Yuqoslaviyalı kommunistin Stalinə iradı – o, alman qadınlarının zorlanmasını təbii hal sayıb

21:04 24.03.2023 1 096
Yuqoslaviyalı kommunistin Stalinə iradı – o, alman qadınlarının zorlanmasını təbii hal sayıb

Onun adı XX əsr Yuqoslaviya tarixinə ən cəsarətli və ən maraqlı siyasətçi kimi düşüb. Siyasi baxışlarına görə dəfələrlə həbs olunan Cilas Milovan, hətta, sosialist düşərgəsini öz nəzarəti altında saxlayan Kremlin, İosif Stalinin də ünvanına sərt fikirlər söyləməkdən çəkinməyib...

1911-ci ildə Çernoqoriyada, Podbişçe kəndində anadan olan Milovan orta təhsilini başa vurduqdan sonra, Belqrad Universitetində fəlsəfə və hüquq fakültəsində oxuyub. Milovan tələbəlik illərindən siyasətə böyük maraq göstərib və 1933-cü ildə Yuqoslaviya Kommunist Partiyasına üzv olub. Elə həmin ilin avqust ayında kommunist təbliğatına görə, o, ilk dəfə həbs olunaraq, üç il müddətinə azadlıqdan məhrum edilib.


Həbsdən çıxdıqdan sonra, Milovan siyasi fəaliyyətini Yuqoslaviya Kommunist Partiyasının Mərkəzi Komitəsində davam etdirib. O, 1942-ci ildə Yuqoslaviya Antifaşist Xalq Qurtuluşu Şurasının yaradıcılarından biri olub. Eyni zamanda, partizan hərəkatının yaradılmasında fəal iştirak edib. Onun bu hərəkatda əsas missiyası təbliğat-təşviqat işinin aparılması olub.

Müharibədən sonra Milovan Yuqoslaviya Kommunist Partiyasının İcraiyyə bürosunun katibi seçilib, 1953-cü ildən Yuqoslaviyanın vitse-prezidenti vəzifəsini daşıyıb. 1953-1954-cü illərdə isə Yuqoslaviya Federativ Xalq Respublikası Məclisinin sədri olub. Bu illər ərzində Milovan üç dəfə SSRİ-yə rəsmi səfər edib. 1945-ci ildə, o, SSRİ ilə Yuqoslaviya arasında qarşılıqlı yardım haqqında müqaviləni imzalayıb, Stalinin şəxsi qonağı olub, SSRİ-nin partiya liderləri ilə yaxından tanış olmaq imkanı qazanıb.


Uzun illər Yuqoslaviya kommunistlərinin rəhbəri İosip Broz Tito ilə bir cəbhədə silahdaş olsalar da, Milovan 1953-cü ildə mətbuatda Yuqoslaviyada kommunizm quruculuğu prosesini silsilə yazılarla sərt tənqid edib. Bu tənqidin nəticəsi olaraq, o, 1954-cü ildə partiya sıralarından xaric edilib, tutduğu bütün vəzifələrdən kənarlaşdırılıb. Həmin ilin dekabrında Milovan “New York Times”a verdiyi müsahibədə növbəti dəfə ölkəsindəki siyasi prosesləri kəskin tənqid atəşinə tutub. Bu yazıya görə onu bir il müddətinə azadlıqdan məhrum ediblər.


Milovanın növbəti tənqid hədəfi Kreml olub. O, “France-Presse” agentliyinə açıqlama verərək, SSRİ-nin Macarıstana hərbi müdaxiləsini qətiyyətlə pisləyib. Milovan bu açıqlamasından sonra üç il azadlıqdan məhrum edilib.

1961-ci ildə Milovan yazdığı yeni bir kitabla gündəmə gəlib. “Stalinlə söhbətlərim” kitabı səkkiz dilə tərcümə olunub və çoxmilyonlu oxucu auditoriyası qazanıb. Milovan bu kitabda Stalinlə olan üç görüşündən bəhs edib.


Cilas Milovan qatı kommunist olsa da, Stalin rejiminin qəbuledilməz olduğunu, birpartiyalılıq sisteminin yarıtmazlığını, məhkəmə strukturunun partiyadan asılılığını yolverilməz sayıb. “Stalinlə söhbətlərim” kitabında, o, bu məsələlərə geniş yer ayırıb. Bununla yanaşı, o, Stalinin şəxsi qonağı kimi, sovet liderinin məişəti haqqında da kitabında maraqlı açıqlamalar verib:

“Stalin sərt xarakterə malik bir siyasətçi idi. Bununla yanaşı, o, silahdaşları arasında maraqlı bir insan kimi də görünürdü. Mən, Moskvada olarkən sovet liderinin şəxsi qonağı olmuşam. O, məni öz bağ evinə dəvət etmişdi, şərəfimə ziyafət düzəltmişdi. Bu qeyri-rəsmi tədbirdə Stalin çox zarafatcıl idi və süfrə arxasında maraqlı təkliflər verirdi. Bu təkliflərdən biri də onun məmurlardan heç bir cihaza baxmadan havanın temperaturunu soruşması idi. Kim temperaturun şkalasında neçə xətt səhv söyləyirdisə, hər bir xəttə görə 100 qram cəzalandırılırdı. Əgər havanın temperaturu 17 dərəcədirsə, kimsə 19 deyəndə 200 qram araq içməklə cəzasını “çəkirdi”. Bu “oyun”da Beriya havanın temperaturunu 3 dərəcə soyuq demişdi. Dərhal ona 300 qram araq süzüldü və Beriya onu başına çəkdi. Beriya özünü sındırmamaq üçün “qəsdən səhv dedim ki, mənə araq çox düşsün” söylədi.
Görüşlərimizin birində Stalinə sovet hərbçilərinin Almaniyada alman qadınlarını zorlaması faktlarından söhbət açdım. Bu fikrim Stalinin xoşuna gəlmədi. Amma münasibət bildirməyi də özünə borc bildi: “Qəribə adamsınız, minlərlə kilometr yolu alovlardan, ölümlərdən keçən sovet əsgərinin qadınla əylənmək istəyini başa düşmürsünüz? Belə faktlarla sovet əsgərinin şərəfini heç kim ləkələyə bilməz...”
Mən, Stalinlə görüşlərimdən sonra Broz Titoya açıq məktub yazdım, SSRİ ilə bütün əlaqələri kəsməyi tələb etdim, Qərblə əməkdaşlığın vaxtının çatdığını söylədim...”


1960-cı illərdən Cilas Milovan yazıçılıq fəaliyyəti ilə məşğul olub. Bir neçə il ABŞ-da ali təhsil ocaqlarında mühazirələr oxuyub. 1970-ci ildən 1986-cı ilə qədər ona ölkədən çıxmaq qadağan edilib. Həmçinin onun kitablarının Yuqoslaviyada çap olunmasına da qadağa qoyulub. Nəhayət, 1990-cı ildə, uzun fasilədən sonra, onun “Stalinlə söhbətlərim” kitabı yeni redaktədə ikinci dəfə Yuqoslaviyada işıq üzü görüb.


Cilas Milovan 1995-ci ildə, 83 yaşında vəfat edib. O, ölümündən qabaq dini rituallarla dəfn olunmağını vəsiyyət edib. 60 ilə yaxın cibində Kommunist Partiyasının biletini gəzdirən Milovanın bu vəsiyyəti təəccüblə qarşılanıb. Vəsiyyətinə riayət edərək, Milovanı doğulduğu Podbişçe kənd qəbiristanlığında dəfn ediblər.

İlham Cəmiloğlu
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}