Vətən müharibəsi iştirakçısının anası: “Oğlum qollarımda can verdi”

22:39 7.01.2023 1 235
Vətən müharibəsi iştirakçısının anası: “Oğlum qollarımda can verdi”

Bir ailə düşünün ki, Vətən müharibəsində çiyin-çiyinə xidmət edən. Bu dəfə ata, oğul, qardaş deyil, ana və oğuldan danışacağam…

Oğlu Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Vətən müharibəsində iştirak edərkən, anası da müharibədə yaralanan minlərlə oğullara loğman oldu.



Təəssüf ki, dekabrın 31-də igid oğullarımızdan birini - Tahirov Mirdavud Asəm oğlunu da itirdik. Uzun müalicələr Vətən müharibəsi iştirakçısını həyatda saxlamağa kifayət etmədi. Mirdavud Tahirovun anası Vüsalə Tahirova da müharibə dövründə tibb bacısı kimi iştirak edib.



Oxu.Az-ın əməkdaşı vəfat edən müharibə iştirakçısı Mirdavud Tahirovun anası Vüsalə Tahirova ilə həmsöhbət olub:

- Vüsalə xanım, 44 günlük Vətən müharibəsi başlayandan yaralılara kömək edirdiniz, yoxsa necə?



- Mən cərrahiyyə şöbəsində tibb bacısı kimi çalışırdım. Müharibə dövründə bizi Beyləqana apardılar. Orada yaralılara kömək edirdik. Yaralıların xəstəxana və xüsusilə də cərrahiyyə, reanimasiya şöbəsində çalışan tibb işçilərinə ehtiyacı var idi.

- Paralel olaraq oğlunuz da müharibədə iştirak edirdi. Oğlunuzla əlaqə yarada bilirdinizmi?

- Xeyr. Oğlum Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. O, heç vaxt hərbi xidmətdə baş verənlər barədə danışmazdı. Nə qədər sual versəm də, mənə hər şeyin yaxşı olduğunu deyib söhbəti bağlayırdı. Mən Beyləqanda yaralılara kömək edəndə oğlum və komandiri olduğu dəstə hələ Beyləqana gətirilməmişdir. Yaralılar gəldikcə onların hər birinə öz oğlum kimi yanaşırdım. Yaralarını sarıyırdıq. Amma orda olduğum müddətdə oğlum yaralı olaraq gəlməmişdi.

Heç əlaqə yarada bilmirdik, vaxtımız olmurdu. Şükür Allaha baxdığımız yaralı əsgərlər, zabitlər həkimlərin, tibb bacılarının sayəsində həyata qayıtdılar.

- Mirdavud özü də yaralanmışdı… Onu da siz müalicə etdiniz?



- Mirdavud ayağından güllə yarası almışdı. Amma xidmətini davam etdirdi. Müharibənin sonunda o da digər müharibə iştirakçıları kimi kontuziya almışdı. Psixoloji vəziyyəti çox yaxşı deyildi, əsəbi olmuşdu. Xidmətdən tərxis olunmaq istəmirdi.

Mirdavud neytral ərazidən neçə əsgərini, dostunu xilas etmişdi. Heç vaxt özü danışmazdı, amma əsgər yoldaşları, başsağlığına gələnlər mənə danışırlar, təəccübümü gizlədə bilmirəm. Mənim oğlum neçə oğulun həyatını xilas edib, amma bir dəfə də olsun dilinə gətirməyib. XTQ mənsubları kənardan güclü, kobud görünsə də, çox təvazökar insan olurlar. Bunu oğlumun timsalında bir çox zabitlərə şamil etmək olar.

Bir əsgər yoldaşı gəlmişdi, mənə dedi ki, bu gün Mirdavudun sayəsində həyatdadır. Müharibə vaxtı bu əsgərin idarə etdiyi hərbi avtomobil yanıb. İçərisindən çıxa bilməyib. Bu zaman Mirdavud yaxınlıqda olub və maşının partlamasından, ölməkdən ehtiyat etmədən onu yanan maşının içərisindən çıxarıb. Ana kimi bunu eşidəndə oğlumla fəxr edirəm. Hələ nələr-nələr olub bilmədiyim. Hər zabit gəlib bir hadisəni danışır, kövrəlirəm. Onlar arasında yaralı vəziyyətdə tibb məntəqəsində qulluq etdiyim uşaqlar da var.

- Vüsalə xanım, niyə Mirdavud müalicədən imtina edirdi?



- Mənim də içərisində olduğum həkim kollektivi Beyləqandan 2020-ci ilin oktyabrın sonu, noyabr ayının ortalarında qayıtdıq. Oğlum və dəstəsi isə 2021-ci ilin aprelində mənim Beyləqanda xidmət apardığım tibb məntəqəsində olub. Mirdavud evə gələnə qədər yaralandığını demirdi. Xidmətdən tam tərxis olunub evə gəldikdən sonra yalvar-yaxarla müalicə etdirdim. Bir müddət müalicə aldı.

Ayaqlarında döyənək, yaralar, üstəlik ağciyərlərində də problem var idi. İki il müalicə olundu, sonra müalicədən imtina etdi. Özünün xəstələndiyini qəbul etmək istəmirdi. Həmişə deyirdi ki, mən şəhid qardaşlarımın yanına gedəcəyəm. Neçə dostu, yoldaşı gözünün önündə şəhid olmuşdu. Neytral ərazidən dostlarının, əsgərlərinin nəşini çıxarmışdı. Azərbaycan Dövlət Pedaqoji Universitetin Kimya-biologiya fakültəsini bitirmişdir. Əslində həkim olmaq istəyirdi deyə ilkin yardımı bilirdi, tibb sahəsindən məlumatlı idi. Neçə yaralıya yerində müdaxilə edərək həyatlarını xilas etmişdir. Amma özünə məlhəm edə bilmədi oğlum.

- Vüsalə xanım, oğlunuzun son sözü nə oldu?

- Mənim oğlum mərd uşaq idi. Heç vaxt özünü aciz göstərməzdi. Elə ağrıları olurdu ki, gecədən səhərə qədər yatmırdı. Ağciyərlərindəki problem nəfəs almasını ağırlaşdırmışdı. Amma heç vaxt ağrıdığını dilinə gətirmirdi. Dekabrın 31-i bir anda gəldi ki, ana nəfəs ala bilmirəm. Uzandı qucağıma. Tez təcili yardıma məlumat verdim, onlar gələnə qədər də süni tənəffüs, ürək masajı ilə oğluma kömək etməyə çalışdım.

Görürdüm ki, ciyərləri artıq sıradan çıxıb, boğulur. Mirdavud qollarımda boğularaq can verdi, xilas edə bilmədim. Yaralı balalara, əsgərlərə məlhəm oldum, amma öz oğlum əllərimdə can verdi. Heç nə demədi Mirdavud, nəfəs ala bilmədi, boğularaq qollarımda öldü. Məkanı cənnət olsun balamın. İstədiyi oldu, şəhid qardaşlarını tək qoymadı balam…

BECAN.AZ: Bütün Şəhidlərimizin ruhu şad olsun! Xalq onları heç vaxt unutmaz!
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}