Sülh müqaviləsi mayın sonunda bağlana bilər

12:17 30.04.2023 917
Sülh müqaviləsi mayın sonunda bağlana bilər

“Məncə, sülh sazişinin konseptual əsasları razılaşdırılıb. Mən bunu mətbuat məlumatlarına əsasən deyirəm”.

Bu fikirləri açıqlamasında politoloq Qabil Hüseynli deyib.


Politoloq xatırladıb ki, Ermənistanın Rusiyaya tətbiq edilən sanksiyaları pozması - öz üzərindən Rusiyanın xarici sifarişlərinin bir çoxunu həyata keçirməsi, Rusiyanın xaricdəki pullarının Ermənistan bankları vasitəsilə o ölkəyə göndərilməsi üzə çıxıb:

“Ermənistan tərəfinin bir neçə stulda oturmağa cəhd etməsi bu ölkənin xarici siyasətinin prinsipsiz məqamlarına işıq salıb. Bununla yanaşı, Qərb artıq Rusiyanın bölgədəki pozucu, qarşıdurma yaradan hərəkətlərini də görür və hesab edir ki, nə qədər ki Rusiya bu bölgədə var, nə qədər ki Rusiyanın Ermənistan üzərindən təsirləri keçir, sülhyaratma prosesində hər an əngəllər yarana bilər və yaxud sülhyaratma prosesi ləngiyə bilər.

Məlumatlara əsasən, Ermənistana ciddi xəbərdarlıq edilib. Mayın sonuna qədər sülh müqaviləsinin imzalanması məsələsi gündəmdədir. Ən azından müqavilənin ilkin variantının razılaşdırılmasının mayın sonuna qədər başa çatdırılması qarşılarına bir tələb kimi qoyulub.

Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycana gəldi, Prezidentlə və XİN rəhbəri ilə görüşdü. Həm Prezident İlham Əliyev, həm də Ceyhun Bayramov bildirdi ki, biz sülh proseslərini sürətləndirmək fikrindəyik, onun bir çox məqamlarını razılaşdırmışıq, amma Ermənistanla üzbəüz görüşmək imkanlarımız olmadığına və Ermənistan bəzi görüşləri sabotaj etdiyinə görə sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilmirik. Vaşinqtonun da bununla bağlı məlumatları var idi. Məncə, Fransa xarici işlər naziri böyük ölçüdə deyilənlərin doğru olduğunu qəbul etdi. Rusiyanın iştirakı olmadan Qərbin və ABŞ-ın vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanmasının sürətləndirilməsi gündəmdədir. Bu məqsədlə də Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda görüşəcək”.
(Musavat)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}