“Yeni rəhbərlik məni təhqir edir, deyirlər, get həyətdə otur” - Şöbə müdiri

11:58 3.05.2023 959
“Yeni rəhbərlik məni təhqir edir, deyirlər, get həyətdə otur” - Şöbə müdiri

“2009-cu ildən Elmi-Tədqiqat Pediatriya İnstitutunda işləyirəm. Bu ilin mart ayından xəstəxanada rəhbərlik dəyişib. Yeni rəhbərlik işə başlayandan məni sıxışdırır, təhqir edir, işdən çıxarmaq istəyirlər”.

Bu iddia ilə “Qafqazinfo”ya “OMD” adı ilə tanınan tibb müəssisəsinin xəstə qəbulu şöbəsinin müdiri Səriyyə Quliyeva müraciət edib.

O, şikayət edir ki, artıq əyləşdiyi otaqdan məcburi şəkildə çıxarılıb:

“Bu il martın 1-də Elmi-Tədqiqat Pediatriya İnstitutuna Lətif Zeyniyev direktor, Aynur Poluxova isə baş həkim təyin olunub. Həmin tarixdən 10 gün sonra bütün vəzifə səlahiyyətlərim əlimdən alınıb. Yeni rəhbərlik dəfələrlə məni otağına çağıraraq təhqir edib, öz ərizəmlə işdən çıxmağımı tələb ediblər.

Problemlə bağlı Səhiyyə Nazirliyinə və Əmək Müfəttişliyinə şikayət etdikdən sonra isə məni daha çox sıxışdırıb təhqir ediblər. Hətta bununla bağlı iclas təşkil olunub və bir neçə şöbə müdiri ilə birləşərək, məni şərləyib işdən çıxmağıma məcbur edirlər. Əslində mənim əmək müqaviləm müddətsizdir. Buna baxmayaraq, vəzifəmin ixtisara düşdüyünü deyirlər. Artıq əyləşdiyim otaqdan da çıxarılmışam, deyirlər ki, get həyətdə otur, səninlə işləmək istəmirik”.

S.Quliyeva deyir ki, onunla yanaşı daha 30 nəfər işdən çıxarılır:

“Xəstəxananın yeni Kadrlar şöbəsinə direktor təyin olunan Vəfa Məmmədovaya dəfələrlə vəzifə səlahiyyətlərinin aşılması ilə bağlı yazılı müraciət etsəm də, nəzərə almayıb. O, mənə izahat yazdırmadan, heç bir təqdimat olmadan töhmət yazıb, L.Zeyniyev və baş həkim də təsdiq edib. Azyaşlı uşağım epilepsiya xəstəsidir, onun müalicəsi üçün poliklinikadan bülleten açdırmışdım, qanunsuz olaraq poliklinikaya zəng edib, onu bağladıblar. İndi uşağımı müalicə etdirə bilmirəm. Bu vəziyyətdə olan tək mən deyiləm, mənimlə eyni vəziyyətdə 30-a yaxın işçi var”.

Problemlə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutuna müraciət etdik. Xəstəxanadan sorğumuza cavab olaraq bildirildi ki, Səriyyə Quliyevaya öz əmək funksiyalarını yerinə yetirmədiyinə görə töhmət verilib:

“Səriyyə Quliyeva əmək müqaviləsi şərtlərini kobud şəkildə pozduğuna görə, son 6 ay ərzində ona iki dəfə vəzifə öhdəliklərini yerinə yetirmədiyi üçün (göndərişli xəstələrin klinikanın elektron qəbuluna mane olması) Azərbaycan Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə və Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib.

Səriyyə Quliyeva həmin əmrləri mübahisələndirməyib, bununla bağlı hər hansı bir rəsmi şikayət etməyib. Onun uzun müddət institutda işlədiyini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq, onunla əmək müqaviləsinə xitam verilməyib. Lakin, o, öz əmək funksiyalarını bilavasitə yerinə yetirməməkdə davam edir.

Səriyyə Quliyeva instituta öz xəstəliyi ilə bağlı əmək qabiliyyəti olmaması vərəqəsini təqdim etdiyinə, həmin vərəqədə onun özünün xəstə olması səbəbindən işdən müvəqqəti azad edildiyi barədə qeyd olduğuna baxmayaraq, sayta müraciətində xəstə uşağına qulluq etdiyinə görə evdə qaldığını göstərib”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}