Hulisi Akardan daha bir cəsarətli bəyanat

15:17 9.01.2023 1 111
Hulisi Akardan daha bir cəsarətli bəyanat

"Səhv hesablamalar etməyin, yanlış yollara getməyin və tarixdən dərs alın!"

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan ilə birlikdə Dəniz Qüvvələri Komandanlığında yoxlamalar aparıb.

Türkiyə ilə Yunanıstan arasındakı böhrana toxunan nazir, problemlərin həlli və gərginliyin aradan qaldırılması üçün dinc vasitə və üsulların, həmçinin dialoqun vacibliyini vurğulayıb.

Akar Yunanıstanın Türkiyəni “neo-osmanlıçılıq”, “revizionizm” və “ekspansionizm” kimi anlayışlarla ittiham etmək cəhdlərinə reaksiya verib:
“Bu anlayışlardan, xüsusilə Qərbdə siyasi qərar verənləri çaşdıracaq şəkildə istifadə edib, Türkiyəni töhmət altında qoymağa çalışırlar. Biz deyirik ki, bir tərəfdən məsləhətləşmələr gedir, digər tərəfdən etimad tədbirləri çərçivəsində danışıqlar aparılır. Gözləyirik, onlar gəlmir. Bununla belə, yalan və əsassız iddialarla bizə qarşı hər cür böhtan atırlar”.

Yunanıstanın işğal cəhdinin milli mübarizə ilə dayandırıldığını xatırladan türkiyəli nazir deyib:
"1919-cu ildə bəzi ölkələrin təşviqi və təxribatı ilə Yunanıstanın Anadoluya qarşı işğal cəhdi milli mübarizə ilə dayandırıldı. Biz onlara deyirik ki, tarixdən dərs alın, çətinliyə düşməyin, yeni macəralara atılmayın. Başqa ölkələrin hüquq və mənafeləri üçün öz xalqınızın hüquq və mənafeyini hədər etməyin. Yunanıstan tərəfindən təxribata uyub, haqqımızın tapdalanmasına icazə verməyəcəyik. Bu mövzuda qətiyyətliyik”.

Hulusi Akar Yunanıstana xəbərdarlıq edərək deyib ki, Afina ağlını başına yığmalıdır:

"Səhv hesablamalar etməyin, yanlış yollara getməyin və tarixdən dərs alın. Güvəndiyiniz dağlara qar yağmadan ağlınızı başınıza yığın və qərarınızı verin".

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}