Müdafiə naziri Komando Dağ Təlim Mərkəzində olub

15:16 7.04.2023 951
Müdafiə naziri Komando Dağ Təlim Mərkəzində olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə aprelin 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komando Dağ Təlim Mərkəzini ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Məlumatda bildirilir ki, müdafiə naziri mərkəzdə Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kurs kursantlarının iştirak etdiyi "Komando başlanğıc kursu"nun gedişatı ilə tanış olub.

Məruzə edilib ki, çöl çıxışında kursa cəlb olunan heyətə yaşayış məntəqələrindəki döyüş şəhərciyində müasir döyüş üsulları, dağçılıq və digər fəaliyyətlər real döyüş şəraitinə uyğun məşq etdirilir. Keçirilən məşğələlərdə əsas diqqət hərbi qulluqçuların fərdi bacarıqlarının daha da yüksəldilməsi, döyüş vərdişlərinin təkmilləşdirilməsi, eləcə də liderlik keyfiyyətlərinin artırılmasına yönəldilir.

Məşğələləri izlədikdən sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Müdafiə naziri qeyd edib ki, Ali Baş Komandanın göstərişinə uyğun olaraq, Azərbaycan Ordusunda, bütün sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar davam etdirilir. Peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunur və bu prosesin həyata keçirilməsində komando hazırlığı mütləqdir.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə təlimlərdə müasir döyüş üsulları məşq etdirilir, ordumuzun arsenalına yeni tələblərə cavab verən silah, hərbi texnika daxil edilir və hərbi qulluqçulara onların effektiv tətbiqi qaydaları öyrədilir.

General-polkovnik Z.Həsənov qeyd edib ki, Aprel döyüşləri, Günnüt əməliyyatı, Vətən müharibəsi və sonrakı əməliyyatlarda Azərbaycan Ordusu öz qüdrətini bütün dünyaya sübut edib. Ordumuzun daha da qüdrətlənməsi və inkişaf etməsi istiqamətində görülən işlər hazırda da davam etdirilir. Nazir xüsusi vurğulayıb ki, bu gün bütün hərbi qulluqçularla yanaşı, hərbi institutda təhsil alan gələcəyin zabitləri də öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Sonra mərkəzdə yeni istifadəyə verilən tibb məntəqəsinə gələn müdafiə nazirinə məruzə edilib ki, müasir tələblərə cavab verən məntəqədə hərbi qulluqçuların sağlamlıqlarının təmin olunması, onlara ilkin yardımın göstərilərək, ehtiyac olduğu təqdirdə, hospitala təxliyə edilməsi üçün lazımi şərait yaradılıb. Tibb məntəqəsində qəbul-diaqnostika otağı, palatalar, eləcə də inzibati otaqlar mövcuddur.

Daha sonra general-polkovnik Z.Həsənov çöl çıxışında olan kursantların səhra düşərgəsinə baxış keçirib. Düşərgədə şəxsi heyətin qalması, qidalanması və asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri kursa cəlb olunan heyətə keçirilən dərslərin daha dərindən öyrənilməsi və onların gələcəkdə əsl hərbi mütəxəssis kimi yetişməsi üçün öz tövsiyələrini verib.

Sonda general-polkovnik Z.Həsənov şəxsi heyətin döyüş hazırlığının artırılması məqsədilə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}