İlqar Məmmədov: “Ermənistanda işləyən adam bizdəkindən 240 manat çox maaş alır”

20:06 14.04.2023 1 156
İlqar Məmmədov: “Ermənistanda işləyən adam bizdəkindən 240 manat çox maaş alır”

“Ermənistanda orta aylıq əməkhaqqı 1100 manat təşkil edir, bizdə isə 856 manat. Ortada 240 manat fərq var. Yəni, Ermənistanda işləyən adam bizdəkindən 240 manat çox maaş alır. Sual olunur ki, niyə? Ölkəmiz neftlə, qazla zəngin, millətimiz çalışqan - ən azından ermənidən tənbəl deyil. Hökumətin iddiasına görə, iqtisadi firavanlıq dövrünü yaşayırıq, amma faktdır ki, azərbaycanlı 240 manat ermənidən az maaş alır...”

Bu fikirləri Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib.

"Səbəbi əslində XVII əsrdən bəllidir. Bütün tarix, iqtisadiyyat, hüquq və politologiya dərsliklərində hamısı öz əksini tapıb, tarixdə də dəfələrlə təsdiq olunub. Hansı ölkə öz rəqib ölkəsi ilə müqayisədə demokratiyası, insan haqları, qanunun aliliyi ilə daha çox tanınırsa, uzun müddətli iqtisadi rəqabətliliyi həmin ölkə qazanır. Bilirik ki, Ermənistanda heç də hər şey çiçəklənməyib. Demokratik prinsipləri orada necə oynatdıqlarından, əlbəttə, xəbərdarıq. Amma zahiri görüntüləri ən azından bəllidir. Bəzən orada məhkəmə hökumətin iradəsinə zidd qərarlar qəbul edir, parlament seçkiləri nisbətən təmiz keçirilir, beynəlxalq ictimaiyyət də bunu tanıyır. İnsanlar çıxıb istədikləri vaxt küçədə, mətbuatda bizdəkindən dəfələrlə sərbəst qaydada etiraz sözlərini deyə bilirlər. Klassik, elmdə təsbit, tarixdə təsdiq olunmuş qaydalara əsasən, Ermənistan yavaş-yavaş bu iqtisadi yarışı da qazanmağa başlayır. Ona görə də Azərbaycanda məhkəmə qərarlarını siyasi əmrə tabe edən adamlar bizim iqtisadi durumumuza ən böyük zərəri vururlar.

Sosial-iqtisadi siyasət və s. bunlar hamısı ikinci dərəcəli şeylərdir. İqtisadi-sosial vəziyyəti təyin edən birinci amil qanunun aliliyi, demokratiya, seçki və insan haqlarıdır. Bu, tarixdə təsdiq olunub, bunu İlqar Məmmədovun deməsinə ehtiyac yoxdur”,
- deyə, o, bildirib. (Pravda.az)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}