Aprel Şəhidi Toğrul Fərəczadə anılıb - AĞSUDA

22:10 9.04.2023 1 197
Aprel Şəhidi Toğrul Fərəczadə anılıb - AĞSUDA

2016-cı ilin 4 günlük Aprel döyüşləri hərb tariximizin şanlı səhifələrindəndir. Aprel döyüşləri sübut etdi ki, ermənilərin “keçilməz sədləri” güclü Azərbaycan Ordusu üçün maneə ola bilməz. Digər tərəfdən, Aprel zəfəri Azərbaycan əsgərində özünəgüvəni bir qədər də artırmış oldu və 44 günlük Zəfər Savaşı tarixə həm də Aprel döyüşlərinin davamı kimi düşdü.

Aprel döyüşlərində Xüsusi Təyinatlı Qoşunun dünyanın ən güclü ordularının əsgərlərindən geri qalmayan zabit, gizir və əsgərləri az müddətdə böyük qələbə əldə etsələr də, onlarla Şəhid də verdilər. O qələbə döyüşlərinin şəhidlərindən biri də Toğrul Habil oğlu Fərəczadədir.

Toğrul Fərəczadə Ağsu rayonun yeganə Aprel Şəhidi olmaqla, həm də ailəsinin tək oğlu idi. O, 1993-cü ilin oktyabr ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olmuşdu. Həqiqi hərbi xidmətini tamamlamamış, XTQ-nin sıralarına qatılmışdı və “gizir” rütbəsinə layiq görülmüşdü. Aprel döyüşləri zamanı yaralı əsgər yoldaşını xilas etmək istərkən, 23 yaşında Şəhidlik zirvəsinə ucalıb.

Şəhid Toğrul Habil oğlu Fərəczadə aprel ayının 9-da uğunda canından keçdiyi torpağa tapşırılıb. Bu gün Onun haqq dünyasına qovuşmasından 7 il ötür.

Hər il olduğu kimi, bu gün də Ağsu rayonunun Bico kəndində Toğrulun böyüdüyü evdə Onun anım mərasimi keçirildi. Tədbirdə rayon İH-nin əməkdaşları, rayon hərbi komissarlığının nümayəndəsi, Toğrulun hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak etdilər.

Mərasim əvvəlcə Şəhidin kənd kənd qəbiristanlığındakı məzarını ziyarətlə başladı. Çıxışlarda Onun döyüş yolundan və xatirələrindən bəhs olundu, ruhuna dualar oxundu. Sonra mərasim Şəhidin evində davam etdirildi.

Ruhu şad olsun Şəhid Toğrul Fərəczadənin və bütün Şəhidlərimizə Allah rəhmət eləsin, – deyirik, Şəhid valideynlərinə səbr arzulayırıq.







Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}