Qeydiyyatsız dərmanlar satan məhkəmə zalında həbs edilib

18:33 14.06.2023 1 907
Qeydiyyatsız dərmanlar satan məhkəmə zalında həbs edilib

"Qeydiyyatsız dərmanları "Zəfəran” Apteklər şəbəkəsindən alıb, satırdım”. Qaynarinfo-nun məlumatına görə, bu sözləri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan 1993-cü il təvəllüdlü Ağdaş rayon sakini Sənan Məmmədov (ad-soyad şərti) bildirib.

İdarə əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Sənanın yaşadığı ünvandan dəyəri 50 min manata yaxın dərmanlar götürülüb. O, bu dərmanları istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə alıb. Həmin dərmanların qanunla dövlət qeydiyyatı tələb olunduğunu, amma qeydiyyatdan keçmədiyini bilib.

Sənan məhkəmə ifadəsində bildirib ki, 2014-cü ildə Dövlət Tibb Universitetinin "Əczaçılıq” fakültəsini bitirib. Universiteti bitirdikdən sonra bir neçə aptekdə əczaçı kimi çalışıb. Sonuncu dəfə təxminən 2 il müddətində ünvan "Zeytun” aptekdə əczaçı-provizor vəzifəsində çalışıb. Maaşı isə 400 manat olub və həmin vəsaitlə ailə dolandırmaq çətin olduğu üçün iş saatlarımdan əlavə müddətdə müxtəlif apteklərdən sifarişlər əsasında əldə etdiyi qeydiyyatsız dərmanların pərakəndə satışı ilə məşğul imiş.

Belə ki, o uzun müddət ərzində əczaçı vəzifəsində çalışdığı üçün özünün müxtəlif xəstəliklərdən əziyyət çəkən xüsusi müştəriləri olub. Onların əksəriyyəti şəkərli diabet, qaraciyər xəstəliklərindən əziyyət çəkən insanlardır. Dövlət tərəfindən qeydiyyata alınan dərmanların da çoxunun qiyməti yüksək olduğu üçün insanlar məcbur qalıb qeydiyyatsız dərmanlardan istifadə edirlər. Həmin pasientlər öz xəstəliklərinin müalicəsi üçün şəhərdəki apteklərdən tapa bilmədikləri və ya çətin tapılan dərmanlar üçün ona müraciət ediblər. O da həmin sifarişlər əsasında tanıdığı apteklərdən, xüsusilə də "Zəfəran” apteklər şəbəkəsindən həmin dərmanları əldə edib. Əldə etdiyi dərmanları evində şkafların içərisində saxlayıb və yavaş-yavaş sataraq pul qazanıb.

Təxminən 7-8 ay qeydiyyatsız dərmanların satışı ilə məşğul olub. Tibb sahəsində ali təhsil aldığı üçün həmin dərmanların qeydiyyatsız olması barədə məlumatı var imiş. Uzun illlər aptek sahəsində çalışdığı üçün ona satmaq üçün rahatlıqla qeydiyyatsız dərmanlar verilib.

Sonucu dəfə 20 sentyabr 2022-ci il tarixində yaşadığı Yasamal rayonu, Tiflis prospektində "Bravo” hipermarketinin qarşısında əlində içində 15 qutu qeydiyyatsız dərman olan sellofan torba ilə dayanıb. Həmin vaxt müştərini gözləyirmiş ki, dərmanları ona satsın. Bu zaman mülki geyimdə bir neçə şəxs ona yaxınlaşıb və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildiriblər. Onun əlindəki dərmanlara baxış keçiriblər. Orada etiraf edib ki, dərmanlar qeydiyyatsızdır və onları satmaq məqsədilə orada dayanıb.

Daha sonra sorğu əsasında bildirib ki, həmin dərmanların hamısını yavaş-yavaş satmaq üçün yaşadığı evdə saxlayıb. Polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana gedib və evinə baxış keçirilib.

Sənan Məmmədov həmçinin etiraf edib ki, evindən tapılan dərmanlar arasında bəziləri anasının qaraciyər, insult dərmanları, həmçinin bacısının oliqafreniya xəstəliyi üçün istifadə etdiyi tərkibində güclü təsiredici maddələr olan "Triheksifenidil” (siklodol) markalı və tərkibində psixotrop maddə olan "Klonazepam” markalı dərmanlar da olub. Həmin dərmanları 3 saylı Şəhər Poliklinakasından həkim resepti əsasında əldə edib.

Məhkəmənin qərarı ilə "polisin nəzarəti altına vermə” qəti-imkan tədbiri ləğv edilərək, Sənan Məmmədov barəsində ümumilikdə 4 il 5 ay 29 gün müddətə həbs qəti-imkan tədbiri seçilib. O, məhkəmə iclas zalından həbsə edilərək, saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilib.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}