“İran rəsmisi bizə dedi ki, Allahşükür Paşazadə KQB-nin agentidir”

13:35 13.04.2023 1 545
“İran rəsmisi bizə dedi ki, Allahşükür Paşazadə KQB-nin agentidir”

“Mən Etibar Məmmədovu çox yaxşı tanıyıram və Etibar bəy heç vaxt əsassız söz danışmaz. Biz 5 il parlamentdə bir yerdə olmuşuq, o çox peşəkar siyasətçilərdən biridir. Etibar Məmmədovun əlində hansısa əsaslar var ki, belə deyir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yeni yaradılıb və onun İranın şəbəkəsinə qarşı fəaliyyətində hansısa səhvlərin olması ilə bağlı məlumat məndə yoxdur. Lakin bu komitə son zamanlar yaxşı işləyir. O ki qaldı Qafqaz Müsəlmanları İdarəsinə, (QMİ) bu, artıq QHT-dir. Ola bilsin ki, dini qarşıdurma olmasın deyə, Şeyx bu məsələlərə başqa cür yanaşıb”.

Bu sözləri açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib.

Eks-millət vəkili AMİP lideri Etibar Məmmədovun Azərbaycanda İran agentura şəbəkəsinin formalaşmasında DQİDK və QMİ-nin səriştəsiz fəaliyyətinin olması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, partiya sədri bu məsələdə hər 2 qurumu günahkar adlandırıb və onları yarıtmaz fəaliyyətdə suçlayıb.

C. Nuriyev xatırladıb ki, həm 1990-cı ilin yanvar, həm də İran hadisələrində Şeyx Hacı Allahşükür Paşazadə çox kəskin mövqeyini ortaya qoyub:

“Hətta 90-cı illərin yanvar hadisələrində Şeyx hər hansı bir başqa bir addım atmış olsaydı belə, onu bu məsələlərdə ittiham etmək olmazdı.

Əgər hansısa İran mollaları belə bir addım atıbsa, bu, çox yanlışdır. Amma mənə elə gəlir ki, Paşazadə ilə İranın fəaliyyəti mümkünsüzdür. Çünki 1991-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinin nümayəndə heyəti Ziyad Səmədzadənin sədrliyi ilə İrana getdi ki, İran Azərbaycanın müstəqilliyini tanısın. İlk görüşdə də İran parlamenti spikerinin müavini bizə qayıdıb dedi ki, Allahşükür Paşazadə KQB-nin agentidir və sizin buraya gəlməyinizi qəbul etmirik. Rəhmətlik Əsgər Məmmədov çox kəskin etirazını bildirdi. Birinci görüş də qarşıdurma ilə gündəmə gəldi. İran çox dirənmişdi, çünki onlar Allahşükürü sevmirdilər”.

Müsahibimiz aydınlaşdırıb ki, bu gün Azərbaycanda İran agentura şəbəkəsinin kök salmasının günahkarı nə Qafqaz Müsəlmanı İdarəsidir, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi:

“Bunun səbəbkarı Milli Təhlükəsizlik Nazirliyinin yarıtmaz fəaliyyəti ilə bağlıdır. Xüsusilə, Eldar Mahmudovun dövründə bunlar Azərbaycanda hər şeyi etdilər. Həm vəhhabilik o vaxtı ölkədə gül-çiçək açdı, həm də şiəlik təriqəti bu şəkildə formalaşdı. Azərbaycanda İslam Partiyasının formalaşması və s. amillər də MTN-nin günahıdır. Allahşükür kim idi axı?! Allahşükür onları həbs edəcəkdi?!

Hər kəsin fikrinə hörmətim var, amma Etibar Məmmədovun bu məsələdə iki qurumu ittiham etməsi mənim üçün bir qədər anlaşılmaz qaldı. Məndə belə bir məlumat yoxdur. Yenə deyirəm, bunun səbəbi MTN-nin son 30 ildəki yarıtmaz fəaliyyəti olub. İndi DTX bir az fəallaşıb. Kəşfiyyat və əks-kəşfiyyat ayrılandan sonra bu məsələlər gündəmə gəlib”.


Mütəxəssis sual edib ki, əgər bir ölkənin kəşfiyyat idarəsində 20-yə qədər İran agenturasının adamı var idisə, Allahşükür, yaxud Mübariz Qurbanlı bunu haradan bilə bilərdi:

“Məncə, bu müqayisə çox uğursuzdur. Çünki biz əsas adamların adını çəkmirik. Hansı ki, bu işdə məsuliyyət daşıyıb. Onlar bu işləri görməyiblər, indi bu işdə əlində heç bir şəbəkəsi və ordusu olmayan qurumları günahkar görürlər. Bu qurumlar İranın casus şəbəkəsinin ölkədə formalaşmasında məsuliyyət daşıya bilməz.

Azərbaycanda sovet vaxtı 2 ölkənin konsulluğu olub. Biri İran, biri də Türkiyə. Hər bir dövlət də konsulluğunda öz diplomatlarından agentura şəbəkəsi kimi istifadə edir. Bu günə qədər İranın Azərbaycanda yaratdığı şəbəkə məhz indi dağıdıldı. Hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi bölgələrdə İranla bağlı axundların hamısını dəyişdilər”.
(Yenisabah)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}