Ağsuda işıq verilişində böhran yaranıb

11:13 2.05.2023 1 401
Ağsuda işıq verilişində böhran yaranıb

Ağsu rayonunun kəndlərinə elektrik enerjisinin verilişi bu gün səhər saatlarından dayandırılıb.

Becan.az xəbər verir ki, səhər saat 7-8 arası Ağsu rayonunun "Cəfərli" və "Ləngəbiz" xətlərinin üzərində yerləşən kəndlərin işıqları Ağsu Rayon Elektrik Şəbəkəsi tərəfindən söndürülüb. Hava şəraitinin küləksiz, yağışsız, tufansız - sakit olmasına baxmayaraq, kəndlərin işıq təminatında böyük fasilə yaranıb.

Elektrik şəbəkəsi ilə əlaqə yaradıb, böhranın səbəblərini öyrənmək cəhdlərimiz baş tutmadı. Sadəcə, "Ləngəbiz" xəttinin sahə rəisi ilə əlaqə yarada bildik. Onun "işıqların söndürülmə səbəbi nədir" sualına cavabı belə oldu: "İşıq idarəsi ilə əlaqə saxlamışam. İdarədən bildirdilər ki, işləyirik, yanacaq. Amma vaxtını demədilər".

Qeyd edək ki, Ağsu rayonunda, xüsusilə kəndlərində işıqların böyük fasilələrlə verilməsi çoxdandır adi hal alıb. Çünki kəndlərin çoxunda işıq xətləri istismar müddətini xeyli illər əvvəl başa vurub. Xətlər yenilənmədiyindən, sakit havalarda belə, kəndlərə elektrik enerjisi verilişində fasilələr yaranır.

***
Qeyd: Nəzərinizə çatdıraq ki, yazı yayımlanandan bir neçə dəqiqə sonra "Ləngəbiz" xətti üzrə işıq verilişi bərpa edildi. Lakin enerjinin verilməsində yaranan 4 saatlıq böhranın səbəbi qaranlıq olaraq qaldı.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:18

Britaniya 100 min keçmiş hərbçini səfərbərliyə çağırdı

11:11

Bakıda biabırçılıq: Tarixi qapını söküb yerinə şəklini yapışdırdılar - FOTO

10:56

Vatsapdan uzun zamandır gözlənilən YENİLİK

12:43

Belə olsa, istefa verəcəyəm - Paşinyan

12:29

Batum sazişində Ermənistan ərazisi 11 min kv.km olub

12:08

Ələt hava limanının açılacağı tarix bilindi

11:58

Pezeşkianın etirafı: "Xəzinə boşalır, etirazlar artır"

19:54

İlk pilotsuz döyüş təyyarəsi - "Kızılelma"

19:28

Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı

19:21

Məleykə Abbaszadə BDU-ya rektor təyin edildi

19:14

Ambulator müalicə zamanı bu dərmanlar pulsuz olacaq

19:06

"Trampla Nobel Sülh Mükafatını yarızarafat müzakirə etdik" - Putin

20:32

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

20:28

Bayramovla ABŞ rəsmisi arasındakı görüşün təfərrüatları

20:08

Szinpin nəyə görə Putini şəxsən qarşılamadı?

19:57

İşdən çıxarılan müəllimlərin əksəriyyəti... - Nazir açıqladı

13:34

Yüzlərlə pasiyentin müraciət etdiyi institutda qəribə vəziyyət: Əsas tibbi cihaz yoxdur?

13:21

Yenə İran, yenə külli miqdarda narkotik qaçaqmalçılığı... - Qarşısı alınıb

11:59

17 Noyabr - Milli Dirçəliş Günü

11:48

Türkiyədə müxalif telekanalda əməliyyat: Saxlanılanlar var

11:38

YENİLİK: Pensiyaçılar bank seçimini özləri edə biləcək

11:22

Siqaret bahalaşa bilər - Qiymət və tarix...

12:17

Hücumçunu öldürən qapıçı barədə maraqlı qərar...

12:07

Sabahdan hava yenidən dəyişəcək - XƏBƏRDARLIQ

11:22

Pensiya artımında mexanizm dəyişir

18:50

Torpağın zibillənməsinə görə ağlasığmaz cərimələr...

18:39

İlham Əliyev Türkiyə səfərində...

13:20

Kənd təsərrüfatında güzəşt müddəti artırıldı

11:06

Əliyevlə Ərdoğanın Şuşa görüşü Rusiya mediasında...

10:45

Türkiyə XİN Azərbaycan xalqını təbrik etdi

10:34

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

10:03

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

16:42

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

16:36

Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}