Əliyev Paşinyana “son şans” mesajı verdi: Azərbaycan vətəndaşlığı Xankəndidə əsas şərtdir

19:22 11.01.2023 2 090
Əliyev Paşinyana “son şans” mesajı verdi: Azərbaycan vətəndaşlığı Xankəndidə əsas şərtdir

Prezident İlham Əliyevin Xankəndi və ətraf bölgədəki erməni azlığına münasibətdə “Əgər, kimlərsə Azərbaycan vətəndaşı olmaq istəmirsə, yol açıqdır, gedə bilərlər” - mesajı rəsmi Bakının həlledici mərhələyə artıq start verdiyini təsdiqləyir… Bu isə o deməkdir ki, Ermənistanın sülh sazişi imzalamaq, Xankəndi və ətraf bölgədəki ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmək, silahlı separatçı-terrorçuların isə qaçıb canlarını qurtarmaq üçün o qədər də çox vaxtı qalmayıb...
BECAN.AZ: Cənubi Qafqazda həlledici mərhələ artıq başlayıb. Bu mərhələnin regionda erməni separatizmi və terrorizmi ilə kəskin və sərt mübarizə ilə diqqəti çəkəcəyi ehtimal olunur. Son vaxtlar Cənubi Qafqazda baş verən hadisələr də bu problemin artıq bir dəfəlik həll edilməsinin vacib olduğunu göstərir. Və bu məsələdə itirilən zaman regionun gələcək inkişaf perspektivləri qarşısında ən ciddi əngələ çevrilməyə başlayıb.

Onu da qeyd edək ki, rəsmi Bakı Cənubi Qafqazda sülh, sabitlik və inkişaf dövrünün başladılmasına xüsusi önəm verir. Azərbaycanın siyasi dairələri regional iqtisadi-ticari və enerji layihələrinin reallaşdılmasına həssas yanaşır. Çünki Cənubi Qafqazın, o cümlədən də, Azərbaycanın gələcək rifahı böyük ölçüdə məhz həmin layihələrin uğurundan asılıdır.

Təbii ki, regional inkişaf perspektivləri qarşısında kifayət qədər ciddi problemlər mövcuddur. “Erməni faktoru” bütövlükdə Cənubi Qafqazda sülhü və sabitliyi ciddi şəkildə təhdid edir. Və bu faktor tamamilə zərərsizləşdirilmədən regionda davamlı əmin-amanlığın təmin edilmə imkanları o qədər də inandırıcı görünmür.

Onu da qeyd edək ki, rəsmi İrəvanın son vaxtlar sülh danışıqlarından yayınmağa cəhd göstərməsi regionda yeni savaş təhlükəsini ciddi şəkildə artırıb. Ancaq Paşinyan hakimiyyəti bu mövqeyinə Qərb siyasi dairələrindən dəstək umsa da, rəsmi İrəvanın bütün ümidləri boşa çıxmaqdadır. Belə vəziyyətdəsə, Ermənistan növbəti müharibədə yenə təkbaşına qala bilər. Və rəsmi İrəvan 44 günlük savaşda ordusu tamamilə darmadağın edildiyindən, indiyə qədər də bərpa olunmadığından bu dəfəki müharibənin Ermənistan üçün daha faciəvi olacağını da anlamamış deyil.

Digər tərəfdən, Qərbdən dəstək ala bilmədiyi halda, Ermənistanın əsas və ənənəvi himayədarı Rusiya ilə də münasibətləri qarşıdurma mərhələsinə yaxınlaşdığından rəsmi İrəvan artıq ciddi şəkildə narahat olduğunu gizlətməkdə çətinlik çəkir. Xüsusilə də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası qarşısında təhqiramiz şüarlarla keçirilən son aksiyadan sonra Kremlin ciddi şəkildə qəzəbləndiyi bildirilir. Hətta bəzi Rusiya media quruluşları xarici ölkələrin ekspertlərin dili ilə Paşinyan hakimiyyətini hədələməyə başlayıb.

Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin Ermənistan ərazisində keçirilməsi planlaşdırılan KTMT-nın hərbi təlimlərini pozmağa cəhd göstərməsi Rusiya siyasi dairələrinin səbrini artıq sona çatdırıb. Ona görə də, rus mətbuatı bəzi xarici ekspertlərin şərhləri ilə Paşinayn hakimiyyətinə “KTMT-nın hərbi təlimləri keçirilməzsə, onun əvəzində Ermənistanda Azərbaycan ordusu da hərbi təlimlər keçirə bilər” mesajını çatdırmağa çalışır. Və Azərbaycan ordusu hərəkətə gələrsə, Rusiyanın Ermənistanı müdafiə etmək üçün həvəsinin qalmayacağını qabardır.

Azərbaycan isə rəsmi İrəvanın Qərbdən umduğu dəstəyə, Rusiya ilə münasibətlərinin korlanmasına əhəmiyyət vermir. Rəsmi Bakının konkret və haqlı hədəfləri mövcuddur. Ona görə də, Azərbaycanın milli maraqlarının ön planda tutulmasına və əsas hədəflərinin reallaşdırılmasına yönəlik qətiyyətli addımlar atır. Və bu ilin Ermənistan üçün son şans olduğuna yönəlik xəbərdarlıq mesajları ilə diqqəti çəkir.

Maraqlıdır ki, rəsmi İrəvan Azərbaycanın Xankəndi və ətraf bölgə ilə bağlı mövqeyinin prinsipial olduğunu qəbul etməyə başlayıb. Hətta Paşinyan hakimiyyəti bu məsələdə Ermənistanın yersiz davranışlarının daha dağıdıcı savaşa səbəb olacağından narahatdır. Ona görə də, baş nazir Nikol Paşinyan son açıqlamasında Ermənistan cəmiyyətinin “xəyallar”ının əksinə olaraq, beynəlxalq ictimaiyyətin əvvəlki kimi, indi də "Dağlıq Qarabağı" Azərbaycanın bir hissəsi olaraq, tanıdığını xatırladıb.

Erməni baş nazir vurğalyıb ki, Ermənistan cəmiyyətində vaxtilə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin sadəcə, kağız üzərində yazılmış mətnlər kimi qəbul etməsi praqmatik yanaşma deyildi. O, bildirib ki, Ermənistanın "Dağlıq Qarabağ"ın və onun xalqının taleyini həll etmək hüququnun olmadığını artıq anlamaq lazımdır. Erməni baş nazirin fikrincə, bu “məsələ”ni rəsmi İrəvan deyil, yalnız Xankəndi və ətraf bölgədə yaşayan ermənilər özləri həll etməlidir.

Göründüyü kimi, rəsmi İrəvan növbəti dəfə “Dağlıq Qarabağ məsələsi”ndən yaxasını kənara çəkməyə üstünlük verir. Çünki əks halda, qeyri-bərabər qüvvələr şəraitində Azərbaycanla yeni müharibə ümumiyyətlə, Ermənistan dövlətinin sonunu gətirə bilər. Və bu reallığın əksər beynəlxalq hərbi ekspertlər tərəfindən də vurğulandığını nəzərə aldıqda, Paşinyan hakimiyyətinin geri addım atmaq məcburiyyətində qalması qətiyyən təəccüblü deyil.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev də Ermənistana açıq mətnlə sərt xəbərdarlıq edib. Azərbaycan Prezidenti vurğulayıb ki, nə qədər çətin də olsa, rəsmi Bakı hələlik sülh sazişinin imzalanmasını gündəmdə saxlamağa çalışır. Ancaq Prezident İlham Əliyev onu da vurğulayıb ki, sülh məsələsi masada müəyyən müddət qala bilər: “Daha sonra biz bu məsələdə xüsusi fəallıq göstərməyəcəyik. Əgər, sülh istəmirlərsə, heç lazım da deyil. Delimitasiya da istəmirlərsə, o da lazım deyil. Deməli, sərhəd xətti bizim lazım bildiyimiz yerdən keçəcək. Bizim tarixi və kartoqrafik əsaslarımız var. Ona görə də bu məsələ bizdən çox onların marağında olmalıdır”.

Göründüyü kimi, Azərbaycan lideri konkret və prinsipial mövqeyi ilə diqqəti çəkir. Rəsmi Bakının səbri artıq tükənmiş kimi görünür. Rəsmi Bakı Paşinyan hakimiyyətinin mənasız “kaprizlər”ini müşahidə edərək, gözləmək və əlavə vaxt itirmək niyyətində deyil. Ona görə də, Ermənistanln siyasi dairələri nə qədər gec deyil, konstruktiv mövqe ilə sülh danışıqlarına qatılmaq üçün tələsməlidir. Əks halda, rəsmi Bakı mövcud problemləri Ermənistanın iştirakı olmadan, birtərəfli qaydada həll etməyə üstünlük verə bilər.

Məsələ ondadır ki, Azərbaycan Prezidentinin açıqlamaları Ermənistanın hələ də uydurma “Dağlıq Qarabağ mövzusu”na ilişib, qalmasının mənasız və yolverilməz olduğunu birmənalı şəkildə təsdiqləyir. Çünki rəsmi Bakı bu mövzu ilə bağlı yekun qərarını artıq prinsipial şəkildə verib. Yəni, rus “sülhməramlılar”ın müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgə ilə bağlı bütün məsələlər Azərbaycanın daxili işidir. Rəsmi Bakı bu mövzunu heç kimlə müzakirə etmək niyyətində deyil. Və bu məsələdə yalnız Azərbaycan Konstitusiyanın tələblərini reallaşdırmaq qərarında qətidir.

Prezident İlham Əliyevin Xankəndi və ətraf bölgədəki erməni azlığına münasibətdə “Əgər, kimlərsə Azərbaycan vətəndaşı olmaq istəmirsə, yol açıqdır, gedə bilərlər” mesajı da rəsmi Bakının həlledici mərhələyə start verdiyini təsdiqləyir. Yəni, Azərbaycanın siyasi dairələri mövcud problemin həllini bundan sonra da illərlə uzatmaq niyyətindən çox-çox uzaqdır. Bu isə o deməkdir ki, Ermənistanın sülh sazişi imzalamaq, Xankəndi və ətraf bölgədəki ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etmək, silahlı separatçı-terrorçuların isə qaçıb canlarını qurtarmaq üçün o qədər də çox vaxtı qalmayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}