""Neftçi”də səriştəsiz baş məşqçi və idarəçilik sistemi gördük"

23:48 22.05.2023 1 210
""Neftçi”də səriştəsiz baş məşqçi və idarəçilik sistemi gördük"

Artıq Azərbaycan Premyer Liqasında cari mövsüm sona yaxınlaşır. Tam bitməyə cəmi bir tur qalsa da, mükafatçılar və çempion məlumdurlar. Bu gün baş tutacaq oyunlarda yalnız sonuncu pillənin sahibi müəyyənləşə bilər ki, bu da növbəti turun formallığına şərait yaradacaq…

Azərbaycanın tanınmış veteran futbolçularından olan Kamal Quliyev “Qaynarinfo”ya açıqlamasında mövsümü dəyərləndirib:

"“Qarabağ” elə “Qarabağ”lığında, yəni şahlığında qalır. “Neftçi”yə təəssüf edirəm. Səriştəsiz idarəçiliyin sonu belə də olmalıdır. Baş məşqçiyə o qədər pul vermək... lazımsız transferlər… Çox heyif ki, kubokun finalına çıxmaqla nəyisə ört-basdır etmək istəyirlər. Bunlar hamısı boş şeylərdir, cəfəngiyyatdır. Hələ finalda qələbə qazanıb-qazanmayacaqları bilinmir. Çox uğursuz mövsüm keçirdilər. Uğursuz transferlər, baş məşqçi və səriştəsiz idarəçilik sistemi gördük”.

Quliyev “Neftçi”də ilk növbədə rəhbərliyin dəyişməli olduğunu bildirdi:

“Rəhbərlik dəyişilməlidir, istefa verməlidir. Qardaş, nə yapışmısan klubdan? İşini bacara bilmirsənsə, buraxmalısan. “Neftçi”nin əvvəlki əzəmətini qaytarmasını istəyirlərsə, mütləq o evin sahibi gəlməlidir. Həmin sahib də Sadıq Sadıqovdur. Evin bir kişisi olar”.

Millimizin sabiq üzvü digər klubların çıxışı ilə bağlı da düşüncələrini bölüşdü:

"“Kəpəz” təhlükədən adladı. “Sumqayıt” Samir Abbasovun öz qurduğu, yaratdığı komanda deyildi. Gəldi ki, heyəti toparlasın. Bilirsiniz, məsəl var: “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Mövsümün əvvəlindən hansı transferləri həyata keçirmisənsə, sona qədər də onlarla davam etməyə məcbursan. Arada müəyyən dəyişikliklər ola bilər, amma bu, elə-belədir. “Turan Tovuz”u, “Qəbələ”ni, “Sabah”ı yaxşı mənada dəyərləndirərdim. Klublarımızda mənfi və müsbət dəyişikliklər oldu”.

Keçmiş yarımmüdafiəçi Premyer Liqadan hansısa komandanın Birinci Diviziona düşəcəyi ilə bağlı söhbətlərə inanmadığını da dedi:

“Siz buna inanırsınız? Mən inanmıram ki, hansısa komanda Birinci Diviziona düşəcək. Çox istərdim ki, klubların sayı artsın. Düşmə ehtimalını görmürəm”.

O, klublarımızın indiki halda avrokuboklarda hansı şəkildə çıxış edə biləcəyi ilə bağlı bu cür düşünür:

“Bunu gələcək göstərəcək. Hazırlıq prosesləri olacaq. Görək, kim hansı transferləri həyata keçirəcək. Yalnız bundan sonra nəsə deyə bilərik. “Qarabağ” istisna, başqa klublarımızda dəyişikliklər ola bilər. Yoxlama oyunlarının bizə ümid verib-verməyəcəyini görəcəyik”.

Hazırda işsiz olan mütəxəssis AFFA rəsmiləri və Məşqçilər Komitəsi ilə görüşdüyünü də bildirdi:

“AFFA rəsmiləri ilə, Məşqçilər Komitəsinin üzvləri ilə görüşdüm. İnşallah gələcək üçün, söz veriblər ki, yaxşı olacaq”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}