Ərdoğan Paşinyanın adını çəkmədi: “Onu andiçmə mərasiminə dəvət ediblərsə, hələ buna da şükür eləsin...”

17:06 5.06.2023 962
Ərdoğan Paşinyanın adını çəkmədi: “Onu andiçmə mərasiminə dəvət ediblərsə, hələ buna da şükür eləsin...”

Məlum olduğu kimi, prezident seçkilərində qalib gəlmiş Rəcəb Tayyib Ərdoğanın Türkiyənin paytaxtı Ankarada iyunun 3-də andiçmə mərasimi keçirilib. Mərasimə 21 dövlət başçısı sırasında Ermənistanın Baş naziri Nikol Paşinyanın da qatılması dünya mediasında maraqlı müzakirələrlə yadda qalıb. Andiçmə mərasiminin sonunda tədbirə qatılan dövlət başçılarına, nazirlərə, eləcə də Türk Dövlətləri Təşkilatı, NATO və digər beynəlxalq təşkilatların nümayəndələrinə təşəkkürünü bildirən Ərdoğanın Paşinyanın adını çəkməməsi də diqqətdən yayınmayıb. Eyni zamanda mərasimdən sonra verilən ziyafətdə Azərbaycan Prezidenti İlham Əliyevin Paşinyanla fotosu Azərbaycanla Ermənistan arasında tarixi sülhün yaxın olması ehtimallarını gücləndirib.

Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, tədbirdə Azərbaycan Prezidentinin Ərdoğanın ən yaxın əhatəsində, onunla eyni sırada əyləşməsi çox önəmli məsələlərdən biridir:

“Amma Ermənistanın Baş naziri Nikol Paşinyan ikinci sırada əyləşmişdi. Düzdür, Ermənistan tərəfi bunu protokol qaydası ilə izah etməyə çalışdı, ola bilsin, burada da müəyyən həqiqət payı var. Hər halda Paşinyan birinci sırada əyləşən deyildi ki. Onu andiçmə mərasiminə dəvət ediblərsə, hələ buna da şükür eləsin. Yeri gəlmişkən, bu, hakimiyyətdə olduğu müddətdə Paşinyanın ilk Türkiyə səfəridir. Tədbir çərçivəsində cənab İlham Əliyev ilə Paşinyan arasında ayaqüstü xoşməramlı ünsiyyətin olması da kadrların diqqətindən yayınmayıb. Bu da onu göstərir ki, xüsusilə son dövrlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində intensiv addımlar atılmaqdadır. Bir çox paytaxtlarda görüşlər keçirilib. İndi isə Paşinyanın da Ankaraya dəvət alması, heç şübhəsiz, rəsmi İrəvan-Bakı münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması üçün yaxşı imkanlar pəncərəsi açır. Çalışıb bu imkanları maksimum qorumaq lazımdır.

Təəssüf ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin yarandığı bir reallıqda Ermənistanda revanşistlər bir az da fəallaşıblar. Elə bu günlərdə Ermənistanda metro stansiyasında “böyük Ermənistan” lövhəsi asılmışdı, onu götürdülər. Amma həmin lövhə yenidən yerinə asılıb. Bu da xoşagəlməz haldır. Bu gün revanşistlər daha çox Köçəryana yatırım edirlər. Düşünürlər ki, Paşinyan Ermənistanın milli maraqlarını satmaqla məşğuldur. Köçəryanı yenidən hakimiyyətə gətirmək iddialarını daha tez-tez səsləndirməyə başlayıblar. Ancaq bütün bunlar nəticə etibarilə mövcud vəziyyəti dəyişə bilməz. Ermənistanın siyasi rəhbərliyi Paşinyan başda olmaqla tam fərqindədir ki, Ermənistanın əməkdaşlıqdan başqa alternativi yoxdur. Alternativ müharibə ola bilər, bunu isə erməni xalqı da, Ermənistanın siyasi rəhbərliyi də istəmir. Hesab edirik ki, yaxın perspektivdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmağa başlaması ilə bağlı kəmiyyət baxımından atılan addımlar keyfiyyət göstəricisinə keçid edə bilər”.



E.Nəsirov əlavə olaraq deyib:

“Andiçmə mərasimində cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çox böyük diqqət var idi. Bu da təsadüfi deyil. Azərbaycan və Türkiyə dövləti, xalqları, prezidentləri dostdur, qardaşdır. Bu gün dünyamızda dövlətlər arasında etimadsızlıq mühiti hökm sürür. Belə reallıqda “əslində dövlətarası münasibətlər necə olmalıdır?” sualına cavab axtarılsa, Azərbaycan-Türkiyə münasibətləri bir nümunədir, örnəkdir. Cənab Ərdoğan andiçmə mərasimində çıxışı zamanı Azərbaycan Prezidentinin adını çəkdi, ona öz diqqətini, hörmət və izzətini ifadə etdi. Kadrlardan da göründüyü kimi, onların sıx, mehriban təmasları diqqətdən yayınmırdı. Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə cənab Ərdoğanın xanımı Əminə Ərdoğan arasında da çox mehriban, səmimi münasibətlər olması da hər kəsə bəlli bir həqiqətdir”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}