Sayt rəhbəri Ombudsmandan kömək istədi

19:53 5.04.2023 1 055
Sayt rəhbəri Ombudsmandan kömək istədi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilindən “Media haqqında” qanunun tətbiqinə müdaxilə etməsi istənilir. 24saat.org və az24saat.org saytlarının təsisçisi Vüqar Ələkbərov (Qurdqanlı) bununla bağlı Ombudsman Səbinə Əliyevaya müraciət edib.

“Biz dəfələrlə Media Agentliyinə müraciət etmişik. Təsisçisi olduğum saytlar, hətta yeni qanunun mürtəce tələblərinə də cavab verir. Ancaq bizim onlayn mediaların media reyestrinə daxil edilməsindən heç bir ağlabatan əsas gətirmədən imtina olunub”, - V.Ələkbərov Turan.az-a bildirib.

Onun sözlərinə görə, agentliyin qərarından məhkəməyə şikayət ediblər, ancaq həmin şikayətə 4-5 aydır ki, hələ də baxılır.

“Ombudsmana müraciət etdim. Xahiş etdim ki, “Media haqqında” qanunun ölkə Konstitusiyasının müddəalarına uyğunluğunun yoxlanılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərsin. Ümid edirəm ki, müraciətimə müsbət cavab veriləcək”, - deyə, jurnalist bildirib.

Adı çəkilən medialara hüquqi məsləhətlər verən Xalid Ağaliyev açıqlamasında Ombudsmanın məsələyə müdaxiləsinin yerində ola biləcəyini bildirib:

“Yeni qanunun qəbul olunmasından xeyli vaxt keçib. Qanun nə Konstitusiyaya, nə də Azərbaycanın tərəf olduğu beynəlxalq müqavilələrə uyğun deyil. Bunu Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatlar da dəfələrlə vurğulayıblar. Konstitusiya aydın şəkildə qanunların beynəlxalq müqavilələrə uyğun olmasını nəzərdə tutur. Belə durumlarda Konstitusiya Məhkəməsinin müdaxiləsi çox vacibdir. Əslində belə durumlara müdaxilə etmək, rəy vermək bu məhkəmənin əsl işidir. Məhkəmədən rəy verilməsini istəmək həm də Ombudsmanın səlahiyyətlərindən biridir. Ona görə, fikirləşirəm ki, Ombudsmanın Konstitusiya Məhkəməsindən qanuna rəy istəməsi qanun ətrafındakı gərgin duruma faydalı təsir göstərər”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}