İsmayıllı RİH başcısının adından incidilən sahibkar Prezidentə MÜRACİƏT etdi

15:08 9.07.2023 2 211
"Heyvandarlıqla məşğul olmayan Ədalət Göyüşovun 22 il istidə etdiyim yaylağı əlimdən almaqda məqsədi nədir?"

İsmayıllı RİH başcısının adından incidilən sahibkar Prezidentə MÜRACİƏT etdi

Ağsu rayonunun Ərəbuşağı kənd sakini, sahibkar Azər Xandadaş oğlu Mürsəlov saytımıza şikayət dolu müraciət ünvanlayıb. Sahibkarın şikayəti İsmayıllı rayon İH-nin başçısı Nahid Bağırovdan, onun müavinlərindən və iş adamı kimi tanınan Ədalət Göyüşovdandır.

Azər Mürsəlov bildirir ki, 2000-ci ildən 2022-ci ilədək icarə müqaviləsilə istifadə etdiyi yaylaq sahəsini onun əlindən məcburən alıblar. Belə ki, əslən gürcüstanlı olan, İsmayıllı rayon sakini Ədalət Göyüşov rayon rəhbərliyi ilə yaxın münasibətlərindən istifadə edərək, polis gücünə, Azər Mürsəlovu 22 il qanunamüvafiq şəkildə istifadə etdiyi 135 hektarlıq yaylaq sahəsindən çıxardıb. İsmayıllıda "tikinti maqnatı" kimi tanınan Ədalət Göyüşovün özünün heyvanatının olmadığını bildirən sahibkar A.Mürsəlov vurğulayır ki, hazırda həmin ərazidən 50 baş keçisi və bir o qədər də iribuynuzlu heyvanı olan şəxs, Göyüşovun adından yararlanmaqla, istifadə edir.

Sahibkar Azər Mürsəlov yaylaq sahəsindən zorla çıxarılmasının təfərrüatlarını aşağıdakı kimi qeyd edir:

"İş məqsədli şəkildə planlaşdırılıb. Yəni, əvvəlcə İsmayıllı Rayon İcra Hakimiyyəti şifahi qaydada Ağsu Rayon İcra Hakimiyyətindən mənim heyvanlarımın sayılmasını istəyib. Ağsu Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsi də Ərəbuşağı kənd icra nümayəndəsinə bu barədə tapşırıq verib. Mənim xəstəxanada olduğumu, əməliyyat olunduğumu, evdə olmadığımı bilən icra nümayəndəsi bir neçə vəzifəli şəxslə evimə gedib və həyətdə xüsusi qulluğa ehtiyacı olan 43 baş xırdabuynuzlu heyvanı heyvanlarımın ümumi sayı kimi qeydə alaraq, sayımı sifariş verən icra qurumuna məlumat verib. Əslində isə mənim heyvanlarımın əksər hissəsi həmin vaxt qışlaq fermasında olub. Bu nəticəni əldə əsas tutan İsmayıllı Rayon İcra Hakimiyyəti 135 hektar yaylaq sahəsini Ədalət Göyüşov adlı iş adamının istifadəsinə verib.

Xəstəxanadan qayıtdıqdan sonra vəziyyətdən xəbərdar oldum və yenidən heyvanlarımın sayılması üçün komissiya çağırtdırdım. Eyni nümayəndələrdən ibarət sayım komissiyası ikinci dəfə heyvanlarımın sayının 367 baş xırdabuynuzlu heyvan olduğunu gördülər və təsdiq etdilər. Rəyin surətini şəxsən özüm İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova, eləcə də müavinlər Mahmud müəllimə, Eyyub müəllimə təqdim etdim. Başçı vəziyyətin ona çatdırıldığı kimi olmadığını biləndən sonra, mənə dedi ki, anlaşılmazlıq olub, yaylaq sahəsinin yenidən sənin istifadənə verilməsi üçün köməklik göstərəcəm.

2023-cü ilin iyun ayının əvvəlində heyvanlarımı istifadəmdə olan sözügedən "Hacıxan" yaylağına apardım. Üç gün sonra İsmayıllı RİH-nin nümayəndəsi Şahin müəllim, polis kapitanı Rəhim Bədəlov, yanlarında da bir polis serjantı(çavuş-red.) və nəfər digər şəxs yaylağa gəlib məni təhdid etdilər, hədə-qorxu gəldilər, məni 8 min manat cərimə və 4 il həbs cəzası ilə hədələdilər. Bildirdilər ki, həmin ərazi artıq Ədalət Göyüşov adlı iş adamına məxsusdur və mən 3 gün ərzində ərazini tərk etməliyəm. Qorxumdan yenidən 400 başa yaxın heyvanı Şamaxı-İsmayıllı dağlarından min bir əziyyətlə Ağsudakı qışlaq əraziyə qaytardım.

Sonradan dəfələrlə İsmayıllı RİH-nin başçısı Nahid Bağırovun qəbuluna yollandım ki, vəziyyəti bir daha izah edim, kömək istəyim, lakin bu işdə maraqlı olan vəzifəli şəxslər mənə başçının qəbuluna düşməyə imkan vermədilər.

Hazırda ümidim dövlət rəhbəri, cənab Prezident İlham Əliyevədir. Dəfələrlə çıxışlarında sahibkarlara köməklik göstərilməsini vurğulayan Prezidentimizdən xahiş edirəm ki, 22 il dövlət icarə rüsumunu ödədiyim, müqavilə şərtlərinə artıqlaması ilə əməl etdiyim 135 hektar yaylaq ərazisinin yenidən istifadəmə qaytarılması üçün aidiyyatı orqanlara göstəriş versin, məni bürokratik əngəllərin məngənəsindən qurtarsın".


Sonda sahibkar Azər Mürsəlovun yaşadığı süni yaylaq problemi ilə bağlı "Qaynarxətt.az" saytına verdiyi açıqlamanı da oxucularımıza təqdim edirik.


Sözardı: Qeyd edək ki, məsələ ilə bağlı İsmayıllı RİH-nin başçısı Nahid Bağırovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov isə telefona cavab vermədi. Bütün bunlara baxmayaraq, qarşı tərəflərin mövqe bildirmək haqlarını tanıyırıq. Mövzu diqqətimizdədir.

Becan.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:25

AXC - 108

11:43

Kommunal xərclərin azaldılması üçün dövlət əhaliyə subsidiya verəcək

11:35

Günəş aktivliyi azalacaq, alovlanmalar artacaq

10:57

MM-də növbədənkənar sessiya...

10:46

Paşinyan liderliyi əldə saxlayır

14:12

Təkrar əlilliyə görə 37,1 mln. manat ödənilib

12:00

Bakı-Tiflis qatarlarında üç sinif üzrə xidmət göstəriləcək

11:30

“Uşaqpulu verilsə, kişilər işləməz” – Deputatdan ŞOK sözlər...

10:32

Alkoqol asılılığının əlamətləri bilindi

10:18

DİM-in 17 may səhvi: həm izafi xərc, həm psixoloji təzyiq...

12:55

Bakı-Tiflis dəmir yolu açılır - 6 ildən sonra ilk...

10:45

Rusiyanı yerlə-yeksan edərik! - Budris

10:41

“Space FM”in yeni direktoru dicey oldu

10:30

"Köçəryan Ermənistan üçün zəhərdir"

10:54

ABŞ Çinin Tayvana hücum edəcəyindən narahatdır

10:35

İsrail edam hökmünü qüvvəyə mindirdi

10:30

WUF13-də qeydiyyatdan keçənlərin sayı 42 mini ötüb

10:20

Saatlıq maaş sistemi işçilərə nə verəcək?

05:00

Ceki Çan Azərbaycanda film çəkəcək

11:13

Kinematoqrafçılar İttifaqının sədrliyinə namizədlərin adları açıqlandı - ŞƏKİL

13:06

ABŞ Hörmüzdə İranın 7 qayığını vurdu

12:55

Çində partlayış - 26 nəfər öldü - VİDEO

19:02

İran ABŞ-a meydan oxudu

17:16

Ərdoğan millətin gələcəyindən narahat olduğunu bildirib

12:34

Səttar Möhbalıyevin oğlunun Dubaydakı milyonluq mülkləri...

12:26

Azərbaycana qarşı kampaniyalar hansı ölkələrdən aparılır?..

11:29

Bakıda əməliyyat keçirildi, iki nəfər saxlanıldı

11:17

Himalay yaşıllaşır - Su təhlükəsizliyi təhlükədə

12:51

İşdən çıxartmaq qənaətdirmi?

11:13

Şahin Mustafayev ermənicə sərbəst danışır

10:56

Dünya birincisi olan azərbaycanlı şagird

15:19

Naxçıvan Ali Məclisinin sədri 15 min manat alacaq, deputatlar isə...

15:12

Köhnə veteranlardan Azərbaycanda neçəsi sağ qalıb?.. - Birdəfəlik yardım alacaqlar

13:52

Bəzi ixtisaslar tarixə qovuşur - Yeniləri yaranır

Sabunçu tunelində ölən Elnurun görüntüsü... - VİDEO

Bayrağa bu qədər biganəlik olmaz!
Ağdaş rayonundakı bayraq meydanı viranəni xatırladır - VİDEO


{sape_links}