər yolundan ancaq onların müşayiəti ilə istifadə etmək mümkündür.

10 noyabr razılaşmasında Laçın dəhlizinin Rusiya “sülhməramlılarının” ixtiyarına verilməsi, Azərbaycanın Laçında dövlət sərhədinə nəzarəti onlara təhvil verməsi barədə heç bir cümlə yoxdur. Bəyanatda ancaq sülhməramlı fəaliyyətdən bəhs olunur, amma Rusiya bu səlahiyyətləri mənimsəyib, faktiki olaraq, ölkə ərazisinin 3 faizinə nəzarəti öz əlinə alıb. Dövlət sərhədinin girişinə də öz bayrağını sancaraq, “bura mənə məxsusdur” mesajını verir.

Bu gün Ermənistanın Rusiyanın düşmənini – Qərbi bölgəyə gətirməsinə rəğmən Moskvanın Qarabağda Azərbaycanın xeyrinə bircə addım da geri çəkilməməsi bununla bağlıdır. Xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdə olarkən dedi ki, Laçın yolu açıq olmalıdır, Azərbaycan da ona nəzarət edə bilməz, bu işlə biz məşğuluq. Əlbəttə, Moskva Ermənistanı cəzalandırmaq istəyir, amma Qarabağ üzərində Azərbaycanın suverenliyini tanımaqla yox. Bu, əli Qarabağa onsuz da çatmayan İrəvan üçün də cəza sayıla bilməz. Rusiya Qarabağa öz ərazisi kimi baxdığına görə, onu alver predmetinə çevirmək istəmir. Kreml istəyərdi ki, Azərbaycan Ordusu Ermənistanla şərti sərhəddin daha bir neçə yerindən keçib, yeni ərazilər götürsün. Nəticədə Paşinyan hakimiyyəti zəifləsin, Bakı da əldə etdiklərinə görə Putin hakimiyyətinə minnətdar olsun, amma Qarabağın adını tutmasın. Amma Ermənistan müttəfiqi Fransanı köməyə çağırdı, nəticədə qısa müddətdə Avropa İttifaqı yarımhərbi missiyasını Azərbaycanla sərhəddə göndərib, oradan ehtimal olunan təhlükələri neytrallaşdıra bildi.

Azərbaycanın da davası Qarabağdır, amma Bakı onu daha çox Ermənistandan tələb edir, nəinki Rusiyadan. Paşinyan hökuməti isə deyir ki, gedin Qarabağ erməniləri ilə, yəni dolayısı ilə Rusiya ilə danışın, bizim onu sizə vermək imkanımız, hüququmuz yoxdur. Üstəlik, bizdən erməni əhaliyə beynəlxalq təhlükəsizlik qarantiyası, hüquqlar, status tələb edir. Bununla regionda ehtimal olunan post-Rusiya dövründə Qərb strukturlarının Qarabağa gətirilməsinə zəmin hazırlayır. Bu gün Qarabağ Rusiyanın əlindədir, o getsə, onun yerinə BMT, Avropa İttifaqı missiyaları, yaxud fransız jandarmı gəlib əyləşəcək, Laçın dəhlizini o zaman da bağlamaq mümkün olmayacaq. Ola bilsin, sərhəddə – bu gün Rusiya bayraqlarının asıldığı yerdə Azərbaycan bayrağı da asılsın, amma bölgədəki idarəçilikdə Bakının rolu simvolik xarakter daşıyacaq. Ermənistan bunu arzulayır, ona çalışır, bəs biz nə etməliyik ki, Qarabağda öz suverenliyimizi bərqərar edək?

Yeganə yol Qarabağı israrla Rusiyadan tələb etmək, onun himayəsi altındakı silahlı quldur dəstələrini məhv etməkdir. Ermənistan artıq bu oyundan kənardadır, onun Azərbaycana mane olmaq imkanları da yox kimidir. Tələsmək lazımdır, yoxsa, gec olacaq və Qarabağ üzərində suverenliyimizi itirə bilərik…(pressklub)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}