Tahir Kərimli dövlətdən silah istədi

14:57 29.03.2023 917
Tahir Kərimli dövlətdən silah istədi

“Fazil bəyin başına gələnlər olduqca ciddi hadisədir. Bilirsiniz ki, o, çox ciddi, sözü açıq deyən adamdır. Hər zaman tənqid edilən tərəf bu terroru törədə bilər. Amma üçüncü tərəf də vəziyyəti gərginləşdirməkdən ötrü belə bir sui-qəsd törədə bilər. Dövlətimizə inanırıq ki, çox kəskin şəkildə hüquqi, siyasi müstəvidə bunun cavabı veriləcək.

Biz də gizləmirik, hadisədən çox təsirlənmişik. Hesab edirəm ki, müvafiq qanunda nəzərdə tutulduğu kimi, deputatlara silah verilməsi və onların təhlükəsizliyinin təmin olunması vacibdir. İnanırıq ki, dövlətimiz buna daha ciddi diqqət yetirəcək. Mən, buna çağırıram. Heç kimə sirr deyil ki, tənqid edən deputatların özü də, ailəsi də səksəkədə yaşayır, narahat olurlar. Bəzən normal insan həyatı sürmürlər…”


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, İsmayıllıya gedəndə, demək olar, evdən çölə çıxmır:

“Vacib işim olmayanda Bakıda da tədbirlərə, işə və digər yerlərə çıxmıram. Yəni, normal insan fəaliyyətinin 90%-i ilə məşğul deyiləm.

Bilirsiniz ki, cənab Prezidentin 60 illiyində Azərbaycan korrupsionerlərini əjdahaya oxşadıb, onları məhv etməyə çağırandan sonra mənə qarşı təhdidlər oldu. Gəlib qapımızın ağzına əjdaha fiquru qoydular. Qeyd də yazmışdılar ki, bu əjdaha səni öldürəcək.

Mənim və qonşuların etirazına baxmayaraq, yaşadığımız binanın üçüncü mərtəbəsində hostel açdılar. Hətta, adını “hotel” qoydular. Dəfələrlə tələb etməyimizə baxmayaraq, gücümüz çatmır. Hər gün yad adamlar pilləkənlə çıxıb-düşür. Nəzarət edə bilmirik. Bütün qonşuların narazılığını kiminsə maddi istəyi üstələyir. Açıq deyim, ailə üzvlərim belə bəzən baxırlar ki, görək pilləkəndə yad adam var, ya yox. Yəni, insanların həyatı təhlükə altındadır.

Təəssüf edirəm ki, əjdaha fiqurunu nümayiş etdirib, qorxmadığımı ifadə edəndən sonra məni necə təhqir etdilər, məsələni lağ obyektinə çevirdilər. Halbuki məsələ nə qədər ciddidir. Deməyim budur ki, bir sıra deputat normal həyat yaşamaqdan məhrumdur. Mən, bundan çəkinmirəm, qorxmuram. 1990-cı illərdə başım çox çəkib. Hətta, evlərimizə dəmir məhəccər vurmuşduq, ailə üzvlərimə güllə atılmışdı. Başımız çox çəkib, bunu yaşamışıq.

Fazil bəyin başına gələn hadisədən istifadə edib, öz məsələm barəsində danışmaq istəməzdim. Şükür ki, Fazil Mustafanın səhhəti yaxşıdır. Ailəmlə birlikdə hamımız hədsiz həyəcan keçirmişik. Tədbirlə bağlı rayona getmişdim, təcili qayıtdım. Amma Fazil bəylə görüşmək mümkün deyil. Allahın izni ilə sağalıb, xəstəxanadan çıxacaq. Fazil bəyin prinsipial, savadlı insan olması bizim üçün məğrurluq mənbəyidir. Narahat olmasın, hamımız Fazil bəyin yanındayıq, onu müdafiə edirik. İnsanlar da bilsinlər ki, siyasi dünya görüşünə, nifrətə görə belə qanundankənar hərəkətlər edilməsi yolverilməzdir və dövlətimiz bunun cəzasını mütləq verəcək”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}