Qalmaqallı iş adamı Müqayis Verdiyev ölkədən qaçarkən həbs edildi

23:02 5.01.2023 1 829
Qalmaqallı iş adamı Müqayis Verdiyev ölkədən qaçarkən həbs edildi

O, istintaqa gəlməklə bağlı öhdəlik götürdü… - DE-FAKTO

Yenixeber.org: Son dəqiqələrdə aldığımız xəbərə görə, qalmqallı iş adamı, adı bir çox cinayət əməllərində hallanan, dələduzluqda ad çıxarmış Müqayis Verdiyev ölkədən qaçmaq istəyərkən dövlət sərhəddində saxlanılıb. Saxlanılarkən üzərindən bir neçə telefon və külli miqdarda pul aşkarlanıb. Geyim əşyalarının çox olması və üzərində külli miqdarda pulun olması onu deməyə əsas verib ki, məlumatlı şəxs Müqayis Verdiyevin ölkədən qaçmasını düşünsün. Müqayis Verdiyev ölkədən çıxmasının səbəbi kimi səhhətində olan problemi göstərməyə çalışsa da, dünənki sauna görüntüləri onun yalanının üzə çıxmasını sübut etdi.
Etibarlı mənbə onu da bildirdi ki, Müqayis Verdiyev özünə yaxın olan Vüqar adlı sürücüsü ilə ölkədən qaçırmış. Etibarlı mənbə onu da əlavə etdi ki, Müqayis Verdiyev saxlanılan zaman ora bir bahalı avtomobil yaxınlaşdı və sonradan məsələlərin yolunda olduğu hiss olundu.
Məlumatlı mənbə onu da bildirdi ki, həmin vaxt sərhəd keçid məntəqəsində onun dilindən izahat alınıb ki, istintaq çağırışlarından yayınmayacaq və hüquq-mühafizə orqanlarına gedərək, izahat verəcək. Müqayis Verdiyev bu izahatından sonra sərbəst buraxılıb. Dəfələrlə Müqayis Verdiyevlə və onun sürücüsü ilə əlaqə saxlamağa çalışsaq da, bütün cəhdlərimiz boşa çıxdı.
Biz xeyli müddətdir ki, Müqayis Verdiyevə mətbuat vasitəsilə məsələhətlər, tövsiyyələr veririk ki, elədiyin əməllərə görə, heç hara qaça bilməyəcəksən. Ona görə də, get, dövlət qurumlarına təslim ol, xahiş elə, yalvar və aman dilə. Bəli, biz Müqayis Verdiyevə hər zaman tövsiyyə edirdik ki, işlədib pulunu vermədiyin Qarabağ qazilərinin, əlillərin əlindən heç hara qaça bilməzsən.
Yaxşı hüquq-mühafizə orqanlarının əlindən harasa qaça bildin, bəs Allahın sorğu-sualından hara qaça biləcəksən?!. Biz, nə qədər yazsaq da, Müqayis Verdiyev köhnə şər-böhtan əməllərindən əl çəkmək, islah olunmaq istəmirdi.
Bəli, Müqayis Verdiyev o qədər həddini aşırdı ki, hətta cənab Prezidentin etimad göstərdiyi, etibar etdiyi yüksək vəzifəli şəxsləri də şantaj edirdi. Və ən dəhşətlisi odur ki, Müqayis Verdiyev Prezident Administrasiyasında yüksək vəzifə tutan şəxslərin adından istifadə edir. Biz bilirdik ki, cinayət əməlinin müddəti heç 40 gün də çəkmir. Ona görə də yazılarımızda Müqayis Verdiyevə, heç olmasa, Qarabağ qazilərinin halal zəhmət haqqını verməsini tövsiyyə edirdik.
Təsəvvür edirsiniz, Qarabağ qaziləri Müqayis Verdiyevin evinin qarşısında etiraz aksiyası keçirir, pullarını tələb edir....Müqayis Verdiyev isə hər dəfə bir bəhanə ilə onları aldadırdı. Qarabağ qaziləri haqlı olaraq tələb edirdi ki, altındakı 400 min manat dəyəri olan maşını sat, bizim pullarımızı ver... Sözün qısası, ağır cinayət maddələri ilə həbs olunan Müqayis Verdiyev, hansı yollasa, canını həbsxanadan qurtara bildi. Və Qarabağ qazilərinin dediyinə görə, Müqayis Verdiyevə yenidən hansısa yollarla cığırlar açılır, o isə bu cığırları məhv etməklə məşğuldur.
Üzərində bu qədər öhdəliklər, borclar olmasına baxmayaraq, Müqayis Verdiyev özü başqalarını şantaj etməyə başlayır. Bu şantaj serialına qısaca göz ataq. Müqayis Verdiyevin şantaj serialı ilk olaraq Goranboyun o zamankı icra başçısı Nizaməddin Quliyevlə bağlı olub. Guya Nizaməddin Quliyevin Müqayis Verdiyevə 400 min manat borcu var imiş. Daha doğrusu, Müqayis Verdiyev məhkəmədə icra başçısının üzünə dirənib ki, guya Goranboy rayonundakı tikinti işlərinə məhz bu rayonun rəhbəri Nizaməddin Quliyevin israrlı xahişləri əsasında qatılıb. Subpodratçı kimi «Fəqan Xidmət»dən aldığı işi isə vaxtında və qüsursuz yerinə yetirib. Amma pulunu ala bilməyib. Biz uzun-uzadı detallara varmaq istəmirik. Müqayis Verdiyev daha sonra kimləri şantaj eləmədi… Yevlaxın o zamankı icra başçısı Qoca Səmədovu, daha sonra Göyçayın əvvəlki icra başçısı Mehdi Səlimzadəni və daha kimləri…
Bir sözlə, Müqayis Verdiyev özünün ŞANTAJ şəbəkəsinə bəzi media qurumlarını da daxil edib. Bəli, Müqayis Verdiyev deyir ki, əlimdə xeyli sayda media qurumu var, kimi istəsəm, qısa vaxtda onu cəmiyyətin gözündə ifşa edərəm, əlimdə xeyli kompramat var. Bu adamın səsi-küyü Prezident Admisitrasiyasındakı xanım məmurlardan gəlir, bu adam kimlərin adını çəkmir…
Bəli, Müqays Verdiyev neçə illərdir ki, qazdığı quyuya bu gün özü düşdü. Biz, yenə də Müqayis Verdiyevə deyirik ki, Azərbaycan qanunları qarşısında and iç, tövbə elə, bu şər-böhtan əməllərindən əl çək. Yəqin ki, humanist dövlətimiz sənə layiq olduğundan artıq cəza verməz. Qalanı sənlikdir, Müqayis Verdiyev.(gündelik-bakı.com)

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}