Elman Nəsirov: “Siyasi partiyaların əksəriyyəti qohum-əqrəbadan, ər-arvaddan ibarət idi, onların sayı xeyli azala bilər…”

21:04 8.04.2023 1 195
Elman Nəsirov: “Siyasi partiyaların əksəriyyəti qohum-əqrəbadan, ər-arvaddan ibarət idi, onların sayı xeyli azala bilər…”

“Azərbaycanın ictimai-siyasi həyatında o partiyalar qalacaq ki, onların sosial bazası var, proseslərə müəyyən təsir imkanlarına malikdirlər və ilk növbədə dövlətə, dövlətçiliyə xidmət edirlər. Belə partiyaların mövcudluğu, fəaliyyəti çox önəmlidir. Partiyaların yenidən qeydiyyatı prosesində minimum 5 min üzvün olması şərtdir. Bu isə nəticə etibarilə ona gətirib çıxarır ki, heç bir sosial bazası olmayan, sadəcə, sənəddə adı olan partiya Azərbaycanın ictimai-siyasi həyatını tərk etməli olur. Artıq 10 belə partiya bəllidir. Onların gücü, potensialı, sosial bazası olmadığından artıq fəaliyyətlərini dayandırıblar.

Azərbaycanda siyasi partiyaların sayı azalır, amma keyfiyyət göstəriciləri artır. İndi əvvəlki kimi 60-a yaxın partiya olmayacaq. Onların sayı xeyli azala bilər. O müxalifət partiyaları Azərbaycan siyasi səhnəsində mövcudluğunu qoruyub-saxlaya biləcəklər ki, onların arxasında müəyyən sosial baza dayansın. Onlar keyfiyyətli, güclü, ölkədəki proseslərə təsir imkanına malik ola bilərlər. İqtidar da bunda maraqlıdır. Çünki güclü iqtidar o zaman formalaşır ki, həm də güclü müxalifət olsun. Eyni zamanda, ümummilli, dövlət və dövlətçiliklə bağlı məsələlərdə daha fəal mövqedən çıxış etmək imkanları yaranmış olar”.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan iqtidarı da maraqlıdır ki, ölkədə ümummilli məsələlərdə dövlətin və dövlətçiliyin yanında olan güclü müxalifət partiyaları olsun:

“Bu, bizim dövlət siyasətimizin mahiyyətindən irəli gəlir, həm də yeni qəbul edilmiş qanunun fəlsəfəsindən doğan bir məsələdir, sağlam rəqabət mühiti yaradır və çox müsbət haldır. Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Demokratiya özü bir prosesdir, burada son nöqtə yoxdur. Azərbaycan bu yolla irəliyə getməkdədir, hədəflərini müəyyən edib. Demokratiya yolunu ulu öndər Heydər Əliyev müəyyən edib və cənab Prezident İlham Əliyev həmin yolla Azərbaycanın gələcək inkişafını təmin edir. Eyni məntiqlə cənab Prezident ölkədə hərtərəfli, irimiqyaslı islahatlar kursu həyata keçirir. Bu kursun ən mühüm istiqamətlərindən biri də siyasi islahatlardır. Siyasi islahatlar partiya quruculuğu, partiyalararası münasibətlər, dialoq, onların ölkənin ictimai-siyasi həyatında rolunun artırılması, siyasi proseslərə təsir imkanlarının möhkəmləndirilməsi kimi məsələləri aktuallaşdırır.

Təəssüf ki, 30 il bundan əvvəl qəbul edilmiş qanun çərçivəsində çoxsaylı partiyalar fəaliyyət göstərirdi. Onların bir çoxunun ancaq sənəddə adı var idi, çoxu da qohum-əqrəbadan, ər-arvaddan və övladlarından ibarət idi. Ölkədəki proseslərə heç bir təsir imkanına malik deyillər. Yəni, deyure mövcuddurlar, defakto Azərbaycanın ictmai həyatında hiss olunmurdular. Bütün bu və yeni reallıqlar fonunda həm də partiyaların bundan sonrakı mövcudluqları, onların ölkənin ictimai-siyasi həyatında fəal rollarının təmin edilməsi kimi məsələlər aktuallıq kəsb etməyə başladı. Bu məntiqlə də yeni qanun qəbul edildi”.
(Pravda.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}