Ermənilərin zəhərləyib öldürdüyü bəstəkarımız – Divarlarda qalan SİRR

22:14 7.04.2023 1 973
Ermənilərin zəhərləyib öldürdüyü bəstəkarımız – Divarlarda qalan SİRR

Yəqin Asəf Zeynallı adını çox eşitmisiniz. Bəlkə bir çoxları ömrünün 23-cü baharında həyatdan köçmüş bu bəstəkarı tanımır, amma musiqi kollecinə verilərək əbədiləşdirilmiş adını və məşhur “Ölkəm” romansını mütləq eşidib.

Lent.az bu gün bəstəkar Asəf Zeynallını xatırlayır.

Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə doğulub. 11 yaşı olanda ailəsi Bakıya köçüb. Bakıda musiqi texnikumunu və konservatoriyanı bitirib. Gənc yaşlarından musiqi müəllimi kimi fəaliyyət göstəririb və tanınmış bəstəkarlar Tofiq Quliyevlə Qara Qarayev onun tələbələri olublar.

Cəmi 23 il ömür sürüb. Lakin bu ömrə böyük işlər sığdıra bilib. O, el-el, oba-oba gəzib, xalq mahnılarımızı toplayıb, nota köçürüb. "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub.

Vətəni qarış-qarış gəzərkən, gözəlliyinə valeh our, bu heyranlıqdan “Ölkəm” romansı yaranır. Amma bu səfərlərdən biri zamanı tutulduğu qorxunc xəstəlik onun ölümünə səbəb olur. Milli folklor nümunələrimizi toplamaq üçün Qarabağa səfər edərkən qarın yatalağı xəstəliyinə yoluxur, ağır vəziyyətdə Bakıya gətirilir. Yazdığı məktublardan birində, o, ermənilər tərəfindən zəhərləndiyini yazmışdı. Lakin o zaman üçün bu məlumat ört-bas edildi.

Lakin xəstəxanada da dayanmır, yaradcılığına ara vermir. Könlündə çoşub-daşan melodiyaları notlara çevirib, yatdığı palatanın divarlarına köçürür. Qardaşına yalvarır ki. öləndən sonra yazdığı bu son simfoniyasını kağıza köçürsün.

Lakin qardaşı vəsiyyətinə əməl edə bilmir. Yatdığı otağa kimsə buraxılmır və o, öləndən sonra dezinfeksiya edilsin deyə, otaq başdan başa təmizlənir, divarları yenidən ağardılır.

Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə gözlərini əbədi olaraq yumur. Çəmbərəkənd qəbiristanlığında dəfn olunur, sonralar "Qurd Qapısı" qəbiristanlığına köçürülür.

Gənc və yaraşıqlı bəstəkarın gözəllər gözəli sevgilisi də vardı.

O, piano müəllimi və Azərbaycanın ilk piano pedaqoqu sayılan Kövkəb Səfərəliyeva ilə nişanlıydı. Asəf öldükdən sonra Kövkəb bir daha heç kimlə ailə qurmayıb, ölən günə qədər subay qalıb. O, 1985-ci ilə qədər yaşayıb.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}