Səlim Müslümov dövlətə dəymiş ziyanı tam ödəyib

19:27 9.01.2023 1 895
Səlim Müslümov dövlətə dəymiş ziyanı tam ödəyib


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

BECAN.AZ APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi çıxış edərək iş üzrə hər hansı vəsatətlərinin olmadığını deyib.

Dövlət ittihamçısı isə müəyyən sənədlərin araşdırılması məqsədilə bu gün üçün məhkəmə istintaqının yekunlaşmasına razı olmayıb. Prosesin davamında hakim Faiq Qəniyev cinayət işi üzrə dəymiş 20 milyon manat məbləğində ziyanın təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini deyib.

Hakim qeyd edib ki, ittihamda dəymiş ziyan kimi göstərilmiş 27 milyon manatın 7 milyon manat təşkil edən hissəsi israfetmə epizodu ilə bağlıdır. Həmin epizod üzrə isə ayrıca cinayət işi açılıb.

Araşdırma zamanı məlum olub ki, bir neçə nazirlik əməkdaşı və işdə adı keçən tenderlərdə qalib olmuş şirkət rəhbərləri fəaliyyətləri zamanı qanunsuzluqlara yol veriblər. Belə olan halda israf etmə kimi göstərilmiş 7 milyon manat da həmin şəxslər tərəfindən ödənilməlidir. Hakim həmin epizod üzrə qısa məlumat verərək deyib ki, bu günə qədər israfetməyə yol vermiş şirkət rəhbərləri və digər adı keçən şəxSlər tərəfindən 1 milyondan artıq vəsaitin ödənilməsi təmin olunub. Hazırda ziyanın qalan 6 milyon manata yaxın hissəsinin də ödənilməsi davam etdirilir.

Prosesə dövlət ittihamçısının təklifi ilə yanvarın 23-ə qədər fasilə verilib.

Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}