Kəkil fətvası

10:16 7.01.2023 1 611





Zamin HACI









“Yaylığını tanı, ay qız,

Məndə yaylıq hanı, ay qız?

Kim deyir yaylıq məndədir?

Bəlkə qalıb, çəməndədir, ay gözəl,

Gəl axtar, tap yaylığını".

(xalq mahnımızdan)


İranda qadınların saçını örtüb-örtməməsi problemi neçə aylardır dartışma mövzusu kimi qalmaqdadır. 82 milyona yaxın adamın yaşadığı, 1 milyon 600 min kvadrat kilometr ərazisi olan nəhəng dövlət qadınların kəkilinə nəzarət üzrə ayrıca dövlət hüquq-mühafizə orqanı saxlayır. Bu, anekdot deyilsə, bəs nədir? Eşşək boyda adamlar küçə-bacada dolaşıb zənənləri güdürlər. Kiminsə saçı yaylığın, çarşabın, çadranın altından azca qırağa çıxdısa, vay onun halına. Aparıb idarədə döyürlər, bəzən zorlayırlar və öldürürlər.

Keçən il öldürülən belə qadınlardan birinə - Məhsa Əmini adlı xanıma görə xalq üsyanları başladı, hələ davam etməkdədir. İran rejimi azadlıq istəyən adamları öldürür, bəzi xəbərlərə görə 500 adam qətlə yetirilib. Təbii, İran qapalı rejim olduğu üçün, xəbərlərə, internetə davamlı senzura üsulları tətbiq edildiyi üçün orda həqiqətdə nə baş verdiyini söyləmək çətindir. Bəlkə ölənlər lap çoxdur, bəlkə 500-dən azdır. Ancaq bu bir həqiqətdir ki, həmişə qatil rejimlər informasiya məkanını bağlı saxlayırlar, söz azadlığını bütün vasitələrlə pozmağa meylli olurlar.

Burda, yeri gəlib, Naxçıvandan bir xəbəri bölüşmək istərdim. Təzəlikcə hansısa xəbər saytında tragikomik cümlə oxumuşdum: “İndi məlum olur ki, Naxçıvanda qətl də varmış, oğurluq da”. Doğrudan da, Vasif Talıbov müdir olan dönəmdə Naxçıvandan kriminal xəbərlər paylaşmaq, yaymaq qəti qadağan idi. Nəticədə camaatda yanlış təsəvvürlər yaranırdı. Bu təsəvvürün bir nümunəsini yenə bölgədən çəkilən süjetdə gördüm. Müxbir Talıbovun ana yurdu olan Şərurun Aralıq kəndində sakindən intervü almışdı: “Talıbovun vaxtı yaxşı idi. İndən belə Naxçıvanda oğurluq da olacaq, qətl də”.

Əlbəttə. Kimin şübhəsi var? Biz bunu elə bil ki, SSRİ-də daha zırpı miqyasda artıq bir dəfə yaşamışıq. SSRİ də kriminal xəbərlərə, qəza, təbii fəlakət informasiyalarına ciddi qadağalar tətbiq etmişdi, nəticədə sovet vətəndaşlarının qonşusunda 15 adamın başını kəs, xəbərləri olmazdı (Serial manyaklar bu xəbərsizlikdən SSRİ-də əməllicə yararlanırdılar). Yalnız SSRİ dağılandan sonra biz 70 ildə nə qədər cinayətlər, hadisələr olduğunu öyrəndik.

Qayıdaq İran və zənənlərin kəkili temasına. Artıq orda xalqın azadlıq mübarizəsi nəticə vermək üzrədir, 4 yanvarda hətta İranın ali dini lideri Əli Xameneyi müəllim bu mövzuda danışıb. Ancaq elə danışıb heç bilmirsən bunun mənası nədir. Buyurun, hörmətli oxucular, siz də oxuyun, bəlkə mən qanmıram: “Hicab İslamdan doğan zəruri şəri məsələdir və şəriətin vacib buyurduğu hökmdür. Hicabın vacibliyinə dair heç bir şəkk və şübhə yoxdur. Bunu hamı bilməlidir ki, hicab şəriətin vacib buyurduğu əmrdir və buna riayət edilməlidir. Amma hicab taxmayanları dinsizlikdə və inqilab düşməni olmaqda ittiham etmək olmaz...” Sitatın sonu.

Bir köhnə, saqqallı lətifə yada düşür: “Timsahlar uçmur, ancaq müdir deyirsə yəqin uçurlar, sadəcə, alçaqdan uçurlar”.

Rəhmətliyin oğlu, mövzunu elə dolaşdırıb, camaat indi nə eləsin? Təmiz riyakarlıq deyilmi? “Nə şiş yansın, nə kabab” siyasəti deyilmi? Əks halda, hicab örtmək dinin vacib şərtidirsə, hicab örtməyən necə dinsiz sayılmayacaq?

İlk dəfə deyil. Keçən il də orda hansısa dini liderin (maşallah, bizdə çoxlu rəislər olduğu kimi, İranda da hərə özünə görə dini liderdir və qoltuğunun altından fətva çıxarda bilir) adından guya hicab polisinin ləğv olunması xəbəri yayılmışdı. Sonra kişinin səhv başa düşüldüyü açıqlandı.

“Biz” demişkən, Xameneyi müəllimin bu hicab söhbəti lap bizim sərbəst toplaşma azadlığı haqda qanuna oxşayır. Qanun var, lakin toplaşanda bizi tutub içəri salırlar. Belə çıxır qanun bizim içəriyə toplaşmağımız haqdadır.

Min şükür. Bəzi ölkələrdə heç qanun yoxdur. İranlı zənənlərə isə son sözüm budur ki, keflərini pozmasınlar. Əsas odur başları yerində qalsın. Örtülü, açıq, fərq eləməz. Bizim ata sözündə deyilir: “Baş olsun, papaq tapılar”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}