“Laçındakı postla bağlı müəyyən uzlaşmalar istisna olunmur” - Polkovnikdən SENSASİON AÇIQLAMA

17:44 4.05.2023 889
“Laçındakı postla bağlı müəyyən uzlaşmalar istisna olunmur” - Polkovnikdən SENSASİON AÇIQLAMA

“Təbii ki, sülhməramlıların yeni komandanı Azərbaycan ərazisində xidmət aparacaq, öz missiyasını yerinə yetirəcək. Amma Aleksandr Lentsovdan nəsə gözləməyə dəyməz. O, əmrə tabe olan adamdır, Rusiyanın maraqlarını qoruyur”.

Bu sözləri Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Rusiya sülhməramlılarının komandanının Bakı səfərinə münasibət bildirərkən deyib.


Hərbi ekspert qeyd edib ki, Lentsovun gəlişindən sonra hər şeyin dəyişəcəyinə inanmaq olmaz:

“Azərbaycan tərəfi keçmiş komandan Andrey Volkovdan yalnız neqativ yanaşma görüb. Sülhməramlıların indiyə qədər saysız-hesabsız nöqsanları üzə çıxıb. Volkov haqda məlumatlar çox idi. Ruben Vardanyanla çox yaxın olması onun fəaliyyətinə təsirsiz ötüşmürdü. Lentsovla bağlı informasiya isə azdır.

Əlbəttə, Bakı görüşündə Azərbaycan hərbi rəhbərliyi tərəfindən Aleksandr Lentsovun qarşısına müəyyən tələblər qoyulacaq. Keçmiş komandanın nöqsanları qeyd ediləcək.


Laçındakı postla bağlı da müəyyən uzlaşmalar istisna olunmur. Bu da təbii haldır. İstənilən halda keçirilən görüşlərə pozitiv baxmaq lazımdır. Görüşdən sonra vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyinə baxarıq. Əgər, biz, görsək ki, Rusiya sülhməramlıların Qarabağda qalma müddətini uzatmaq istəyir, o zaman Azərbaycan, əlbəttə ki, lazımi addımları atacaq. Laçında sərhəd-keçid məntəqəsinin qurulması artıq bir addımdır. Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd mexanizmi yaradılandan sonra ordan yüklər, şəxslər yalnız Azərbaycanın razılığı ilə keçə bilir.

Azərbaycan üçün iki əsas məsələ var: 1) 4-cü bəndin həyata keçirilməsi – qanunsuz silahlıların tərk-silah edilməsində Rusiya sülhməramlılarının rolu 2) reinteqrasiya məsələləri”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}