Rusiya Xəzərdə müharibə aparır

22:07 6.01.2023 2 221
Rusiya Xəzərdə müharibə aparır

Azərbaycan üçün məhdudiyyətləri birtərəfli qaydada ləğv etmək imkanı yaranıb...

11 aydır davam edən müharibə zamanı Rusiya qoşunları Xəzər dənizi üzərindən Ukraynanın hərbi və mülkü infrastrukturlarına, o cümlədən, paytaxt Kiyev də daxil olmaqla, böyük şəhərlərinə qanadlı raketlərlə zərbələr endirib. Nəticədə çoxsaylı insan tələfatı baş verib, həyati vacib kommunal infrastruktur dağıdılıb, dinc əhali ağır məhrumiyyətlərə düçar edilib.

Sonuncu belə hücum ötən ilin son günü – dekabrın 31-də baş verib. Rusiya ordusu Ukraynadakı hədəflərini raketdaşıyıcı kreyserlərdən atəşə tutub. Daha əvvəl, Qara dənizdəki hərbi donanmadan bu məqsədlə istifadə olunurdusa, Ukrayna ordusunun məlum zərbələrindən sonra Rusiya komandanlığı bu fəaliyyətləri Xəzər dənizindəki hərbi gəmilərə həvalə edib.

Bundan əvvəl Rusiya strateji bombardmançıları Xəzər dənizi üzərindən Ukrayna şəhərlərinə hücumlar həyata keçirib. Məsələn, mayın 3-də Tu-95 strateji bombardmançıları Xəzər dənizindən Lvov, Dnepropetrovsk, Kropivnitski, Vinnitsa, Kiyev və Zakarpatye bölgələrinə yüksək dəqiqlikli raketlər atıb.
İyunun 26-da isə Rusiya yenə Xəzər dənizindən Kiyev istiqamətinə altı yüksək dəqiqlikli X-101 raketi buraxıb.
Daha sonra, avqust və sentyabr aylarında da Xəzər dənizindən raket atmağa davam edib. Bu hücumlar nəticəsində həm də Xəzərin bioresurslarına ağır zərbələr dəyir. Ekoloqlar ötən ilin dekabrında dənizin Azərbaycan sektorunda minlərlə suitinin ölü tapılmasını Xəzərin hərbi tullantılarla çirklənməsi ilə izah edirlər. Belə ki, dəniz üzərində həm havadan təyyarələrlə, həm də hərbi gəmilərdən atılan qanadlı raketlərin zəhərli tullantıları sulara tökülür, nəticədə dənizin florası məhv olur.

Ukrayna Xarici İşlər Nazirliyi ötən il iyunun 30-d Azərbaycan, İran, Qazaxıstan və Türkmənistana müraciət edərək, onları “Rusiyanı beynəlxalq öhdəliklərinə, xüsusən və Xəzər dənizinin qanuni statusu haqda konvensiyaya əməl etməyə məcbur etmək üçün hər cür səy göstərməyə” çağırmişdı. Bölgə ölkələrinin bu çağırışa reaksiyası məlum deyil, Rusiya isə Xəzərdən Ukraynaya qarşı hərbi məqsədlər üçün istifadə etməkdədir. Amma bu, sahilyanı ölkələr arasında imzalanmış hüquqi sənədlərə ziddir.

Xatırladaq ki, 2018-ci il avqustun 12-də Aktau şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb.

Milli Məclis sənədi ratifikasiya edib, Prezident İlham Əliyev isə 12 fevral 2019-cu ildə onu təsdiqləyib. Konvensiyanı yalnız İran islam Respublikası ratifikasiya etməyib, sənədin onun milli maraqlarına ziddi olduğunu əsas gətirib.

Rusiyanın Xəzərdən işğalçı məqsədlərlə istifadə etməsi Konvensiyanın bir neçə maddəsini pozur.

Maddə 3

Tərəflərin Xəzər dənizindəki fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçiriləcəkdir:

1) dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə, suveren bərabərliyinə hörmət, zor işlətməmək və zor işlətməklə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq;

2) Xəzər dənizinin sülh məqsədləri üçün istifadə edilməsi, onun sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin dinc vasitələrlə həll edilməsi;

3) Xəzər regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsi;

4) Xəzər dənizində Tərəflərin sabit silahlanma balansının təmin edilməsi, hərbi quruculuğun bütün tərəflərin maraqlarının nəzərə alınması ilə ağlabatan yetərlilik hədlərində həyata keçirilməsi, bir-birinin təhlükəsizliyinə xələl yetirilməməsi;

5) hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimad tədbirlərinə regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üzrə ümumi səylərə, o cümlədən bütün Tərəflər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq öngörənlik və şəffaflıq ruhunda riayət edilməsi…

Konvensiyanın 11-ci maddəsində 6-cı bəndində isə tərəflərin aşağıdakı hüquqi öhdəlikləri var:

6. Əgər keçid zamanı aşağıdakı fəaliyyətlərdən biri həyata keçirilirsə, ərazi sularından keçid sülhü, sahilyanı dövlətin qayda-qanunu və ya təhlükəsizliyini pozmuş hesab olunur:

7. a) sahilyanı dövlətin suverenliyi, ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə zor işlətməklə hədələmə, yaxud zor tətbiqetmə və ya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əks olunmuş beynəlxalq hüququn prinsiplərini pozan hər hansı digər hərəkət;

8. b) hər hansı silah növü ilə manevr və ya təlimlərin keçirilməsi;

9. c) sahilyanı dövlətin müdafiə və ya təhlükəsizliyinə ziyan vurmaq məqsədilə məlumatın toplanılmasına yönəlmiş hər hansı hərəkət;

10. d) sahilyanı dövlətin müdafiə və təhlükəsizliyinə qəsd etmək məqsədilə həyata keçirilən hər hansı təbliğat hərəkəti;

11. e) hər hansı uçuş aparatının və ya hərbi cihazın havaya qaldırılması, endirilməsi və ya göyərtəyə qəbul edilməsi və onun idarə edilməsi;

12. f) hər hansı hərbi cihazın suya, suyun altına endirilməsi və ya göyərtəyə qəbul edilməsi və onun idarə edilməsi.

Konvensiyanın 15-ci maddəsi Xəzər dənizinin ekoloji sisteminin və biomüxtəlifliyinin qorunmasını ehtiva edir;

1. Tərəflər Xəzər dənizinin ekoloji sistemini və onun bütün komponentlərini mühafizə etmək və qorumaq öhdəliklərini götürür.

2. Tərəflər müstəqil və ya birgə şəkildə bioloji müxtəlifliyin qorunması, Xəzər dənizinin bioloji resurslarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadəsi, Xəzər dənizinin istənilən mənbədən çirkləndirilməsinin qarşısının alınması, azaldılması və nəzarətin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər görür və əməkdaşlıq edir.

3. Xəzər dənizinin bioloji müxtəlifliyinə ziyan vuran fəaliyyət qadağan edilir.

4. Tərəflər beynəlxalq hüququn normalarına əsasən Xəzər dənizinin ekoloji sisteminə vurulan zərərə görə məsuliyyət daşıyır.

Beləliklə, Rusiya tərəfindən “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya birtərəfli qaydada pozulub. Azərbaycan və digər sahilyanı ölkələr (İran istisna olmaqla) bu məsələni Rusiya və beynəlxalq təşkilatlar qarşısında qaldırmalıdırlar. Əgər Moskva Xəzərdən Ukraynaya qarşı işğalçı məqsədlər üçün istifadəni davam etdirərsə, sənədin qüvvədən düşməsi, yaxud tərəfdaş ölkələrə qoyulan qadağaların birtərəfli qaydada ləğv edilməsi gündəmə gələ bilər. Məsələn, Konvensiyada razılaşdırılıb ki, heç bir ölkə kənar dövlətlərin Xəzərdə hərbi iştirakına imkan verməməli, onlara məxsus hərbi infrastrukturdan istifadə etməməlidir. Bu, Azərbaycanın dəniz sərhədlərinin effektiv qorunması imkanlarını məhdudlaşdırır. Daha əvvəl rəsmi Bakı ABŞ, Türkiyə və İsraillə bu istiqamətdə fəal əməkdaşlıq edib və Rusiyanın təzyiqlərindən sonra onu minimuma endirməyə məcbur olub. Hazırda Moskvanın açıq-aşkar Xəzəryanı ölkələrin mövqeyini nəzərdə almadan dənizdən hərbi məqsədləri üçün istifadə etməsi Azərbaycana yaşıl işıq yandırır…(pressklub)
BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}