Paşinyan: "Qarabağın müqəddəratı Azərbaycanın tərkib hissəsi olaraq həll oluna bilər"

20:17 12.04.2023 904
Paşinyan: "Qarabağın müqəddəratı Azərbaycanın tərkib hissəsi olaraq həll oluna bilər"

Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə “Hökumət saatı” zamanı çıxışında deyib.

“Əgər Madrid prinsiplərindən əvvəl Qarabağın öz müqəddəratını təyinetmə yeri SSRİ idisə, Madrid prinsiplərindən sonra Ermənistan tərəfinin “parlaq” diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etdiyi məkana çevrildi”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, Madrid prinsiplərinə əsasən, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və onlar “bu gün həmin sənədin meyvələrini yığırlar”.

“Bizim səhvimiz bu oldu ki, bunu hələ 2018-ci ilin mayında deməli idik, lakin fikirləşdik ki, gələcəkdə birtəhər bu tələdən çıxa bilərik. Tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik”, - Ermənistanın hökumət başçısı əlavə edib.

Paşinyan qeyd edib ki, “Madrid prinsiplərindən əvvəl Ermənistan tərəfinin mövqeyi belə idi ki, Qarabağ heç bir zaman müstəqil Azərbaycanın tərkibində olmayıb və SSRİ-nin dağılması kontekstində öz müqəddəratını təyin etmək hüququndan istifadə edir”.

“SSRİ-nin digər subyektləri, Alma-Ata Bəyannaməsində qeyd olunanlara əsasən, öz müqəddəratını təyinetmə hüququndan istifadə edib müstəqillik əldə etdilər, o cümlədən də Qarabağ və nəticədə Qarabağ SSRİ-dən ayrıldı”, - Paşinyan əlavə edib.

Baş nazir vurğulayıb ki, Madrid prinsipləri 2007-ci ildə Ermənistanda hakimiyyətin ötürülməsi zamanı Serj Sarkisyanın Baş nazir, Robert Koçaryanın isə prezident olduğu dövrdə meydana çıxıb ki, burada da ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ öz əksini tapıb:

“Bu zaman müəyyən edilib ki, Qarabağın statusu Azərbaycan tərəfindən də razılaşdırılmalı olan mexanizmlə tənzimlənməlidir və bununla da çox ciddi konseptual dəyişiklik baş verdi. Etibarlı mənbələrin məlumatlarına görə, Madrid prinsiplərin müəllifi elə erməni tərəfi olub.

Əgər biz Qarabağı Azərbaycanın bir hissəsi hesab etmiriksə, onda onun statusu məsələsi niyə Azərbaycanla razılaşdırılmalıdır?

Bu isə məntiqlə o deməkdir ki, Qarabağ öz müqəddəratını təyin etmək üçün Azərbaycanın tərkib hissəsi olmalıdır, əks halda, o, öz müqəddəratını kimdən müəyyən edir?

Beləliklə də, bizim ən böyük səhvimiz bu barədə 2018-ci ildə xalqa izahat verməməyimizdir.

Qarabağı danışıqlar prosesindən çıxaran Ermənistan sonradan “Mən Qarabağın öz müqəddəratını təyinetmə hüququndan istifadə etməyə gəlmişəm” dedi.

Bunun cavabında isə Ermənistana dedilər ki, əgər bunu sən deyirsənsə, o zaman bu, ərazi mübahisəsidir, ərazi iddiasıdır.

Qarabağ probleminin bütün mahiyyəti deformasiyaya uğrayıb”.
/APA
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}