Ağsuda imdad diləyən magistral yol - VİDEO

20:42 6.01.2023 1 973
Ağsuda imdad diləyən magistral yol - VİDEO

Çalaları “qreyder”lə qaşıyırlar - olmur! Çuxurlara çınqıl tökürlər – alınmır!..

Ağsu-Bico-Çöl Göylər magistral yolu Ağsu şəhərini rayonun Şərq və Cənub Şərq kəndlərilə əlaqələndirən əsas yoldur. 30 kilometrlik yol uzun müddət idi tam dağılmış vəziyyətdə qalmışdı. Təxminən, 7-8 il əvvəl yenidən bu yol asfaltlandı. Amma necə?..
Dağılmış yol əvvəlcə orta səviyyədə qazıldı, sonra bərkitmə işlərinə başlandı. Bərkitmə işləri uzun fasilələrlə bir ilə yaxın müddəti ətatə etsə də, tam başa çatmamış, Bakıdan rayon rəhbərliyinə göstəriş gəldi ki, tezliklə yol istifadəyə verilməlidir. (Yəqin, müddət çoxdan bitibmiş). Göstəriş hansı səviyyədə və tonda gəlmişdisə, bir həftə ərzində yol bir neçə santimetr qalınlığı olan asfatla tezbazar örtüldü. İki böyük körpü və bir neçə su keçidi dəyişilmədən üstü asfaltlandı. Ərazi maili olduğundan, dağ yamaclarından axıb gələn suları yoldan ötürmək üçün beton keçidlər yerləşdirilməli idi, lakin vacib keçidlərin bir neçəsi qoyulsa da, bir neçə əhəmiyyətli yerlərə su keçidi yerləşdirilmədi.
Bütün bu nöqsanların nəticəsində, bir il ötər-ötməz, yolda çökmələr, qırışlar əmələ gəlməyə başladı. Və vaxt ötdükcə, taa bu günə qədər – 7-8 ilin ərzində Ağsu-Bico-Çöl Göylər yolu, demək olar, tamamilə dağılıb-töküldü. Hazırda, avtomobillər həmin yolun verdiyi işgəncələrdən dözülməz sarsıntılar yaşayırlar. Xam sürücülərsə bəzən qəza hallarından güclə qurtula bilsələr də, həmişə buna nail ola bilmirlər. Yaxın keçmişdə Gəgəli kəndinin alaqapısının (giriş qapısı) qarşısındakı çala-çökəkdən qaçmaq istərkən çevrilən maşını misal çəkmək olar. Xüsusən axşam və gecə saatlarında bu yolda icazə verilən sürətlə avtomobil idarə etmək çox təhlükəlidir. Acınacaqlı vəziyyəti yol idarəsinin və rayonun rəhbərliyi tez-tez görsələr də, əncam çəkmək barədə, hələ ki, düşünən görünmür.
Amma Ağsu rayonunun Yol idarəsinin əməkdaşları bir neçə dəfə maraqlı üsulla çala-çökəkləri “təmir etməyə” təşəbbüs göstəriblər – dərin çalalara şeben (doğranmış xırda daş) töküblər. Xırda daş maşın təkərlərinin altından ləzzətlə vızıldayıb çıxır axı!.. Yol işçiləri bir dəfə də bir neçə çalaya atsep-sement qarışdırıb veriblər, sağ olsunlar! Amma onların günahı deyil ki, bu sayaq yamaq çox tez dağılır... Bir yol idarəsinin işçiləri ki, asfat yolda yaranmış çala-çuxurları, qırışları-damarları “qreyder” texnikası ilə hamarlayırlar, onları dağılmış yollara görə qınamaq, - insafsızlıq olar. Günah yoldadır! Niyə dağılır ki, niyə də imdad diləyir?!. Ancaq elə bir reallıq var ki, onu nəzərə alanda, yolun özünü də günahlandırmaq olmaz: Gecə yarısından hava işıqlanana qədər həmin yolla ağır yük – tikinti materialları daşıyan ağır tonnajlı maşınlar yolu gecə də nəfəs almağa qoymadıqlarından, asfaltın bağrı cadar-cadar, çatlaq-çatlaq olmağa məhkumdur! (Həmin yük maşınlarına, el yatandan sonra, kimlərin niyə və nəyin müqabilində, qədərdən artıq yük daşımalarına icazə vermələri camaat üçün sirdir!)
Çox qəliz hal yaranıb –nə camaatın özünün imkanı yoxdur ki, yolu təmir eləsin, nə də camaat bu işdə də əlini göyə açıb Allahdan kömək istəyə bilmir, çünki Allahın asfalt zavodu, asfatbasan maşınları yoxdur!.. Məsələnin həlli “insaf”a qalıb, İNSAFa!!!

Qarşı tərəflərin məsuliyyətli şəxsləri, buyursunlar, münasibət bildirsinlər, dinləyək!

BAMƏZƏ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}