Novella Cəfəroğlu: "Hər iki tərəf düzgün etməyib"

17:02 21.06.2023 1 256
Novella Cəfəroğlu: "Hər iki tərəf düzgün etməyib"

"Məsələyə geniş baxanda görünür ki, sanki onları kimsə öyrədib ora çıxarıb".

Bunu açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu dünən Gədəbəydə kənd sakinləri ilə polis arasında olan insident haqda danışarkən deyib.

Novella Cəfəroğlu bildirib ki, bu hadisəyə görə aidiyyatı qurumların hamısı məsuliyyət daşıyır:

“Orada polisin davranışı düzgün deyildi. Orda bir ağıllı adam yox idi ki, bu hadisənin qarşısını alsın? Elə bil bu hadisəni qəsdən ediblər ki, sabahısı gün ölkəyə qarşı istifadə olunsun. Polisin sakinlərlə davranışını çox pisləyirəm. Bu, doğrudan da biabırçı görüntüdür. Biz lazımı orqanlarla danışdıq. Onlar dedi ki, araşdırma gedir. Hər halda qadınlara qarşı o cür münasibət göstərmək düzgün deyildi. Polisdən bildirilib ki, araşdırılıb lazımi cəza veriləcək. Mən polisi müdafiə etmirəm. Amma qarşı tərəf də nəyə getdiyini, necə getdiyini fikirləşməli idi. Hər iki tərəfdən düzgün hərəkət deyildi. Danışmağı, dialoqa girməyi bacarmırıq. İcra hakimiyyəti bu gün gəlib orda etirazçılarla danışıb. İcra hakimiyyəti ora indi yox, daha əvvəl getməli idi. Etirazçılar da daha əvvəl icra orqanına müraciət etməli idilər. Əgər müraciət olunubsa, araşdırılsın ki, niyə aiddiyyatı qurumlar tədbir görməyib"?

Novella Cəfəroğlu Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun hadisə ilə bağlı araşdırma apardığını bildirib:

"Kənd sakinlərinin etirazı vardısa, birinci icra başçısına, polisə, Ekologiya Nazirliyinə müraciət etməli idilər. Yeri gələndə bu problemi qəzetlərdə, xəbər saytlarında ictimailəşdirə bilərdilər. Niyə lazimi orqanlara müraciət etməyiblər, niyə problemi işıqlandırmayıblar? Vətəndaşların hüququ var axı, problemi işıqlandırsınlar və aidiyyatı qurumlar bu işə baxsın. Heç bir şey etmədən çıxıblar aksiyaya. Sakinlər polis gələndə söz ilə problemi başa salmalı idilər. Kişilər çıxıb qabağa sözlərini deməliydi. Əllərində kağız varsa, onu təqdim edə bilərdilər. Millət bu cür məsələlərdə həssas olmalıdır. Etiraz zamanı kəndin kişiləri harda idi və polisin qabağına niyə məhz qadınları göndərmişdilər? Kənd sakinləri etirazlarını başqa formada edə bilərdilər. Bizə belə bir hadisənin baş verməsi lazım deyildi”.

Hüquq müdafiəçisinin sözlərinə görə, ermənilər bu hadisədən bizə qarşı istifadə edəcək:

“Avropa Şurasında Laçın yolu, Zəngəzur koridoru məsələsi qaldırılıb. Bunlar bizim üçün çox mühimdir. Biz Laçın yolunda 46 gün dayandıq ki, ermənilər bizim ekologiyamızı məhv edirlər. Sabah bu məsələni ermənilər bütün dünyaya bar-bar bağıracaqlar. Deyəcəklər ki, bunlar öz camaatını qırırlarsa, görün, bizim başımıza nə oyun gətirərlər. Azərbaycanı niyə pis vəziyyətdə qoyursuz? Hər addımımızı ciddi-ölçüb biçməliyik”.
(Bakupost)
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}