Paşinyan: “Sənədlər sübut edir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir"

19:13 20.06.2023 1 124
Paşinyan: “Sənədlər sübut edir ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir"

“Ermənistanın ikinci prezidenti Robert Köçəryan hakimiyyətinin ilk günlərindən bağlı qapılar arxasında danışıqlar aparıb və bu danışıqlarda Qarabağın Azərbaycanın tərkibində statusunu məqbul hesab edib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ildə 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasında çıxış edərkən bildirib.

“Lakin belə mövqe danışıqlar prosesində və geniş əhali üçün əlçatmaz olan sənədlərdə öz əksini tapıb. İctimai bəyanatlar və dövlət təbliğatı səviyyəsində isə bunun tam əksi baş verib. Məhz bu dövrdə telekanallar Ermənistanın, Qarabağın və 7 rayonun vahid xəritəsindən istifadə etməyə başladılar. Oxşar xəritələr ictimai yerlərdə, hətta dövlət qurumlarında da görünməyə başladı”, - deyə, Paşinyan qeyd edib.

Onun sözlərinə görə, danışıqların oxşar məzmunu ilə yanaşı, 7 rayonun erməni toponimləri dövriyyəyə buraxılıb:

“Füzuli - Varanda, Ağdam - Akna, Qubadlı - Sanasar, Zəngilan - Kövsəkan, Cəbrayıl - Mehakavan, Kəlbəcər - Karvaçar, Laçın – Kaşatağ kimi göstərilib.

Beləliklə, birinci prezident Levon Ter-Petrosyanın ifadəsi ilə “ələ keçirilən” və keçmiş xarici işlər naziri Vardan Oskanyanın ifadəsinə görə, “işğal edilmiş” ərazilər (bunlar onların açıq şəkildə ifadə edilmiş formalarıdır – Paşinyan), artıq “azad olunan torpaqlar” kimi təqdim olunmağa başlayıb. Lakin bu, yalnız televiziya ekranlarında baş verib, danışıqlar zamanı Azərbaycan toponimlərindən istifadə olunmaqda davam edilib. “Vətən” deyə elan edilən əraziləri isə alaq otları basıb, bəzi hallarda generallar hərbi qulluqçuların əməyindən istifadə edərək ora buğda səpiblər”.


“Bununla yanaşı, o zaman fəaliyyət göstərən hakimiyyət orqanları ”Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsi olmadığını” deyirdilər, çünki onlara görə, Dağlıq Qarabağ eynilə Azərbaycan SSRİ-dən ayrıldığı kimi 1991-ci ildə referendum yolu ilə AzSSR-dən müstəqillik qazanıb. Lakin bununla bərabər, keçmiş hakimiyyət Qarabağın statusu ilə bağlı referendumun keçirilməsini nəzərdə tutan Madrid prinsipləri ilə razılaşdı və bununla da 1991-ci il referendumunun nəticələrinin əhəmiyyətini və “legitimliyini” sıfırladılar. Bu prinsipləri qəbul etməklə Ermənistan praktiki olaraq Artsaxın Azərbaycanın bir hissəsi olması ilə razılaşdı”, - deyə, Paşinyan söyləyib.

Nikol Paşinyan Köçəryanı Qarabağdakı qondarma hakimiyyəti danışıqlarda iştirak imkanından məhrum etməkdə də suçlayıb.

“Köçəryan Qarabağı istənilən müstəqillikdən məhrum etdi və “DQ xalqı”nın (qondarma - red.) iradəsini pozdu. Əslində, bu, “Dağlıq Qarabağ”ın (qondarma qurumun - red.) beynəlxalq subyektivliyinin sonu idi".

Paşinyan qeyd edib ki, Köçəryanın motivasiyası onun 1998-ci il prezident seçkilərində saxtakarlıqla qalib gəlməsi və qeyri-legitim surətdə dövlət başçısı postunu tutması ilə bağlı olub. Çünki o vaxt qüvvədə olan qanunvericiliyə görə, Köçəryanın prezidentliyə namizədliyini irəli sürmək hüququ yox idi. Paşinyanın sözlərinə görə, Köçəryan “Dağlıq Qarabağın” “beynəlxalq subyektivliyini” prezident seçilməsi üçün qurban verib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}