Naxçıvan aeroportunda xaos - AZAL sərnişinləri günahlandırdı

16:28 6.07.2023 1 342
Naxçıvan aeroportunda xaos - AZAL sərnişinləri günahlandırdı

Bu gecə Naxçıvan aeroportunda xaos yaşanıb.

Bakupost.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Türk sərnişinlərdən biri həmin an paylaşım edərək bildirib ki, hadisə gecə 11-12 radələrində baş verib.

“Bu gecə bizim saat ilə 23.45-də Naxçıvandan Bakıya getmək üçün Naxçıvan Hava limanında təyyarəyə mindim.

Təyyarədə boş yer olduğuna görə, avtobus doldururmuş kimi bir saata yaxın gözləməli olduq.

Biz türk sərnişinlər olduğumuz üçün etiraz etmədik, amma naxçıvanlı sərnişinlər etiraz etdilər. Sərnişinlərin etirazını görən pilot anons edərək “uçuş olmayacaq, təyyarədən enin evinizə gedin” dedi.

Səlahiyyətli heç kim yoxdur, açıqlama verən yoxdur. Körpə, uşaq, qadın, yaşlı hər kəs səfil bir şəkildə tərk etdilər.

Hələ də gözləyirik. Nə gələn var, nə gedən. İnsanlıq adına ən azından kimsə gəlib yardım edər, bu məsələ bu saata qədər həll olunacaq, gedin o saatda gələrsiz deyərdi. Naxçıvan adına həqiqətən pis oldum. Naxçıvanda inkişaf olmayacaqmı?

Təyyarə bileti soruşanlara "bilet yoxdur" deyib, satışı çətinləşdirirlər. 3-5 manat şirinlik üçün insanlara bunu etmək olarmı?

Uşaqlar, körpələr ağlayır, sərnişinlər etiraz edir, bağırırlar, qışqırırlar.

Amma heç kim bu çarəsiz insanlara kömək etmir, açıqlama vermirlər.

Daha doğrusu, buradakı insanlar insan yerinə qoyulmur. Çarə yoxdur, sabahı gözləyəcəyik. Hazırda bura həbsxana kimidir.

Allah qurtarsın deməkdən başqa çarə yoxdur”.[/b
Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC-dən Bakupost.az-a verilib, həmin açıqlamanı təqdim edirik:

[b]"Ötən gecə Naxçıvandan Bakıya yerinə yetirilən J2-2158 reysinin bir sıra sərnişinləri uçuşun təhlükəsizliyini şübhə altına alan tərzdə hərəkət nümayiş etdiriblər. Təyyarə kapitanı başda olmaqla, uçuş heyətinin ictimai asayişi pozan sərnişinləri sakitləşdirməsinə baxmayaraq onlar ekipajın tələblərinə tabe olmayıblar.

Bununla əlaqədar, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) tövsiyələrinə, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-IIQ nömrəli «Aviasiya haqqında» Qanununa və normativ hüquqi sənədlərinə əsasən hava gəmisi kapitanı uçuşun təhlükəsizliyini təmin etmək məqsədilə həmin reysin yerinə yetirilməsini təxirə salıb.

Yaşanan hal nəzarətə alındıqdan sonra təyyarə Naxçıvandan Bakıya yola düşüb".
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:14

Hərbçilərin maaşı artırılır

11:08

Əfv sərəncamının icrası başa çatdı

17:29

Ramiz Mehdiyevə "ömürlük" də verilə bilər

17:11

Ərdoğan: "BMT TŞ-də veto hüququ ləğv edilməlidir"

13:05

Cinayətkar polisə atəş açdı, zərərsizləşdirildi

09:56

Rusiya genişmiqyaslı səfərbərlik haqda düşünür - Kəşfiyyat məlumatı

09:47

Burun əməliyyatı tələbəni canından etdi

09:41

Cənab deputat, vətəndaşlardan kim üzr istəməlidir?

22:48

ABŞ-da gizli şəkildə kütləvi miqrant deportasiyası həyata keçirilib

22:36

Ramzan Kadırovun maraq doğuran rekord qələbəsi

22:22

"Ömər baba"dan "Kurtlar vadisi" haqda gündəm yaradacaq sözlər: Araşdırma aparılsın!

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}