"Ayaqyolu məsələsi" hələ də gündəmdir

23:22 11.01.2023 1 871
"Ayaqyolu məsələsi" hələ də gündəmdir

Problemini gündəmə gətirən müəllimə: - “Məsələ həll olunmasa, yeni video çəkəcəyəm”

Bir neçə gün əvvəl İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbdə dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyən müəllimə Nəcəfquliyeva Leyla Rəhim qızı yeni video paylaşıb. O, paylaşdığı videoda ağlayıb və hər kəsdən onu pisləməyi xahiş edib. Buna səbəb müəllimin kollektivi tərəfindən incidilməsi olub.

Məsələ barədə Leyla Nəcəfquliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, artıq Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi onunla görüşüb:

“Nümayəndə məktəbin pedaqoji, texniki heyəti ilə iclas keçirdi və bildirdi ki, artıq kimsə Leyla müəlliməni incitməsin. Söz verildi ki, daha bu hal olmayacaq. Direktor mənə heç bir təzyiq etməyib. Sadəcə sözün düzünü dediyim üçün kollektivdə istənilmirəm. Mən işimi, təhsil verdiyim uşaqları sevdiyim üçün burada qalıb dərs deyirəm. Bakı şəhərində doğulub yaşamışam və 2007-ci ildən burada təyinatla çalışıram”.

O qeyd edib ki, idarə tərəfindən bu həftənin sonuna kimi sanitar qovşağın istifadəyə veriləcəyi deyilib:

“Hələ ki heç bir təmir işinə başlanılmayıb. Həftəsonuna kimi sanitar qovşaq olmasa, yenidən bu problemlə bağlı video çəkib ictimailəşdirəcəyəm. Uşaqlara söz vermişəm ki, əvvəl sanitar qovşaq, sonra məktəbimizlə bağlı problemlərin həllinə çalışacağam. Bizə 2023-cü ildə yeni məktəbin də olacağı deyilib”.

L.Nəcəfquliyeva töhmət alması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib:

“Mən 2022-ci ilin dekabr ayında bu videonu çəkib məktəbi tərk etdiyim üçün töhmət almışam və 40 manat maaşımdan kəsilib”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirib ki, yayılan görüntülərlə bağlı məsələ qurumun diqqətindədir:

“Aidiyyəti qurumlarla birlikdə məsələ araşdırılır”.

Qeyd edək ki, ayaqyolu problemi ilə bağlı sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.

Daha sonra deputat Fazil Mustafa da müəllimin yaydığı videoya görə töhmət aldığı barədə paylaşım etsə də, Mil-Muğan Regional Təhsil İdarəsi bunu inkar edib. Bildirilib ki, L.Nəcəfquliyeva 2022-ci ilin dekabr ayında özbaşına iki gün işə gəlmədiyi üçün töhmət alıb.

BECAN.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}